Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3065/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-603/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mərkəzi Filiala təqdi m etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajınız 20 ildən az (19 il 11 ay 8 gün (xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 11 il 3 ay)) təşkil edir. Belə ki, 2006-2022-ci illərdə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində həmin dövr üzrə cəmi 135 ay (11 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlə r istisna olmaqla). Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 51120,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16067,57 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyi n tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1985-xx.xx.1986-cı ilə kimi Quba Xalçaçılıq müəssisəsində toxucu peşəsində işlədiyi əmək fəaliyyətini, xx.xx.1990-cı illərdən 2011-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində izopropil spirti sexi üzrə kimyəvi analiz laborantı və aparatçı peşəsində 19 ilə yaxın zərərli əmək şəraitində çalışdığını nəzərə alaraq ona pensiya hü ququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-1986-cı illərdə Quba Xalçaçılıq müəssisəsində toxucu peşəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1990-cı illərdən 2011-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda əmək fəaliyyətində olmuş, 2011-ci ildən sonra fasilələrlə başqa idarələrdə əmək fəaliyyətində olmuşdur. Bu illərin 20 ilə yaxın hissəsini “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində izopropit spirti sexi üzrə kimyəvi analiz laborantı və aparatçı peşəsində çalışmış, ümumilikdə 27 il iş stajının 19 ilə yaxınını zərərli əmək şəraitində işləmişdir. “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun bu barədə verdiyi arayışlardan da göründüyü kimi, 01 noyabr 1992-ci il tarixindən 05 dekabr 1993-cü il tarixinə kimi tam iş günü, “06 dekabr 1993-cü il tarixindən 17 yanvar 1994-cü il tarixinə kimi tam iş günü, 18 yanvar 1994-cü il tarixindən 28 fevral 1995-ci il tarixinə kimi tam iş günü, 06 dekabr 1993-cü il tarixindən 17 yanvar 1994-cü il tarixinə kimi tam iş günü, 18 yanvar 1994-cü il tarixindən 28 fevral 1995-ci il tarixinə kimi tam iş günü, 01 mart 1995-30 aprel 2000-ci ilə kimi tam iş günü, 17 sentyabr 2002-ci il tarixindən 31 dekabr 2005-ci il tarixinə kimi tam iş günü, 01 yanvar 2006-cı il tarixindən 28 iyun 2010-cu il tarixinə kimi tam iş günü, 01 oktyabr 1990-cı il tarixindən 31 oktyabr 1992-ci il tarixinə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun izopropil spirti istehsal sexində aparatçı və başqa zərərli peşələrdə işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754b şifrinə əsasən 2 saylı siyahı üzrə (spirtlər) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İşlədiyi idarə tərəfindən verilən arayışlarla və əmək kitabçası üzrə onun həmin siyahı üzrə zərərli peşədə işləməyi təsdiqini tapmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, onun müraciəti müsbət həll edilməmişdir.
5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (19 il 11 ay 8 gün (xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2002xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 11 il 3 ay)) təşkil edir. Belə ki, 2006-2022-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 135 ay (11 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsini n 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51120,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16067,57 manat təşkil edirdi.
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-623/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – R.Həsənov).
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının iş stajı xx.xx.2006-cı ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərini ödəmir. Belə ki, əmək kitabçasının təsdiqlənmiş surəti (15 il 3 ay) və X1 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışdan (1 il 2 ay) görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (16 il 5 ay) azdır. Göründüyü kimi, iddiaçıya iddia tələbində qeyd etdiyi 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etmək nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, nə də həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq etmək olmur. Belə olan halda, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-603/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-623/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Cabbarova, hakimlər – V.Əzizova, İ.Quliyev).
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikay əti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırın cı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin məhkəmə onun ümumu stajının 2006-cı il tarixə qədər olan hissəsini etibarlı saymış 2006-cı ildən sonrakı 10 il stajını nəzərə almamış və hesablamamışdır. Bu stajının 2011-ci ilə kimi hissəsini o, zərərli iş sahəsi kimi işləmişdir. Ümumilikdə 2027-ci ilə kimi əmək fəaliyyəti əmək kitabçasında qeyd olunub. Təkcə 1990cı ildən əmək şəraiti zərərli və ağır olan əmək fəaliyyəti 2006-cı ilə kimi 16 il, 2011-ci ilə kimi əmək şəraiti zərərli və ağır olan əmək fəaliyyəti 21 il olmuşdur. 2006-cı ildən xx.xx.2017-ci ilədək əmək müqaviləsi əsasında işləmişdir.
13. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddəsini vətəndaşın vəziyyətini ağırlaşdıra n hallarda qanunun qüvvəyə mindiyi vaxtdan geriyə şamil etmişdir. Hansı ki, ona pensiya işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən təyin edilməlidir. Eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinin xx.xx.2006-cı il tarixədək qüvvədən düşməsi səbəb ilə, bu münasibətlərə tətbiq edilməməsi, vətəndaşın pensiya hüquqlarının məhkəmə tərəfindən müdafiəsiz qoyulması ilə nəticələnmişdir. Onunla eyni işdə çalışan bütün işçilərə 52 yaşdan köhnə qanunla güzəştli şərtlərlə pensiya verildiyi halda məhkəmə ayrı-seçkiliyə gətirib çıxaran belə bir qərar qəbul etmişdir. Bundan başqa, cavabdeh orqan məhkəməyə qədər güzəştli şərtlərlə pensiya təyin etməkdən ümumiyyətlə imtina etmiş, məhkəmədə isə iddianı etiraf edərək bu pensiyanı təyin etmişdir. Belə olduğu halda məhkəmə iddianı tam təmin etməli idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə etiraz apellyasiya şikayətinə verilmiş etiraza uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir 16. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zə rərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Hazırda iddiaçının hüquqi marağı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
24. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçası, habelə arxiv çıxarış məlumatlarına əsasən, xx.xx.2006-cı ilədək malik olduğu ümum i iş stajı 16 il 5 ay təşkil edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) şəxsin 52 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixədək 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması;
26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı ilə qədər tələb edilən ümumi stajı tamam olmadığından ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkün deyildir.
27. Bundan başqa, məhkəmə kollegiyası k assasiya şikayətinin “2006-cı ildən sonrakı 10 il stajının nəzərə alınmaması” barədə dəlili üzrə qeyd edir ki, iddiaçının hüquqi marağı hazırda 52 yaşdan güzəştli şərtlərlə yaşa pensiya təyin edilməsinə yönəldiyindən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra ümumi iş stajını toplaması onun xx.xx.2006-cı il tarixədək tələb edilən ümumi iş stajına malik olmaması halını aradan qaldırmır.
28. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasə n, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-603/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.