Məhkəmə qərarları › İş №2-1(102)-3067/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3067/2019

17.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3067/2019 17.10.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-3067/19 Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev İş üzrə İddiaçı kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2-1(81)4350/2018 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qanunla ona çatası məbləğdə (130-61=69 manat) ünvanlı dövlət sosial yardımı təyin edilməsi barədə qərarın qəbul edilməsi və keçən müddət ərzində əksik ödənilmiş ünvanlı dövlət sosial yardımın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2-1(103)-2994/18 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli 2-1(102)-1262/2019 saylı qərarı ilə İddiaçı kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 12 dekabr 2018-ci il tarixli 2-1(103)2994/2018 saylı qərardadının ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyun 2019-ci il tarixli 2-1(103)-1411/18 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətin təmin edilməsi, 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4350/2018 saylı 24 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi öz qərardadı ilə faktiki olaraq hazırkı iddianı mümkün saymışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərardadından narazı qalan İddiaçı həmin qərardaddan kasasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş ha llar istisna olmaqla Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Göründüyü kimi, apelyasiya i nstansiyası məhkəməsi öz qərardadında göstərsə belə, İPM də bu növ qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hazırki işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərək İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qanunla ona çatası məbləğdə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarın qəbul edilməsi və keçən müddət ərzində əksik ödənilmiş ünvanlı dövlət sosial yardımın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərmişdir. Apelyasiya instansiyası məhkəməs inin həmin qərardadından müəyyən olunur ki, məhkəmə birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəsini əsassız hesab etməklə iddianın mahiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi öz qərardadında göstərmişdir ki, iddiaçının tələbinin qeyd olunan qaydada dəqiqləşdirilməsində Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbləri qaydasında məhkəmə tərəfindən yardım göstərilməsi müəyyən edilməmişdir. Əksinə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, öz qərardadında iddiaçının tələbinin İPM-nin 13-cü maddəsinin tələbləri qaydasında (mübahisələndirmə iddiası növündə\) dəqiqləşdirilməsindən yardım göstərilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ya nında DSMF-nin səlahiyyətlərinin bir neçə məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etməsi nəzərə alınaraq, işə iddiaçının yaşadığı ünvan üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən baxılmasını qeyd etmişdir. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi iddianın mümkün iddia olduğu ilə bağlı olmuşdur və birinci instansiya məhkəməsinin yerinə yetirməli olduğu sonrakı prosessual hərəkətlər iddia tələbinə mahiyyəti üzrə baxılması ilə əlaqədar olmalıdır. Belə olan halda isə həmin qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-in 83.4-cü maddəsinə görə müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina edilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar