Məhkəmə qərarları › İş №2-1(102)-3065/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3065/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3065/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar söz: maddi və mənəvi zərərin ödənilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz hərəkətlərin qadağan olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1504/2019 saylı qərarından iddiaçı tərəfindən v erilmiş kasasiya şikayətinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən, mərhum atası X4 mülkiyyətində olan fermer təsərrüfatına dəyən maddi ziyanın 16480 manat cavabdehlər tərəfindən ödənilməsi, qanunsuz hərəkətlərin qadağan olunması, hədə-qorxu, təhdid və şantaja son qoyulması, bunun nəticəsində ailəsinə dəyən mənəvi zərərin ödənilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və ailəsi 1997-ci ildən Sabunçu rayonu Ramana südçülük s ovxozu ərazisində heyvandarlıqla məşğul olur. Ermənistan Respublikasının Amasiya rayonunun Yeniyol kəndindən 1988-ci ildə məlum səbəblərdən Azərbaycana köçmüşlər. Heyvandarlıq fəaliyyətini genişlətmək məqsədi ilə 2003-cü ildə həmin ərazidə yerləşən təsərrüfat obyektini satın almışdır. Obyekt, 1965-ci ildən qalma sovxoz tövlələrindən ibarət idi. Buraya tövlələr, təsərrüfat damı, müxtəlif təyinatlı tikililər, tikililərin yerləşdiyi ərazi və əlavə olaraq 20 sot torpaq daxil idi. 16noyabr 2017-ci il tarixində Sabunçu rayonu İcra Hakimiyyəti işçiləri tərəfindən heç bir xəbərdarlıqolmadan (şifahi yaxud yazılı) sahə polisinə yaxud hüquq mühafizə orqanlarına bildirmədən fermer təsərrüfatının hasarı bütövlükdə uçurulmuşdur. Təsərrüfat obyektində heç kimin olmadığı saatlarda baş verən bu hadisə nə ticəsində inəklərdən bir qismi boş əraziyə qaçmış bunun nəticəsində 4 baş inək oğurlanmışdır. Hal-hazırda təsərrüfata külli miqdarda ziyan dəymişdir. İddiaçının fəaliyyəti təhdid və hədə qorxu ilə əngəllənməkdədir. Bütün hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı 20 ildir həminərazidə kənd təsərrüfatı fəalliyəti ilə məşğul olur. İndiyə qədər heç bir əngəllə qarşılaşmamışdır.Ərazi Abşeron rayonu İcra Hakimiyyəti vasitəsi ilə həll olunmaqdaydı. Hətta 2012-ci ildə, Abşeron rayonu İcra Hakimiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan obyekti boşaltdığını tələb etmişdir. Bu baxımdan 16 noyabr tarixdə Sabunçu rayonu İcra Hakimiyyətinin birdən-birə ortaya çıxması və bu cür aqressiv davranış göstərərək hüquq pozuntularına yol verməsi anlaşılmazdır. Əvvəllər təsərrüfat obyektini n sərhədləri (texniki pasportda göstərilən plan cizgi əsasında) setka adlanan tel hörgü və qismən daş ilə (bəzi yerdə üç bəzi yerdə beş daş hündürlüyündə) əhatə olunmuşdu. Tikintidən bir ay sonra 16 noyabr 2017-ci il tarixində, obyektdə heç kimin olmadığı günorta saatlarında Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Ramana qəsəbə nümayəndəsi Cavabdeh2 və Ömər adlı şəxsin başçılığında işçiləri əraziyə gələrək obyektin 40 metr uzunluğunda daş hasarını qanunsuz olaraq sökmüş və heç bir xəbərdarlıq etmədən ərazini tərk etmişlər. Bir müddət sonra heyvanlar təsərrüfat obyektinin sərhədlərini tərk edərək boş əraziyə yayılmışdır. Birinci instansiya məhkəməsinin 24.04.2019-cu il tarixli iş № 2-1(82)-149/2019, (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13.06.2019-cu il tarixli iş № 2-1(103)-1504/2019 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhmədov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,qərar verilərkən nə obyektin hüquqi sənədləri nəzərə alınmış, nə obyektin qanuni sərhədləri ilə bağlı 21 oktyabr 2008-ci il tarixli məhkəmə qərarı, nə də Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin və AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssislərinin rəsmi qaydada təqdim olunmuş rəyləri. Hakimə görə tikili qanunsuz olub və qanunsuz bir tikilinin sökülməsi üçün heç bir xəbərdarlıq, şahidlərin iştirakı məhkəmə qərarı və s. ehtiyac duyulmur. Cavabdeh tərəf bu müddət ərzində məhkəmə iclaslarının heç birində iştirak etməmiş, hərəkətlərinin «qanunauyğunluğu» ilə əlaqəli hər hansı bir sübut, yaxud dəlil təqdim etməmişdir. Qeyd etmək istəyir ki, hasarının bir hissəsi uçurulan təsərrüfat obyekti, 2003-cü ildən bəri atam, mərhum X4 mülkiyyətindədir və təyina tı üzrə fəaliyyət göstərir. Bununla əlaqəli bütün hüquqi sənədlər qanuna uyğundur və işin materiallarında mövcuddur. Ancaq bütün bunlara baxmayaraq obyektin hüquqi sərhədləri daxilində hasar çəkilməsi, Sabunçu İcra Hakimiyyəti işçiləri tərəfindən qanunsuz olaraq əngəllənməkdədir. Bu qanunsuz hərəkətin qadağan edilməsi ilə əlaqəli məhkəmə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və apelyasiya məhkəməsi tərəfindən təmin olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və apelyasiya məhkəməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq düzgün olmayan qərar çıxarmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1504/2019 nömrəli inzibati iş üzrə 13 iyun 2019-cu il tarixli qərarının ləğv edilməs i və işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 13 iyun 2019-cu il tarixli, 2-1(103)1504/2019 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-149/2019 nömrəli iş üzrə 24 aprel 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 21.1, 21.2, 1100, 1321-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17, 89.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.7, 14.2, 34.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı düzgündür. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, mərhum atası X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən torpaq sahəsinin hüdudları daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada mişar daşından hasar çəkmələrinə müdaxilə edilməsinin qadağan edilməsi, dəymiş 16480 manat maddi, 50000 mənəvi ziyanın tutulması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Beləliklə, iddiaçı onun özünə deyil, onun qənaətinə görə iddiaçının mərhum atası X5 məxsus yuxarıda göstərilmiş ünvanda yerləşən torpaq sahəsinin hüdudları daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada mişar daşından hasar çəkmələrinə cavabdehin müdaxiləsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm işdir ki, 24 aprel 2003-cü il tarixli 191093 nömrəli müqavilə ilə X2 rayon texniki inventarlaşdırma idarəsinin 091 nömrəli qeydiyyat vəsiqəsinə və 22 aprel 2003-cü il tarixli 6950 nömrəli arayışına əsasən Sabunçu rayonu Ramana Sovxozunda xxx kəndli fermer təsərrüfatına məxsus 65000 kvadrat metrdən 2000 kvadrat metr torpaq sahəsində ümumi sahəsi 1032 kvadrat metr olan mal tövləsi və ümumi sahəsi 30 kvadrat metr olan təsərrüfat damını X1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 24 aprel 2003-cü il tarixli 091 saylı qeydiyyat vəsiqəsinə görə, Sabunçu rayonu Ramana sovxozunda yerləşən A, B və V nömrəli qeyri-yaşayış binası X4 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. AZ-İ seriyalı xxx nömrəli Ölüm haqqın da şəhadətnaməyə əsasən X6 13 avqust 2015-ci ildə vəfat etmişdir. Beləliklə sözügedən əmlak hazırda İddiaçı deyil, onun mərhum atası X4 mülkiyyəti kimi dövlət qeydiyyatında qalmaqdadır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, mərhum H.Muxtarova məxsus əmlakla bağlı sonuncunun vərəsəsi olmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsi ndə vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin məhkəmədə irəli sürülməsi üçün subyektiv hüququ yoxdur, belə ki, o, mərhum H.Muxtarova məxsus əmlakla bağlı sonuncunun vərəsəsi olmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini məhkəməyə təqdim etməmiş və mərhum atasının adına olan əmlakın artıq iddiaçının mülkiyyəti olması hər hansı bir sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məc əllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yuxarıda göstərilmiş iki mərhələdən, yəni, mərhum atası H.Muxtarova məxsus əmlakla bağlı sonuncunun vərəsəsi olmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini alandan və sözügedən əmlakın mülkiyyət hüququ əsasında öz adına çıxarış əldə edəndən sonra, iddiaçının qənaətinə görə ona dəymiş maddi və mənəvi zərərin tutulması barədə iddia ərizəsi məhkəməyə müraciət etmək hüququna malikdir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 35.1, 68, 69, 96-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)1054/2019 saylı qərarı ləğv edilsin. İddiaçı hazırki iddiaçı mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə dü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar