Məhkəmə qərarları › İş №2-1(102)-3069/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3069/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3069/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Xəqani Məmmədovdan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-423/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarın dan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Texniki dəstək bölməsinin sürücüsü işləyir.

2. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020ci il tarixli 2243 nömrəli əmrindən görünür ki, Texniki dəstək bölməsinin sürücüsü Lətifov X2 Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə şəhərinə ezam olunmuşdur.

3. Ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.20 20-ci ildə Şəkidən Ağcabədiyə, xx.xx.2020-ci ildə Ağcabədidən Füzuliyə, xx.xx.2020-ci ildə Füzulidən Şamaxıya, xx.xx.2020-ci ildə Şamaxıdan Şəkiyə getmişdir. 4. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020ci il tarixli 2288 nömrəli əmrindən görünür ki, İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur. 5. xx.xx.2020-ci il tarixli 307 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Füzuliyə, xx.xx.2020-ci ildə isə Füzulidən Şəkiyə getmişdir. 6. "X6 Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 176 nömrəli arayışından görünür ki, İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazi lərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. 6. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli 409/1 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sına müraciət edərək İİ Qarabağ Müharibəsi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişinə əsasən, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təcili tibbi yardım avtomaşınlarının sürücülərlə birlikdə (həmçinin İddiaçı) "Ağdam Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə və "X6 Mərkəzi" publik hüquqi şəxsinə yaralı əsgər, zabit və şəhidlərin daşınması üçün ezam olunduğunu, müharibənin sonunadək yerdəyişmə üsulu ilə növbəlik əsasında 20 nəfər sürücün ün göstərilən işlərdə iştirak etdiyini, müharibə bitdikdən sonra sürücülərin avtomaşınları ilə birlikdə öz iş yerlərinə qayıtdıqlarını bildirmiş və sürücülərin müraciəti əsasında onlara veteran adlarının verilməsinin qanunauyğunluğu barədə məlumat verilməsini xahiş etmişdir.

7. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəs inin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vətənin bütövlüyü uğrunda mənəvi cəhətdən mübarizə aparmış, yaralı əsgər və zabitlərlə yanaşı, şəhidlərin döyüş bölgəsindən daşınmasını təmin etmişdir. Bu, onun vəzifə borcu olmuş, həmin vəzifəni yerinə yetirmişdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda bildirilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh ola bilm əz.

11. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 nömrəli qərarı ilə (hakim V.Qasımov) iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərb aycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Lakin ezamiyyə vərəqələrindən və əmrlərdən çıxarışlardan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam olunması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi yoxdur.

13. İddiaçı məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli müraciətdə iddiasının təmin edilməli olmasının "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3144 nömrəli Sərəncamından və ""Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127s nömrəli Sərəncamından da irəli gəldiyini bildirmişdir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, həmin Sərəncamlar Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin əməkdaşlarına və mülki işçilərinə veteran adının verilməsini deyil, onların “Vətən müharibəsi iştirakçısı” medalı ilə t əltif edilməsi məsələlərini tənzimləyir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(107)-369/2022 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) birinci instansiya məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icr aat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023cü il tarixli, 2-1(102)-850/2023 saylı qərarı ilə (hakimlər: N.Rəsulbəyova sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 8 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının ezamiyyətinin əsaslarını araşdırmadan yəni onun döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi barədə ezamiyyə vərəqələrinin verilməsi üçün əsas olan halları araşdırmalı, iddiaçının həmin bölgədə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli və həmin Əsasnamədə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına qiymət verməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-423/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Şükürov sədrlik edən və məruzəçi, A.Eyvazov və X.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçının cav abdehə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Texniki dəstək bölməsinin sürücüsü işləyir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2243 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına - Ağdərə şəhərinə ezam olunmuş, daha sonra xx.xx.2020-ci il tarixdən xx.xx.202 0-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Bundan əlavə, X6 Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 176 nömrəli arayışında da qeyd olunur ki, iddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir.

22. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək v eteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"sinə əsasən, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında işləyir və 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X4 daşınmasında iştirak etmişdir.

25. Vətən müharibəsində iştirak etdiyinə görə sübut kimi ezamiyyə vərəqələri iddia ərizəsinə əlavə etmişdir. Təqdim edilmiş ezamiyyə vərəqələrindən görünür ki, iddiaçı Füzuli, Ağcəbədi, Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş və ezamiyyə vərəqələri həmin xəstəxanaların rəhbərliyi tərəfindən imza olunmuş və möhürlənmişdir.

26. Qanunun tələblərinə əsasən hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən müvafiq adı ver ilir.

27. İşdə olan ezamiyyə vərəqələrindən və “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əmrlərindən çıxarışlardan iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir.

28. İddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etmədiyinə, Müdafiə Nazirliyində işləmədiyinə və hərbi hissəyə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi 7 iyun 2023-cü il tarixli qərarı ilə Səki Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək qərarın 33 cü bəndində apellyasiya instansiya məhkəməsinə göstəriş verərək qey d etmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün iş üzrə apellyasiya instansiya məhkəməsi iddiaçının ezamiyyətinin əsaslarını araşdırmadan yəni onun döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi barədə ezamiyyə vərəqələrinin verilməsi üçün əsas olan halları araşdırmalı, iddiaçının həmin bölgələrə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli və hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına qiymət verməlidir”.

30. X8 Məhkəməsi Ali Məhkəməsinin göstərişini y erinə yetirməmiş qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına düzgün qiymət verməmişdir. İddiaçının hara ezam olunduğunu və bu barədə iddiaçının ezamiyyə vərəqələrinin hansı təşkilat tərəfindən imza edilməsini və möhürlənməsini məhkəmə araşdırmamışdır. Şəki Apellyasiya Məhkəməsinin qərarında iddiaçının ezam vərəqələrində Müdafiə Nazirliyinin hərbi hissələrinə ezam olunması, daxil olması, çıxması və imzası və möhürlənməsi barədə məlumatlar müəyyən edilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş ş əxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həy ata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə": 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tər tər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növlə ri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qull uq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbayc an Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin halları nın tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.

42. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, işə ilk dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılan zaman bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ezamiyyətinin əsaslarını araşdırmadan, yəni onun döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliy yatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi barədə ezamiyyə vərəqələrinin verilməsi üçün əsas olan halları araşdırmamış, iddiaçının həmin bölgədə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğunu müəyyən etməmiş və həmin Əsasnamədə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına qiymət verməmişdir.

43. Cavabdehin kassasiya şikayətindəki dəlilinə əsasən qeyd edilmişdir ki, işdə olan ezamiyyə vərəqələrindən və “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əmrlərindən çıxarışlardan iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir. İddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etmədi yinə, Müdafiə Nazirliyində işləmədiyinə və hərbi hissəyə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sorğular verilmiş və həmin sorğulara əsasən, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı Şəki rayon Mərkəzi Xəstəxanasından ezam olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut əraziləri uğrunda gedən döyüşlər zamanı yaralı hərbiçiləri Füzuli Mərkəzi rayon Xəstəxanasına (keçmiş X6 Mərkəzinə) təxliyyə edilməsində iştirak etmiş, Fizuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən 2288 nömrəli ez amiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam edilmiş və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 2243 nömrəli ezamiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam edilmişdir.

45. Belə ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Texniki dəstək bölməsinin sürücüsü işləyir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin d irektorunun xx.xx.2020-ci il tarixli, 2243 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına - Ağdərə şəhərinə ezam olunmuş, daha sonra xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Bundan əlavə, X6 Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 176 nömrəli arayışında da qeyd olunur ki, iddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişd ir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 33-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir.

47. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 33-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir.

48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs inin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

49. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-423/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar