Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3066/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: mümkünlük; məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması GİRİŞ HİSSƏ Hakimlər: 10.12.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdehnə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərardadından iddiaçı Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər üzrə X2 İdarəsi (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentidir) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh kiçik müəssisənin 01 yanvar 2017-ci il tarixə 1.602,00 manat məbləğində məcburi dövlət sığorta haqları üzrə yaranmış borcunun cavabdeh kiçik müəssisəsin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçı İdarənin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeıva; iş No 2-1(81)-1355/2018) iddia tələbinin qismən təmin edilməsi; cavabdeh kiçik müəssisəsinin 01 yanvar 2017-ci il tarixə 1602,00 manat məbləğində məcburi dövlət sığorta haqları üzrə yaranmış borcunun iddiaçı İdarənin xeyrinə tutulması; iddia tələbinin cavabdeh kiçik müəssisəsin fəaliyyətinin dayandırıldması və əmlakının satılmasına dair hissədə iddia təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 21(103)-1899/19) cavabde h kiçik müəssisəsin apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İdarə kassasiya şikayəti verərək, qərardadı ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırı lmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti tə min edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı vergi orqanının cavabdeh kiçik müəssisədən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəmədə iddia qaldırılmadan (məhkəmədənkənar) özü icraya yönəldə bilər və icra qanunvericiliyi ilə icra sənədlərinin icrası qaydası fərqləndirilmədən bütün icra sənədlərinin həmin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi təsbit olunmuşdur. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmas ına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qürumları nəzərdə tutulur). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin qəbul etdiyi 06 fevral 2019-cu il tarixli **********5 №-li əmri ilə iş üzrə iddiaçı - nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi ləğv edilmiş və məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh müəsisəsinin vergi ödəyicisi kimi vergi qanunvericiliyinə riayət etməsinə nəzarəti Bakı şəhəri X1 Departamenti tərəfindən həyata keçirilir. Belə olan halda, Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, ha belə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məjəllənin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı pro tokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixti saslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “İnzibati İcraat haqqında” Qanununun 82.1-ci maddəsinə əsasən pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Vergi Məcəlləsinin 90.1-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair» 13 sentyabr 2011-ci il tari xli qərarına görə, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda, vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar qaydada həll olunur. Vergi ödəyicisinin zəruri və kifayət olan həcmdə siyahıya alınacaq əmlakının olmaması isə vergi orqanına vergi borcunun məhkəmə qaydasında tutulması ilə bağlı iddia qaldırmasına əsas ola bilməz. Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbind isə nəzərdə tutulur ki, vergi orqanının borcun dövlət büdcəsinə alınmasına dair sərəncamı icra sənədi sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları t ərəfindən həyata keçirilir. Həmin qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılırlar. Belə olan halda, hazırkı iddianın inzibati icraatda baxılması mümkün olan əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Əks təqdirdə həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı İdarənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddə sinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının və qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ Vİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3066/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3066/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver