Məhkəmə qərarları › İş №2-1(102)-3069/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3069/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3069/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1700/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin 15 yanvar 2019-cu il tarixli, 15/**********8 saylı məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmə sindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, tələb olunan güzəştli iş stajı yoxdur. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 52 yaşının tamam olduğu gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının tələb olunan güzəştli iş stajının olmadığını nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1353/2019 saylı, 10 may 2019-cu il tarixli qərarı (hakim – R.M.Daşdəmirov) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni 02 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Nizami rayon Şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1700/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və M.Ə.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1353/2019 saylı, 10 may 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüquq u yaranmış olmalıdır. Bunun üçün isə iddiaçı pensiya yaşına çatmalı və zəruri staja sahib olmalıdır. İddiaçı, xx.xx.1967-ci ildə anadan olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən tarixdə onun 39 yaşı olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilərdənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997ci il tarixli məlum dəyişiklikdən sonra kişi lər üçün bu yaş 52 olaraq müəyyən edilmişdir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında’' Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, pensiyanın təyini üçün zəruri olan sığorta hadisəsi - 52 yaşa çatma, reallaşmamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər üçün pensiya yaşı 60 yaş müəyyən e dilmişdir. Başqa sözlə, iddiaçı hazırda 9.1-ci maddəyə əsasən pensiyaya çıxmaq üçün zəruri yaş həddinə malik deyildir.Beləliklə, məhkəmə sözügedən maddəni düzgün təfsir etməmişdir. Tərəflərin izahatları İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01 yanvar 2006-cı il tarixə 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması tələb olunur. Belə olan halda, şəxs keçmiş qanunda nəzərdə tutulmuş 52 yaş həddinə nə vaxt çatmasından asılı olmayaraq əvvəlki qanunla müəyyən edilmiş şərtlər çərçivəsində pensiya hüququ əldə edir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixə 20 il ümumi və 10 il xüsusi staj topladığı müəyyən olunduğundan məhkəmə düzgün olaraq ona 52 yaşının tamam olduğu 02 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətində göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üz rə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstəri lən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtl ərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq kollegiya qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı ol malı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət n əzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən i sə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İş materiallarına əlavə edilmiş X3 X1 adına Bakı Neft texnikumu tərəfindən verilmiş HT-İ seriyalı 546093 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1984-cü ildə daxil olmaqla 1990-cı il tarixdə "neftin və qazın nəql edilməsi və saxlanılması” ixtisası üzrə tam kursu bitirmişdir və Dövlət ixtisas komissiyasının 26 aprel 1990-cı il tarixli qərarı ilə ona texnikmexanik ixtisası verilmişdir. AO seriyalı ******* saylı hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 17 aprel 1985-ci il tarixdən 30 may 1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus olmaqla tərtib edilmiş MT-İ seriyalı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.06.1990- 01.12.2003-cü illərdə SOCAR "Azneft” İstehsalat Birliyi "Neft Daşları” Neft və qazçıxarma idarəsində, 22.04.2003- 24.01.2005-ci illərdə Xəzər Qazma Şirkətində, 12.01.2005 - 21.12.2017-ci illərdə "KCA Dentag Caspian Limited” şirkətində çalışmışdır. İşə əlavə edilmiş X2 LTD şirkətinin 27.05.2019-cu il tarixli məktubundan görüür ki, İddiaçı Xaliq oğlu 22.04.2003-cü il tarixdən X2 LTD şirkətinə takelajçı vəzifəsinə qəbul edilmiş və 24.01.2005-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının güzəşt li şərtlərlə iş stajı 13 il 05 ay 05 gün təşkil edir. Belə ki, SOCAR "Azneft” İstehsalat Birliyi "Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 13 dekabr 2018-ci il tarixli güzəştli arxiv arayışdan isə görünür ki, "Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1990-2003-cü illər üçün əmək haqqlarının şəxsi hesablarında, 2003-cü il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1967- ci il tarixdə anadan olmuş İddiaçı bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur. İddiaçı 26.06.1990-ci il tarixdə 25.06.1990-cı il tarixli, 121 k nömrəli əmrlə Neftin kompleks hazırlanması və nəqli sexinə nasos qurğularının maşınisti (şifr 1100 000a-14259) vəzifəsinə qəbul edilmiş və 01 dekabr 2003-cü il tarixdə (19.12.2003-cü ilin 145/k nömrəli əmrinə əsasən) işdən azad edilm işdir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdəçalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adalanan 10-cu bölməsinin 2a yarımbölməsinə əsasən texnoloji nasosların maşınistləri peşəsi 1100000a-14259 kod nömrəsi ilə güzəştli peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan İ nömrəli siyahısında gös tərilən vəzifələrdə çalışması ilə əlaqədar 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq əmək stajına, o cümlədən 10 ildən çox zərərli əmək sahəsində iş stajına malik olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununu nəzərə aldıqda apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni 02 yanvar 2019-cu il tarixdə yaranmış olur. Cavabdeh kassasiya şikayətində istinad etdiyi dəlil ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Çünki “V ətəndaşların pensiya təminatı haqqında’' Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, pensiyanın təyini üçün zəruri olan sığorta hadisəsi - 52 yaşa çatma, reallaşmamışdır. Kollegiya sözügedən dəlili aşağıdakılara görə əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi qanunverici yaş və stajla bağlı əvvəlki qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas alınacağını təsbit etmişdir. Yuxarıda da şərh olunduğu kimi əvvəlki qanunvericilik (“Vətəndaşların pensiya təminatı haqqında’' Qanun) yaşla bağlı tələb kimi iddiaçının halına münasibətdə 52 yaş olaraq müəyyən etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1700/2019 saylı iş üzrə 17 iyul 20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar