Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3068/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pu lun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 12 iyun tarixli, 21(107)-349/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 25 dekabr 2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq, yəni daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli 3-1317/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin Zərdab rayon bölməsində çalışmışdır. 1997-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsində ağacları kəsməsi ilə bağlı ona qarşı cinayət işi başlanmış, lakin sonradan xx.xx.2024-cü il tarixli qərarla cinayət təqibinə xitam verilmişdir. Bu hadisə i lə əlaqədar Baş Mühafizə İdarəsinə çağırılmış, xidməti vəsiqəsi alınmış və DİN-in xx.xx.2023-cü il tarixli əmri ilə "daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə" xidmətdən azad edilmişdir. İddiaçı bildirir ki, işdən azad olunmaq üçün ərizə yazmayıb və cinayət təqibinə xitam verildikdən sonra da işə bərpa olunmayıb. DİN-ə dəfələrlə müraciət etməsinə və iki dəfə nazirin qəbulunda olmasına baxmayaraq, işinə qaytarılmayıb. İddiaçı hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassızdır, buna görə də əmrin ləğvini, işə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir. Cavabdehin etirazı:
4. Cavabdeh iddiaya dair etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 2 025-ci il 27 fevral tarixli, 21(116)-866/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3- 13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, DİN-in xx.xx.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş “daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” Təlimatın 1.16.4-cü bəndinə əsasən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul edilə bilməzlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində iş yerinə və vəzifəsinə bərpa olunmaqla, məcburi işburaxmaya görə pulun ödənilməsinə nail olmaqdır. Belə ki, iddiaçı, X1 Şöbəsinin polis nəfəri vəzifəsində xidmət etmiş və DİN Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri toplanmış bütün sübutlarla öz təsdiqini tapsa da, əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, cinayətin üstünün açılmasına fəal kömək etməsi və cinayət nəticəsində təbiətə dəymiş ziyanı ödəməsi səbəbindən barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs İddiaçı ərizə ilə rayon prokurorluğuna müraciət edərək barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı dövlət orqanında xidmət edən polis əməkdaşı olduğu halda, öz torpaq sahəsində qanunsuz ağac kəsmə ilə bağlı cinayət törətmişdir. Bu əməl CM-nin 259.1-ci maddəsi ilə (Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) tövsif olunmuş və sübuta yetirilmişdir. O, təqsirini boynuna alaraq, vurulmuş ziyanı ödədiyi üçün CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, lakin cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməmişdir. Diqqətəlayiq hal ondan ibarətdir ki, iddiaçı, barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi barəsində cinayət işini n icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin daxili işlər orqanlarında xidmət keçməsini qanunvericilik birbaşa qadağan edir. Məhkəmə qeyd etmişdir ki, polis əməkdaşı dövlətin hüquq mühafizə orqanlarının nümayəndəsi kimi, qanunçuluğun təmin edilməsində xüsusi məsuliyyət daşıyır və vətəndaşlara nümunə olmalıdır. Polis əməkdaşının hüquq pozuntusuna yol verməsi cəmiyyətin hüquq-mühafizə orqanlarına etimadını sarsıtmaqla xidmətin nüfuzuna xələl gətirir. Burada hüquq pozuntusunun ağırlığından çox, onun polis əməkdaşı tərəfindən törədilməsi xüsusi əhəmiyyət daşıyır. Yəni, polis əməkdaşının davranışı təkcə fərdi məsuliyyət çərçivəsində deyil, eyni zamanda, daxili işlər orqanlarının nüfuzuna təsir edən amil kimi qiymətləndirilməlidir.
7. İddiaçının törətdiyi əməl inzibati xəta və ya intizam pozuntusu yox, məhz cinayət tərkibli əməl olmuşdur. Odur ki, iddiaçının əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcudluğu sübuta yetirildiyindən, onun yol verdiyi hərəkətlər daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçını “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmuşdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2025-ci il 27 fevral tarixli, 2-1(116)-866/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər T.H.Həsənov /sədrlik edən və məruzəçi/, Ə.V.Kərimov və R.R.Rəfiyev) 2025-ci il 12 iyun tarixli, 2-1(107)349/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2025-ci il 27 fevral tarixli, 2-1(116)-866/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli 3-1317/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarə sində iş yerinə və vəzifəsinə bərpa olunmaqla, məcburi işburaxmaya görə pulun ödənilməsinə nail olmaqdır. Cavabdeh orqanın 25 dekabr 2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq, yəni daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir. İddiaçının apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, şəxsi mülkiyyətində olan torpaq sahəsində əkilmiş ağacı kəsən zaman əməlin cinayət məsuliyyəti yaradacağını bilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki, Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
11. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilmişdir. İşdən azad olunmağı barədə əmr isə xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Məhkəmə işin hallarını tam araşdırsaydı müəyyən edərdi ki, işdən çıxma barədə əmr ilə prokurorluğun qərarı aras ında 3 aydan çox fərq var. Lakin məhkəmə işin bu hissəsinə ümumiyyətlə toxunmamış və mövqe bildirməmişdir. Hansı ki, əmrlə qərar arasında olan ziddiyyət onu deməyə əsas verir ki, cavabdeh işdən azad olunmağı barədə əmr verən zaman Konstitusiyanın 63.1-ci maddəsinin tələblərini kobud şəkildə pozub. Hansı ki, həmin tarixdə adında heç bir qanuni qüvvəsini almış hüquqi akt olmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarında qeyd edilmişdir ki, 11 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Daha sonra cinayət işinin istintaqı davam etdirilmişdir. İddiaçının 20-23 oktyabr 2023-cü il tarixlərdə JN -0079, KOD9051 3018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət akti ilə özünə və ailə üzvlərinə məxsus Zərdab rayonu, Şıxbağı kəndində yerləşən 3,25 ha pay torpaq sahəsində "Kzubr" markalı zəncirli mişarla dəyəri 200 manat olmaqla 24 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 300 manat olmaqla 30 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 300 manat olmaqla 32 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 400 manat olmaqla 38 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 500 manat olmaqla 42 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 800 manat olmaqla 48 sm diametrli 01 ədəd qovaq ağacı və dəyəri 1300 manat olmaqla 58 sm diametrli 01 ədəd tut ağacı olmaqla, cəmi 3800 manat dəyərində 06 ədəd qovaq və 01 ədəd tut cinsli yaş vəziyyətdə köküstə bioloji inkişafda olan ağacları qanunsuz kəsərək təbiətə xey li miqdarda ziyan vurması sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri toplanmış bütün sübutlarla öz təsdiqini tapsa da, əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, cinayətin üstünün açılmasına fəal kömək etməsi və cinayət nəticəsində təbiətə dəymiş ziyanı ödəməsi səbəbindən barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 72.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.
12. Göründüyü kimi, 11 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, bundan sonra, iddiaçı barəsində “A zərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq xidmətdən xaric olunma barədə əmr xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Yekunda Zərdab rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərardan iddiaçı tərəfindən şikayət verilməmiş, qərar qanuni qüvvəsini almışdır. İddiaçı şikayətində digər dəlil olaraq göstərmişdir ki, məhkəmə, onun polis adına layiq davranış sərgiləməyini, cinayətin üstünün açılmasında göstərdiyi köməkliyi və dəymiş ziyanı dərhal ödəməyini nəzərə almamışdır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal cinayət işinin araşdırılması zamanı Zərdab rayon prokurorluğunda araşdırılaraq nəzərə alınmalı hal olduğundan və iddiaçının qeyd etdiyi hal lar nəzərə alındığından onun barəsində cinayət təqibinə xitam verilmişdir. Odur ki, iddiaçının göstərdiyi bu hallar hazırki iş üzrə nəzərə alınmalı hal olmamaqla iddianın təmin olunması üçün əsas sayıla bilməz. Həmçinin “cinayət təqibinə xitam verilməsi haqqında” qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs İddiaçı ərizə ilə rayon prokurorluğuna müraciət edərək barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, iddiaçı dövlət orqanında xidmət edən polis əməkdaşı olduğu halda, öz torpaq sahəsində qanunsuz ağac kəsmə ilə bağlı cinayət törətmişdir. Bu əməl CM-nin 259.1-ci maddəsi ilə (Qanunsuz ol araq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) tövsif olunmuş və sübuta yetirilmişdir. O, təqsirini boynuna alaraq, vurulmuş ziyanı ödədiyi üçün CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, lakin cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi qənaət əsaslı olmuşdur. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin daxili işlər orqanlarında xidmət keçməsini qanunvericilik birbaşa qadağan edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın ilk tələbi (cavabdehin əmrinin ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı ola n ikinci (işə bərpa) və üçüncü (məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi) tələblər də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Maddə 40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməs i üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74- cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər.
18. Cinayət Prosessual Məcəlləsi: Maddə 72.1. böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 19. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
28. Polis əməkdaşının xidmətə qəbul edilməsi İV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliy yətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.... Vİİİ. polisdə xidmətə qəbul və xidmət keçmə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə
33. Polis əməkdaşının məsuliyyəti Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir:... 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:... 7) xidmətdən xaric edilmə İV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Maddə
34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə İİİ. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.
20. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqan larında xidmət keçmə haqqında” Əsasnamə: Maddə 135.9. Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Bənd
17. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətləbir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquqmühafizə orqan larından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışını n predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin l əğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması üçün əsasların olub-olmaması bağlı məsələ apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmışdır.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də raz ılaşır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 12 iyun tarixli, 21(107)-349/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qə