Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3068/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdeh1nə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sökülmüş köşkün əvəzində yenisinin quraşdırılması üçün torpaq sahəsinin ayrılması GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 10.12.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı iştirkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və 3-cü şəxs Cavabdeh2nə qarşı sökülmüş köşkün əvəzində yenisinin quraşdırılması üçün torpaq sahəsinin ayrılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 25 aprel 2019-cu il tarixli qərarından cavabdeh İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə və 3-cü şəxs Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu F.Ağayev küçəsində “Elmlər Akademiyası” metrostansiyasının tikintisi ilə əlaqədar iddiaçıya məxsus köşkün söküldüyünü nəzərə alaraq, həmin köşkün əvəzində iddiaçının öz vəsaiti hesabına yenisinin Yasamal rayonu ərazisində verilməsi öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakim Ş.M əmmədova, iş No 2-1(81)-3768/2017) iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və S.Hüseynov; iş No 21(103)-2714/2017) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; iddianın mümkün sayılmaması; iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov; iş No 2-1(102)-481/2018) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov; iş No 2-1(103)-1246/2018) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər İ.Dadaşov və X.Məmmədov; iş No 2-1(102)-1864/2018) kassasiya şikayətinin qism ən təmin olunması; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmşdır. Hazırki işə 3-cü dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 2-1(103)-518/2019)iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməsi; ünvan 1 ünvanında iddiaçıya məxsus olmuş, sahəsi 9,4 kv.m olan köşkün “Elmlər Akademiyası” metrostansiyasının tikintisi ilə əlaqədar söküldüyünə görə, h əmin köşkün əvəzinə, Bakı şəhəri, Yasamal rayon ərazisində iddiaçının vəsaiti hesabına yenisinin qoyulması (verilməsi) öhdəliyi cavabdeh İcra Hakimiyyətiə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh İcra Hakimiyyəti kassasiya şikayəti verərək, qərar ləğv edilərək, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İcra Hakimiyyətinin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin fak tiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh və 3-cü şəxs İcra Hakimiyyətlərinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan ba xılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Bakı şəhəri, Cavabdeh1 Başçısının 1143 saylı, 01 dekabr 1999-cu il t arixli sərəncamına əsasən, F. Ağayev küçəsi, 2 saylı yataqxananın qarşısında “Ərəzin” kiçik müəssisəsinə məxsus köşkün Z.Xəlilov küçəsi, 48 “a” saylı evin 2-ci mənzilində yaşayan vətəndaş İddiaçı (iddiaçının) adına keçirilməsi, köşk yerinin icarə xərclərinin ödənilməsi üçün vətəndaş İddiaçıla müqavilənin bağlanılmasına göstəriş verilmişdir. Bir müddət sonra iddiaçıya məxsus köşk “Elmlər Akademiyası” metrostansiyasının İİ çıxışının tikintisi ilə əlaqədar sökülsə də, iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. İddiaçı ona məxsus köşkün sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə əlaqədar cavabdeh Bakı şəhəri Cavabdeh1nə müraciət etmişdir. Həmin inzibati orqanın iddiaçıya ünvanladığı 22 may 2017-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imttian olu nmuş və əsas kimi, göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1408 saylı 18.03.2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün tərtib edilmiş tədbirlər planı”na “Elmlər Akademiyası” stansiyasının İİ çıxışının tikintisi də daxil edilmişdir. Azərbaycan Respublikası Bakı Metropoliteninin rəhbərliyi Azərbaycan Respublikası Baş Nazirinin müavini və başqa dövlət qurumlarına müraciət edərək, F.Ağayev küçəsi boyunca H.Cavid (keçmiş M.Əzizbəyov) prospekti ilə Z.Xəlilov küçəsi arasında yerləşən obyektlərin “Elmlər Akademiyası" stansiyasının İİ çıxışı üçün ayrılmış torpaq sahəsinə düşdüyünü nəzərə alaraq, həmin ərazinin ticarət obyektlərindən azad olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmiş, sökülən obyektlərə görə obyekt sahiblərinə kompensasiya ödənilmişdir. Lakin, həmin obyektlərin siyahısında iddiaçıya məxsus köşkün və ya iddiaçının adı olmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tərtib edilmiş tədbirlər planına əsasən iddiaçıya məxsus olmuş köşk sökülməsinə, eləcə də həmin köşkə aid hüquqmüəyyənedici sənədlər qüvvədə olmasına baxmayaraq, cavabdeh İcra Hakimiyyətinin 22 may 2017-ci il tarixli imtina məktubundan göründüyü kimi, iddiaçıya hər ha nsı kompensasiya ödənilməmişdir. Cavabdeh İcra Hakimiyyəti iddiaçıya məxsus köşkün sökülməsi ilə əlaqədar cavabdehliyinin olmamasını bildirsə də, onun həmin məktubunda bu barədə hər hansı məlumatın göstərilməməsinin səbəblərinə aydınlıq gətirə bilməmişdir. İddiaçı hazırki iddiasında köşkün əvəzinə pul kompensasiyasının deyil, müvafiq köşkün öz vəsaiti hesabına Bakı şəhəri Yasamal rayonu ərazsində qoyulması (verilməsi) vəzifəsinin cavabdeh İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hazırki işə əvvəllər baxmış Ali Məhkəmənin qərarında söylənilən hüquqi mövqe nəzərə alınaraq qeyd olunmalıdır ki, inzibati mühakimə icraatı qaydasında iddianın qeyd olunan qaydada, yəni köşkə görə pul kömpensasiyasının deyil, əvəzinə yenisinin verilməsi şəklində qoyulması mümkünd ür, belə ki, kompensasiya sözü daha geniş məfhum olmaqla, nəyisə nəiləsə əvəz ediməsini, yəni bir əşyanı götürməklə onun digər əşya ilə əvəz edilməsini də ehtiva edir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuşdur, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanan qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiy a instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3068/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3068/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver