Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-307/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X12 və qeyriləri Cavabdeh1nə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-307/2019) Bakı şəhəri 20 fevral 2019-cu il 20.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızında ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, üçüncü şəxslər Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə iddiaçılar X6, X5, X2, X3 və İddiaçı3 Cavabdeh1nə qarşı (DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 üçüncü şəxslər olmaqla) Qəbələ rayon AİK-nın 21.02.2001-ci il tarixli 03 nömrəli qərarının Cavabdeh3, Cav abdeh4, X4 və Cavabdeh5 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsinin verilməsi hissəsində və həmin torpaq sahəsinə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-5592018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar X12, X10, X8, X9 və İddiaçı3 Cavabdeh1nə, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi idarəsinə, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Qəbələ rayon AİK-nın 21.02.2001-ci il tarixli 03 n ömrəli qərarının Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsinin verilməsi hissəsində və həmin torpaq sahəsinə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, islahat aparılan zaman iddiaçılar hazırda yaşadıqları təsərrüfatda qeydiyyatda olmaqla yaşamışlar. Həmin vaxt üçüncü şəxslər də onlarla birlikdə eyni həyətdə yaşamışlar. Yaşadıqları torpaq sahəsi islahat nəticəsində qanunsuz olaraq üçüncü şəxslərin mülkiyyətinə verilmiş və adlarına çıxarış hazırlanmışdır. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1013/2018 saylı, 21 avqust 2018-ci il tarixli qərardadı ilə (hakim: R.A.Məcidov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, AİK-nın qərarının mübahisələndirilməsi üçün müddət ötürüldüyündən və mübahisə predmeti olan çıxarışın mübahisələndirilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmənin həmin qərardadından iddiaçılar X12 və İddiaçı3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)559/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: R.R.Rəfiyev və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1013/2018 saylı, 21 avqust 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-559/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçılar bir ailə olmaqla mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikilidə yaşamışlar. xxx 1963-cü ildə həmin tikilidə doğulmuş, İddiaçı3 1989-cu il tarixdə həmin tikiliyə gəlin köçürülmüş, xxx (1989), xxx (1991) və xxx (1990) xxx isə iddiaçıların övladları olmaqla həmin tikilidə doğularaq indiyə kimi böyümüşlər. İddiaçılarla eyni həyətdə isə hazırki iddiada üçüncü şəxslər olan Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 yaşayırdılar. Qeyd edilən üçüncü şəxslər öz mənfi niyyətlərini həyata keçirərək iddiaçılardan xəbərsiz sonuncuların üzərində yaşadıqları və faktiki olaraq sahiblik etdikləri torpaq sahəsini Qəbələ rayon AİK-nin 21.02.2001-ci il tarixli qərarı ilə öz adlarına keçirmiş və daha sonra bu barədə çıxarış almışlar. Bu niyyətlərinin davamı kimi də münasibətlər pozulduqdan sonra 2014-cü il tarixdən iddiaçıları məhkəməyə verərək onları öz yaşadıqları torpaq sahəsindən məhrum etmək istəyirlər. Lakin həmin məhkəmə prosesləri zamanı üçüncü şəxslər AİK-nın yuxarıda qeyd olunan qərarına istinad etməmiş, həmin qərarın mövcudluğundan bəhs etməmiş və həmin qərarın surətini nə iddi açıya, nə də məhkəməyə təqdim etməmişlər. Qeyd edilənlərə əsasən iddiaçılar hesab edirlər ki, işə baxan aşağı instansiya məhkəmələri iddia müddətinin ötürülməsi və beləliklə də iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmiş, hüquq normalarını düzgün tətbiq etməmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Üçüncü şəxslər Cavabdeh3 və Ə.Mustafayev məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onların izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının digər iştirakçıları (iddiaçılar, cavabdeh və digər üçüncü şəxslər) məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayə tçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. İşdən göründüyü kimi, iddiaçıların tələbi 2 hissədən ibarətdir: 1) “Qəbələ rayon AİKnın 21.02.2001-ci il tarixli 03 nömrəli qərarının Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi 2) 0.07 ha torpaq sahəsinə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsinə (Qəbələ rayon AİK-nın 21.02.2001-ci il tarixli 03 nömrəli qərarının Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi) münasibətdə qeyd ed ir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiy asına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Bundan başqa, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dai r işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Yəni, iddia müddətinin tətbiqi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində nəzərdə tutulduğu kimi, mübahisə tərəfinin bu barədə ərizə verməsi tələb olunmur. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarı lmışdır). Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 10 ilə yaxın müddətdə (21.02.200101.01.2011-ci illər) mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun ərzində iddiaçıların həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair q əbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Məhkəmə kollegiyası qeyd edir ki, AİK-nın qərarları inzibati akt hesab olunduğundan həmin qərarların mübahisələndirilməsinə dair iddialara iddia müddəti şamil olunur. İddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı3 məhkəmə hazırlıq icraatı üzrə birinci instansiya məhkəməsinin məhkəmə icla sında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan Qəbələ rayon AİK-nin 21.02.2001-ci il tarixli 03 nömrəli qərarı (AİK-in hazırda mübahisələndirilən qərarı) ilə 0.07 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə verilməsi barədə 2014-cü ildə məhkəmə çəkişməsi zamanı məlumatı olmuşdur. İddiaçıların hazırki iddianı qaldırmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti həmin tarixdən hesablansa belə, iddiaçılar AİK-nın qərarını mübahisələndirmək üçün iddia müddətini ( İPM-in 38.1-ci maddəsi) ötürmüşlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakoviç Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxi li qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandı qları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Başqa bir işdə, Avropa İnsan Hüquqları Məhkəməsi Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhd udiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış mülki hüquq münasibətlərinin, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin nəticəsi olduğundan onun mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsini müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın apa rılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında" Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə, daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezump siyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 07.06.2003-cü il tarixdə ölmüş X7 mirasına dair açılmış vərəsəlik işi ilə bağlı 24.11.2015-ci il tarixdə vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bundan sonra vərəsələrin hüquqları 18.02.2016-cı il tarixdə dövlət qeydiyyatına alınaraq adlarına mübahisə predmeti olan RX seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır. Göründüyü kimi, mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin nəticəsidir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında formalaşdırdığı hüququ mövqeyə əsasən onun mübahisələndirilməsinə dair iddialara ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, AİK-in qərarının mübahisələndirilməsi üçün müddət ötürüldüyündən və mübahisə predmeti olan çıxarışın mübahisələndirilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şə rtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmə dən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar X12 və qeyriləri tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-559/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-307/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-307/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver