Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3064/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümidsiz borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 2-1(103)-2216/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx/xx/2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 31,840.98 manat, o cümlədən vergilər üzrə 23,246.52 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 8,494.46 manat borcunun olduğu barədə “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir.
2. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət edərək dövlət büdcəsinə yaranmış borcun silinməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla qeyd etmişdir ki, məlum olduğu kimi qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi hesab olunur. Hazırda vergi orqanı tərəfindən dövlət büdcəsi qarşısında yaranmış vergi borclarının qanunvercilikdə nəzərdə tutulmuş qaydada alınması ilə əlaqədar araşdırma aparılır. Odur ki, qeyd olunanlar üzrə qanunamüvafiq araşdırmalar yekunlaşdıqdan sonra ümidsiz borcların silinməsi məsələsinə baxıla bilər İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə, yəni 2015-ci ildə onun şəxsi hesab vərəqəsində yazılmış 31.840,99 manat vergi borcunun qanunun tələblərinə uyğun olaraq, vaxtı keçdiyinə görə silinməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilə qədər yaşadığı ünvanın yaxınlığında kiçik mağazada ərzaq satışı ilə məşğul olaraq, sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. O dövrlərdə vergi orqanı ona qarşı vergi yoxlaması aparmış, və əlavə vergi borcu hesablanmışdır. Həmin vaxtdan iddiaçının sahibkarlıq fəaliyyəti dayanmışdır. Lakin işlədiyi dövrdə ən yüksək məbləğdə hesabat verməklə vergi ödəmişdir. İddiaçı qeyd etmişdir ki, ondan sonra həmin obyektdə sahibkarlıqla məşğul olan şəxslər onun qədər vergi ödəyə bilməmişdirlər. O, sahibkarlıqdan əl çəkdikdən sonra, 7 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçının şəxsi hesab vərəqəsində yuxarıda göstərdiyi məbləğdə vergi borcu pulu qalmaqda davam edir. Bu səbəblə müvafiq qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi xx.xx.2023-cü il tarixdə onun müraciətinə cavab verərək, iddiaçının vergi borcunun silinməsi üzrə baxılmasından qeyd edir, lakin heç bir müsbət nəticə yoxdur. Bu səbəblərə görə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-6025/2021 saylı Qətnaməsinə əsasən, cavabdeh X2 qarşı 31.418,33 manat dəyərində vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehi n ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət olunmuşdur. Qeyd etmək istərdik ki, həmin Qətnamə öz qüvvəsini almış və cavabdeh tərəfindən hər hansı şikayət edilməmişdir. Həmçinin, vergi borcunun ödənilməsi barədə tələbin icraya yönəldilməsi ilə bağlı sənədlər hazırlanarkən İddiaçı məxsus **-LR-*** nömrə nişanlı nəqliyyat vasitəsinin olması barədə məlumat sənədlərə əlavə edilmiş, lakin baza məlumatlarına əsasən həmin nömrə nişanlı nəqliyyat vasitəsi barədə də məlumat müəyyən edilməmiş, Xətai rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Əlavə olaraq bildiririk ki, borc əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə işləndiyindən tələb etmə müddəti keçmiş borc sayıla bilməz və xx.xx.2020-ci il tarixli ******** **586000 nömrəli “Vergi borcunun ödənilməsinə” dair Bildiriş üzrə 13.0.2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə ödəniləcək borc 31.840,98 manat təşkil edir. VM-nin 85-ci maddəsinə əsasən, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. VM-nin 93-cü maddə sinə əsasən, Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. İddiaçının fəaliyyətinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən, ********** nömrəli “vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” Bildiriş iddiaçıya göndərilmiş və qeyd edilən tarixdən bugünkü günə qədər iddiaçı faəliyyətini bərpa etməmişdir. Son olaraq bildiririk ki, əsasən Xətai rayon İcr a şöbəsi tərəfindən icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli 99016/2021-1-20 nömrəli qərar üzrə görülmüş işlər və nəticəsi barədə məlumat daxil olmamışdır. Yuxarıda qeyd olunan işin hallarından və VM-nin müvafiq maddələrindən də görüldüyü kimi, iddianın təmin olunması üçün heç bir əsas mövcud deyildir. Cavabdeh vergi orqanı üzərinə düşən hərəkətləri qanunvericiliyə uyğun olaraq, həyata keçirmişdir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1564/2024 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilərək 31.740,99 manat vergilər üzrə ümidsiz borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 85.4, 85.5, 93.1, 93.2-ci maddələrinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun12 yanvar 2011-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, iddia təmin olunmalıdır.
9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsin i, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 21(103)-2216/2024 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, S.Səlimova və K.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə (VÖEN: **********) 31418,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 23246,52 manat, faizlər üzrə 8171,81 manat, vergi borcu vardır. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəy icisinə xx.xx.2017-ci il tarixli **********335300 nömrəli bildiriş göndərilmişdir. Bundan əlavə, məhkəmə qətnaməsi ilə təmin edilmiş vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlmasına səbəb olan vergi borcu xx.xx.2018-ci il tarixə yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatması deməkdir. Cavabdehin əmlakın siyahıya alınmasına dair qərar qəbul etmək, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi hüquqları olsa da, 5 il ərzində bu hüquqlarından istifadə etməmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın rədd olunm ası barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassator qeyd etmişdir ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsi ilə ona verilən hüquqlardan istifadə etmək üçün müvafiq addımlar atmağına baxmayaraq, həm iddiaçının fəaliyyətini dayandırması, həm də borcun yönəldilməsi üçün müvafiq borc məbləğində əmlakının olmaması (həmçinin bank hesablarında dondurulma üçün vəsaitlərin olmaması), vergi orqanına yeganə olaraq, borcun alınmasının təmini kimi, ölkədən getmək hüququnun məhdudlaşması addımı atmağa sövq etmişdir. Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi ilə vergi orqanının borcu təsdiq olunduğundan və təmin tədbiri kimi, borc ödənilədək cavabdehin ölkədən getmək hüququnun məhdudlaşdırıldığından, həm in qətnamədən 5 illik müddət keçməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(103)-146/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar ver gi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə
93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haq ları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər....
16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 18. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan H üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
24. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsi z borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
25. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
26. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliy yət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).
27. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.
28. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.
29. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə (VÖEN: **********) 31418,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 23246,52 manat, faizlər üzrə 8171,81 manat, ve rgi borcu vardır. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********335300 nömrəli bildiriş göndərilmişdir.
30. Göründüyü kimi, şəxsi hesab vərəqəsində olan borcun yaranma tarixi xx.xx.2017-cı il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.
31. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdr.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 21(103)-2216/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.