Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3068/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 hüquqi şəxsinə qarşı “qər arın ləğv edilməsi, hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N6 iyul N0N4-cü il tarixli, N-1(105)-150/N0N4 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.N016-cı il tarixli, N785 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən onun diaqnozu “Müştərək travma (xx.xx.N015). Keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması. Sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə. L1 fəqərə cisminin komp ression fəsadlaşmış, qapalı sınığına görə aparılmış Th11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahiyyə əməliyyatından sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması: Neyrogen (spinal) sidik kisəsi, xroniki sidik ləngiməsi, xroniki spastik kolit şəklində. LN-L3-L4-L5 fəqərələrinin spondilolistezi. Ağrı sindromu ilə, “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir.
2. Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.N017-ci il tarixli müayinə nəticələrindən görünür ki, İddiaçı “Əsas diaqnoz S06 kəllədaxili travma; müştərək travma (xx.xx.N015), keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması; sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə; L1 fəqərə cisminin k ompression fəsadlaşması, qapalı sınığa görə aparılmış Th11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahi əməliyyatdan sonrakı çanaq üzvləri funksiyalarının ləngmə tipli pozulması; neyrogen (spinal) sidik kisəsi ləngiməsi; LN-L5 fəq spondilolistezi. Ağrı ilə; Ağırlaşma: S06 kəllədaxili travma; müştərək travma (xx.xx.N015); keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması; sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə; L1 fəqərə cisminin kompression fəsadlaşması, qapalı sınığa görə aparılmış Th11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahi əməliyyatdan sonrakı çanaq üzvləri funksiyalarının ləngmə tipli pozulması; neyrogen (spinal) sidik kisə si ləngiməsi; LN-L5 fəq spondilolistezi ağrı ilə” diaqnozları (X1: XİX Sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri- S00-S09 – başın travmaları – S06-kəllədaxili travma – S06.9-dəqiqləşdirilməmiş kəllədaxili travma), “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə N.N ikinci dərəcəli əlillik – N.N.8 etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30G3N.9, G80-G80.9) təyin edilmişdir.
3. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli, 0N44003AAQKP nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT10 T91.3 “Onurğa beyni travmasının nəticələri L1 fəqərəsinin kompression qəlpəli fəsadlaşmış sınığına görə qapalı onurğa travmasının nəticələri”, ağırlaşm aları N31.8 “Sidik kisəsinin digər sinir-əzələ disfunksiyaları neyrogen sidik kisəsi”, R33 “Sidik ifrazının ləngiməsi xroniki sidik ləngiməsi parodoksal işuriya”, Z96.8 “Digər dəqiqləşdirilmiş funksional implantatın olması Th11-Th1N-LN fəqərələrinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı hal, çıxarılmamış metal konstruksiya ilə”, G95.8 kodlu “Onurğa beyninin digər dəqiqləşdirilməmiş xəstəlikləri, çanaq orqanları funksiyasının ləngimə tip pozulması” xəstəlikləri mövcuddur.
4. Həmin göndəriş TSEK-də xx.xx.N0NN-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir.
5. Sözügedən imtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar xx.xx.N0 NN-ci il tarixdə onun əlavə əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və XN Sosial Ekspert Komissiyası tərəfindən 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərar qəbul edilmiş və Qərarın N9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sidik saxlaya bilməməsindən, qəbizlikdən şikayətlənmiş, nevroloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, ətraflarda iflic, parez müəyyən olunmamışdır. Anamnestik məlumatlarda sidiyin saxlaya bilməməsini ifadə etsə də, sistostomanın, kateterizasiyanın olmaması müəyyən edilmiş, əyani baxış zamanı “pampersdən” istifadə etməmişdir. Təqdim edilmiş Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın xx.xx.N0NN-ci il tarixli səhhətin müayinə aktında diaqnoz “Neyroqen sidik kisəsi. Xroniki sidik ləngiməsi ilə” kimi müəyyən olunsa da, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 30 dekabr N015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. 6. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 T167/N0N3 saylı rəyindən görünür ki, “1. İddiaçı tibbi sənədlərinə əsasən onun əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Quba rayon Mərkəzi Xəstəxanasında tərtib edilm iş müəssisəsində xx.xx.N0NN-ci il tarixli 0N44003AAQKP nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Onurğa beyni travmasının nəticələri, L1 fəqərəsinin kompression fəsadlaşmış sınığına görə qəlpəli onurğa travmasının nəticələri, TH11-TH1N-LN fəqərələrinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı hal, çıxarılmamış metal konstruksiya ilə, çanaq orqanları funkasiyasının lənimə tip pozulması, neyrogen sidik kisəsi, xroniki sidik ləngiməsi parodoksial işuriya” diaqnozu, N017-ci ildə ona əlillik təyin edilərək müəyyən edilmiş diaqnozla eynilik təşkil etsə də, hazırda xəstəliyin əlamətləri N017-ci illə müqayisədə daha da yüngülləşmişdir, konkret olaraq diaqnozun tərtibatı zamanı xəstənin subyektiv şikayətlərinə əsaslanmışdır; N. Qeyd edilən xəstəliklərlə əlaqədar xəstəl ərin tam sağalıbsağalmaması haqqında birmənalı fikir söyləmək mümkün deyildir, lakin vaxtaşırı idman müalicə tədbirləri əsas xəstəliyin və onun ağırlaşmasının yüngülləşməsi ilə nəticələnə bilər”.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi NN may N0N4-cü il tarixli, T 301/N0N4 nömrəli rəyindən görünür ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və onun xx.xx.N014-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı “Onurğanın birinci fəqərəsinin sınığına görə aparılmış transpedikulyar vintlərlə fiksasiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Üçüncü dərəcəli torakal hiperkifoz. Lomber hiperlordoz. Ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyini n “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: T91.3-Onurğa beyni travmasının nəticələri, L1 fəqərəsinin kompression qəlpəli fəsadlaşmış sınığına görə qapalı onurğa travmasının nəticələri. Ağırlaşmalar: N31.8 “Sidik kisəsinin digər sinir-əzələ disfunksiyaları neyrogen sidik kisəsi”, R33 “Sidik ifrazının ləngiməsi xroniki sidik ləngiməsi parodoksal işuriya”, Z96.8 “Digər dəqiqləşdirilmiş funksional implantatın olması Th11-Th1N-LN fəqərələrinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı hal, çıxarılmamış metal konstruksiya ilə”, G95.8 kodlu “Onurğa beyninin digər dəqiqləşdirilməmiş xəstəlikləri, çanaq orqanları funksiyasının ləngimə tip pozulması” ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onun həmin xəstəliklərə düçar olmasını inkar etmək də olmaz. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0N0-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ek spertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi TibbiSosial Ekspert komissiyaları tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.N0NN-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının imtina barədə qərarının qanunsuz hesab edilməsi və İİ qrup əlillik dərəcəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
9. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N010-cu il tarixdən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət keçmişdir. xx.xx.N015ci il tarixdə xidmətdə olarkən avtoqəza nəticəsində qapalı kəllə beyin travması kəllənin təpə nahiyəsinin, sağ said-dirsək oynağı nahiyələrinin əzilmiş cırılmış nahiyələrinin geniş həcmli hematoması və yumşaq toxumaların əzilməsi, döş qəfəsinin qapalı küt travması, heprnevmotoraks, L1 bel qəfəsinin kompression sınığı və digər taravmalarla xəstəxanaya yerləşdirilmişdir. “Th11, Th1NLN fəqərələrin transpedukulyar fiksasiyası” cərrahiyyə əməliyatına məruz qalmışdır. Aparılmış əməliyyatdan sonra onurğa sütununun L1 bel fəqərəsinin qapalı kompression fəsadlaşmış sınığına görə çıxarılmamış metal konstruksiyası ilə yaşamaq mə cburiyyətində qalmışdır. xx.xx.N016-cı il tarixli Hərbi Həkim Komissiyasının xəstəlik haqqında N785 nömrəli (şəhadətnaməsi) qərarı ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Cavabdeh orqanın qərarı ilə xx.xx.N017-ci il tarixdən N0NN-ci ilədək ikinci qrup əlil hesab edilmişdir. xx.xx.N0NN-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinasını qanunsuz hesab edir.
10. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.N017-ci il tarixli göndərişi əsasında baxılmış və “S06 Kəllədaxili travma, Müştərək travma (xx.xx.N015). K eçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması. Sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə. L1 fəqərə cisminin kompression fəsadlaşmış, qapalı sınığına görə aparılmış TH11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahiyyə əməliyyatından sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması: Neyrogen (spinal) sidik kisəsi, xroniki sidik ləngiməsi. LN-L5 fəq. spondilolistezi. Ağrı ilə” diaqnozu ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.N0NN-ci il tarixli göndərişi əsasında baxılmış və iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina cavabı verilmişdir. Daha sonra iddiaçının əlavə əyani müayinəsi aparılmış və müa yinə zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 30 dekabr N015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.N0NN-ci il tarixdə imtina verilsə də, o, N0NN-ci ilin oktyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh orqanın N4 mart N0NN-ci il tarixli imtinası əsasında qəbul edilmiş 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərarının ləğv edilməsi, ona hərbi xidmət dövrü ilə əlaqədar 14 mart N0NN-ci il tar ixdən (Quba rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında) ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) N4 avqust N0N3-cü il tarixli, N-1(118)-807/N0N3 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin N4 mart N0NNci il tarixli imtinası əsasında qəbul edilmiş 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərar ləğv edilmiş, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar, ikinci qrup əlillik dərəcəsinin 14 mart N0NN-ci il tarixindən (Quba rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı alınmış ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəl lər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla halhazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. İddiaçı ona 14 mart N0NN-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir.
14. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(105)-150/N0N4 nömrəli, N6 iyul N0N4-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: H.Ç.Babayeva, hakimlər: İ.R.Quliyev və M.M.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin N4 avqust N0N3-cü il tarixli, N-1(118)-807/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməməsini bildirsə də, qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya N017-ci il tarixdən etibarən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, N017-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onu n davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.N0N4-cü il tarixli, N1(10N)- ******* nömrəli, xx.xx.N0N4-cü il tarixli N-1(10N)-589/N0N4 nömrəli, xx.xx.N0N4-ci il tarixli N-1(10N)-671/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli, N-1(10N)-764/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli, N-1(10N)-555/N0N4 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və f aktiki əsas yaradır.
17. Eyni zamanda, Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində xx.xx.N0NN-ci il tarixli, 0N44003AAQKP nömrəli göndərişin (Forma 88) tərtib edildiyi qeyd edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əsas diaqnozun birbaşa öz əksini tapmasa da, onun ağırlaşması kimi G95.8 diaqnozunda olan xəstəlik Əsasnamənin N.N və N.N.9-cu bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olması işin tərəflər arasında mübahisələndirilməyən halıdır və iş üzrə alınmış ekspert rəyləri ilə də təsdiq olunmuşdur. Göndərişin rəsmiləşdir ildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və yaxud ağırlaşma olması fərqləndirilməmişdir. Habelə, göndərişdə qeyd edilən əsas diaqnoz XBT 10 T91 və onun ağırlaşmaları olan Z96.8 və G95.8 kodlu xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri baxımından da əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, T91 (boynun və gövdənin travmalarının nəticələri) və G95 (onurğa beyninin digər xəstəlikləri) kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.6.3-cü bəndində, Z96.8 kodlu xəstəlik isə (digər dəqiqləşdirilmiş funksional implantların olması) 3-cü “Həzm sistemi orqanlarının xəstəlikləri” bölməsinin 3.N.3-cü bəndində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir və meyarların 3.N.3.N-ci bəndinə əsasən Z96.8 kodlu xəstəlik orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. 0N44003AAQKP nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş T91 kodlu və onun ağırlaşmaları olan Z96.8 və G95.8 kodlu xəstəliklər həm göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə əsasən iddiaçıya ikinci dərəcə əlilliyin, həm də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, müvafiq olaraq orqanizmin funks iyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(105)-150/N0N4 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.N0NN-ci il tarixli göndərişi əsasında baxılmış “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilm əsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N016-cı il tarixli N785 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə “Müştərək travma (xx.xx.N015). Keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması. Sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə. L1 fəqərə cisminin kompression fəsadlaşmış, qapalı sınığına görə aparılmış Th11-Th1NLN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahi əməliyyatından sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması: Neyrogen (spinal) sidik kisəsi, xroniki sidik l əngiməsi, xroniki spastik kolit şəklində. LN-L3L4-L5 fəqərələrinin spondilolistezi. Ağrı sindromu ilə.” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sidik saxlaya bilməməsindən, qəbizlikdən şikayətlənmiş, nevroloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, ətraflarda iflic, parez müəyyən olunmamışdır. Anamnestik məlumatlarda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr N015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barəd ə qərar qəbul edilmişdir. Aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndəriş və diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfimizdən bildirilən bu kimi halları ətraflı və hərtərəfli araşdırmamış, yekunda düzgün olmayan qərar qəbul etmişdir. Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əs assız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N6 iyul N0N4-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (göndərişin tərtib olunduğu tarixdə qüvvədə olan reda ksiyası): Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.N. Əlilliyin qi ymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.N. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliy i olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.N. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.N. xüsusi səbəblərdən: 1.5.N.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.N.N. 1990-cı ilin N0 Yanvar hadisələri ilə əlaqədar; 1.5.N.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.N.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. N.N. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: N.N.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları: N. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməkl ə özünəqulluq bacarığı; N.N.N. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; N.N.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; N.N.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, isti fadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; N.N.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvietik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; N.N.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərç ivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; N.N.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N0-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməs i ilə bağlı məsələləri tənzimləyir. 1.N-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. N.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Kom issiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N0-ci il 16 yanvar tarixli, 1N nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Gö ndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 1N (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; N.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. N.N-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdi rilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. N.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 3N. Mübahisələndirmə haqqında iddia 3N.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydan a gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 3N.N. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 3N.N.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 3N.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tə rəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə m əlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilmiş hissədə iddia mümkün sayılmamalı, əlilliyin təyin olunma tarixi hissəsində qərar dəyişdirilməli, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh orqanın N4 mart N0NN-ci il tarixli imtinası əsasında qəbul edilmiş 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərarının ləğv edilməsi hissəsində iddia mümkün sayılmamalıdır.
30. İş materiallarından görünür ki, iddiaçı cavabdehin xx.xx.N0NN-ci il tarixli əlilliyin təyin edilməsindən imtina qərarından şikayət vermiş və şikayətlə əlaqədar xx.xx.N0NN-ci il tarixdə onun əlavə əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və XN Sosial Ekspert Komissiyası tərəfindən 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
32. İnzibati Prosessual Məcəllənin 3N.N-ci maddəsinə əsasən 3N.N.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt ); N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:
33. Həmin Məcəllənin 3N.3-cü maddəsinə görə ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir.
34. Qanunvericiliyin tələbinə əsasən şikayət instansiyasının qərarı ilə inzibati akt dəyişdirildiyi, habelə ilkin inzibati aktla müqayisədə inzibat i aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda həmin qərar mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. Hazırkı halda şikayət instansiyasının qərarı ilə inzibati orqanın aktı dəyişdirilmədiyindən və ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratmadığından mübahisə predmeti ola bilməz.
35. Odur ki, 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərarın ləğvi barədə iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, İPM-in 35.1-ci maddəsinə əsasən bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia həmin hissədə mümkün sayılmamalıdır.
36. Hazırkı işin halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən İddia çı barəsində tərtib edilmiş xx.xx.N016-cı il tarixli, N785 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də qeyd olunan “Müştərək travma (xx.xx.N015). Keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması. Sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə. L1 fəqərə cisminin kompression fəsadlaşmış, qapalı sınığına görə aparılmış Th11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahiyyə əməliyyatından sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması: Neyrogen (spinal) sidik kisəsi, xroniki sidik ləngiməsi, xroniki spastik kolit şəklində. LN-L3-L4-L5 fəqərələrinin spondilolistezi. Ağrı sindromu ilə, xəstəliklər “Travmadır, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. İddiaçı ilkin ola raq xx.xx.N017-ci il tarixindən xx.xx.N0NN-ci il tarixədək (5 il müddətinə) Əsas diaqnoz S06 kəllədaxili travma; müştərək travma (xx.xx.N015), keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması; sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bitişmə; L1 fəqərə cisminin kompression fəsadlaşması, qapalı sınığa görə aparılmış Th11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahi əməliyyatdan sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması; neyrogen (spinal) sidik kisəsi ləngiməsi; LN-L5 fəq spondilolistezi ağrı ilə; Ağırlaşma: S06 kəllədaxili travma; müştərək travma (xx.xx.N015); keçirilmiş qapalı kəllə-beyin və fəqərə sütunu travması; sağ Vİ, Vİİ, Vİİİ, X qabırğaların yerdəyişən sınığından sonrakı bit işmə; L1 fəqərə cisminin kompression fəsadlaşması, qapalı sınığa görə aparılmış Th11-Th1N-LN fəqərələrin transpedikulyar çıxarılmamış metal konstruksiya ilə fiksasiyası (xx.xx.N015) cərrahi əməliyyatdan sonrakı çanaq üzvləri funksiyalarının ləngimə tipli pozulması; neyrogen (spinal) sidik kisəsi ləngiməsi; LN-L5 fəq spondilolistezi ağrı ilə” diaqnozları (X1: XİX Sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələriS00-S09 – başın travmaları – S06-kəllədaxili travma – S06.9-dəqiqləşdirilməmiş kəllədaxili travma”) təyin edilmişdir və bu diaqnozlar əsasında “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir.
37. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Quba Rayon Mərk əzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli, 0N44003AAQKP nömrəli göndərişə əsasən, İddiaçı son 1 il ərzində - xx.xx.N0N1-ci il və xx.xx.N0NN-ci il tarixlərində XBT 10 T91.3 kodlu xəstəliklə ambulator müayinədə, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında T91.3 kodlu, xx.xx.N0NN-ci il tarixdə Bakı Respublika Neyrocərrahlıq Xəstəxanasında T91.3 kodlu xəstəliklə stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu: XBT 10 T91.3 “Onurğa beyni travmasının nəticələri L1 fəqərəsinin kompression qəlpəli fəsadlaşmış sınığına görə qapalı onurğa travmasının nəticələri”, ağırlaşmaları: N31.8 “Sidik kisəsinin digər sinir-əzələ disfunksiyaları neyrogen sidik kisəsi”, R33 “Sidik ifrazının ləngiməsi xroniki sidik ləngiməsi parodoksal işuriya”, Z96.8 “Digər dəqiqləşdirilmiş funksional implantın olması Th11-Th1NLN fəqəqlərinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı hal çıxarılmamış metal konstruksiya ilə”, G95.8 “Onurğa beyninin digər dəqiqləşdirilməmiş xəstəlikləri, çanaq orqanları funksiyasının ləngimə tip pozulması” qeyd edilmişdir. Həmin göndəriş TSEK-də xx.xx.N0NN-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir.
38. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir.
39. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində xx.xx.N0NN-ci il tarixli, 0N44003AAQKP nömrəli göndərişin (Forma 88) tərtib edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əsas diaqnozun birbaşa öz əksini tapmasa da, onun ağırlaşması kimi G95.8 diaqnozunda olan xəstəlik Əsasnamənin N.N və N.N.9-cu bəndlərinə əsasən (N.N.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtə lif mənşəli xəstəlikləri (G00-G14, GN0,GN3-GN3.9, GN5-GN6, G35- G37.8, G45-G46.8, G95-G95.9) əlilliyin təyin edilməsinə əsas verir.
40. İddiaçıda olan T91 (boynun və gövdənin travmalarının nəticələri) və G95 (onurğa beyninin digər xəstəlikləri) kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.6.3-cü bəndində, Z96.8 kodlu xəstəlik isə (digər dəqiqləşdirilmiş funksional implantların olması) 3-cü “Həzm sistemi orqanlarının xəstəlikləri” bölməsinin 3.N.3-cü bəndində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir və meyarların 3.N.3.N-ci bəndinə əsasən Z96.8 kodlu xəstəlik orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.
41. Habelə iddiaçıda olan əsas diaqnoz XBT10 T91 və onu n ağırlaşmaları olan Z96.8 və G95.8 kodlu xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri baxımından da əlilliyin təyininə əsas verən xəstəliklərdir.
42. Beləliklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N0NN-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.N0NN-ci ilə qədər) və xx.xx.N0NN-ci il tarixli, 0N44003AAQKP nömrəli göndərişin (Forma 88) tərtib edildiyi vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda əsas diaqnozun ağırlaşması olan xəstəliklər iddiaçıda mövcuddur. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qərardadları ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, tibbi müəssisəsinin göndərişində qeyd olunan diaqnozlar iddiaçıda mövcuddur. İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnozlar ekspert rəyləri, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edil məsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur.
43. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı ona ikinci dərəcə əlilliyin cavabdehin imtina tarixindən təyin edilməsinə yönəlmişdir. İddiaçının ilkin olaraq tələbi də cavabdehin xx.xx.N0NN-ci il tarixli imtina barədə qərarının ləğv edilməsi olmuşdur. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh orqanın N4 mart N0NN-ci il tarixli imtinası əsasında qəbul edilmiş 07 sentyabr N0NN-ci il tarixli, **********N nömrəli qərarının ləğv edilməsi, ona hərbi xidmət dövrü ilə əlaqədar 14 mart N0NN-ci il tarixdən (Quba rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında) ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Halbuki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
45. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ikinci dərəcə əlilliyinin xx.xx.N0NN-ci il tarixdən təyin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni olmamışdır.
46. Belə ki, iş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin əlilliyin təyinin başlanğıc tarixi ilə bağlı müəyyən etdiyi müddət inzibati aktın qəbul edildiyi vaxtı deyil, göndərişin verildiyi tarixdir.
47. Kollegiya apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0N0-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
48. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.N0NN-ci il tarixdə TSEK-ə göndəriş verilmiş, cavabdeh xx.xx.N0NN-ci il tarixdə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Başqa sözlə inzibati orqanın qərarı xx.xx.N0NN-ci il kimi qəbul edilməlidir (iş vər N9).
49. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N6 iyul N0N4-cü il tarixli, N-1(105)-150/N0N4 nömrəli qərarı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin 07 sentyabr N0NN-ci il tarixli **********N nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə mümkün sayılmamalı, əl illiyin təyin olunma tarixinin 14 mart N0NN-ci il tarixdən hesab olunması hissəsində dəyişdirilməli, əlilliyin təyin olunma tarixi N4 mart N0NN-ci il tarixdən müəyyən edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N6 iyul N0N4-cü il tarixli, N-1(105)-150/N0N4 nömrəli qərarı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin 07 sentyabr N0NN-ci il tarixli **********N nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə mümkün sayılmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N6 iyul N0N4-cü il tarixli, N -1(105)-150/N0N4 nömrəli qərarı əlilliyin təyin olunma tarixinin 14 mart N0NN-ci il tarixdən hesab olunması hissəsində dəyişdirilsin. Əlilliyin təyin olunma tarixi N4 mart N0NN-ci il tarixdən müəyyən edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.