Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-307/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X40 və Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: kompensasiya ödənilməklə mənzilin dövlət ehtiyacları üçün alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X16, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Bakı şəhəri İddiaçı vəkili X7, Cavabdeh1, vəkili X2 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı (bundan sonra iddiaçı)cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X40 və Cavabdeh5 (bundan sonra cavabdehlər) qarşı (üçüncü şəxslər Az ərbaycan Respublikası Maliyyə Nazirliyi və X25) “kompensasiya verilməklə daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2115/2019 saylı, 30 sentyabr 2019-cutarixli qərarından cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 17 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 038172 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 yerləşən 10 otaq, 191,8 kv.m. yaşayış sahəsi, 248.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi ½ paylarla Cavabdeh1 Əlimuxtar oğlunun və Cavabdeh 5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 159 saylı reyestr kitabında 5941-ci səhifədə 30/890 qeydə alma №-si ilə 10.11.1969-cu il tarixində qeydiyyat aparılmışdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241.5 kv.m olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 Əlimuxtar oğlunun və Cavabdeh5 adına hər birinə ½ hissəyə olmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.07.2018-ci il tarixdə RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin 07.02.2018-ci il tarixli, şərti layihə nömrəsi 4131/2 olan yaşayış sahəsi üzrə verilmiş arayışından görünür ki, yaşayış sahəsinin pay sahibi, Cavabdeh1dur. ünvan 2 o, qızı – X17 və oğlu – X27 qeydiyyat dadırlar. 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16.03.2018-ci il tarixli, şərti layihə nömrəsi 4131/4 olan yaşayış sahəsi üzrə verilmiş arayışından görünür ki, həmin yaşayış sahəsinin pay sahibi Cavabdeh5dır. O, həmin ünvanda qeydiyyatda deyil. ünvan 2 Cavabdeh4, arvadı – X10, qızı – X8, qızı – X11, qızı – X12, oğlu – X28 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Ə liyev küçələri arasında ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər iddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə iddiaçı Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdehlərə məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, ev 4 ünvanda yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür. “xxxx” MMC-nin, 43 saylı MKİS-in rəisinin və İddiaçı hüquqşünasının iştirakları ilə tərtib edilmiş aktla müəyyən edilir ki, Cavabdeh1 ünvan 2kı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu müəyyən edən çıxarışın olmasına baxmayaraq, naturada sahəsi mövcud olmamış, həmin ünvanda yerləşən fərdi yaşayış evində digər cavabdehlərin, Cavabdeh3, X13, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 naturada sahələri mövcuddur. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində 23.10.2018-ci il tarixdə tərtib olunmuş “Qiymətləndirmə aktları”na (“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-c i il tarixli 506-VİQD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə) əsasən: - Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, ev 4 ünvanda yerləşən mülkiyyətdə və istifadədə olan (4131/2 şərti kodu ilə işarələnmiş) yaşayış evi üçün müəyyən edilən mövcud bazar qiyməti, əsas sahə 44,66 kv.m üçün 1500 manatdan, otaq (H=2.15) 30.14 kv.m üçün 1000 manatdan, köməkçi sahə 13.3 kv.m üçün 1500 manatdan, dəhliz (H=2.15) 5,08 kv.m üçün 1000 manatdan, san.qov (H=2.15) 4.73 kv.m üçün 1000 manatdan, mətbəx (H=2.15) 16.29 kv.m üçün 1000 manatdan, açıq eyvan 5.87 kv.m üçün 400 manatdan, pilləkən 3.28 kv.m üçün 400 manatdan olmaqla ümumilikdə Cavabdeh1 və Cavabdeh2 147.840 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. Həmin ünvanda faktiki yaşayır Cavabdeh2, mülkiyyətçi isə Cavabdeh1 Əlimuxtar oğludur; - Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, ev 4 ünvanda yerləşən mülkiyyətdə və istifadədə olan (4131/3 şərti kodu ilə işarələnmiş) yaşayış evi üçün müəyyən edilən mövcud bazar qiyməti əsas sahə 122,2 kv.m üçün 1500 manatdan, köməkçi sahə 55.94 kv.m üçün 1500 manatdan, anbar ½ 3.4 kv.m üçün 400 manatdan, pilləkən 7.65 kv.m üçün 400 manatdan, anbar 6.43 kv.m üçün 400 manatdan, talvar 4.5 kv.m üçün 150 manatdan olmaqla ümumilikdə Cavabdeh3 və X30 275877 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. - Cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, e v 4 ünvanda yerləşən mülkiyyətdə və istifadədə olan (4131 şərti kodu ilə işarələnmiş) yaşayış evi üçün müəyyən edilən mövcud bazar qiyməti, əsas sahə 46.52 kv.m üçün 1500 manatdan, köməkçi sahə 16.02 kv.m üçün 1500 manatdan, bağlı eyvan 5.7 kv.m üçün 800 manatdan, xidməti otaq 12.92 kv.m üçün 800 manatdan, pilləkən 2.12 kv.m üçün 400 manatdan, yarımzirzəmi (H=1.60) 28.24 kv.m üçün 500 manatdan olmaqla ümumilikdə Cavabdeh5 124706 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. - Cavabdeh4 və Cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, ev 4 ünvanda yerləşən mülkiyyətdə və istifadədə olan (4131/4 şərti kodu ilə işarələnmiş) yaşayış evi üçün müəyyən edilən mövcud bazar qiyməti, əsas sahə 43.27 kv.m üçün 1500 manatdan, köməkçi sahə 19.11 kv.m üçün 1500 manatdan, anbar ½ 3.4 kv.m üçün 400 manatdan, dəhliz 3.16 kv.m üçün 800 manatdan, hin 1.47 kv.m üçün 100 manatdan olmaqla ümumilikdə Cavabdeh4 98.605 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. 23 oktyabr 2018-ci il tarixli akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-cı il tarixli 51 saylı qərarına əsasən ünvan 2 yerləşən yaşayış sahələrinin (şərti layihə nömrəsi 4131/2, 4131/3, 4131, 4131/4 ) dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdehlər Yasamal rayon 43 saylı MKİS vasitəsi ilə alan orqan iddiaçının təşkil etdiyi Komissiyaya dəvət edilmiş və onlar, 23 oktyabr 2018-ci il tarixdə Komissiya tərəfindən qəbul edilmiş, qəbul zamanı Cavabdeh1, Cavabdeh2 məxsus daşınmaz əmlaka görə (qanunvericiliklə nəzərdə tutulmuş bütün kompen sasiya növləri və əlavələr nəzərə alınmaqla) 147,840 manat, Cavabdeh3 275.877 manat, Cavabdeh5 124.706 manat, Cavabdeh4 98.605 manat məbləğində kompensasiya təklif edilmiş, lakin cavabdehlər könüllü razılaşmadan imtina etmişlər. Aktın doğruluğunu “xxxx” MMC-nin direktoru İ.Bağırov, 43 saylı MKİS-in rəisi T.Abasov, 43 saylı MKİS-in kargüzarı L.Əhmədova və 43 saylı MKİS-in kargüzarı S.Məmmədova təsdiq etmişdirlər. “Legal Prime” Law&Consulting Company tərəfindən təqdim edilmiş 4 mart 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, təqdim edilmiş sənədlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, dalan 5, ünvanında yerləşən 4 saylı ev ümumi sahəsi 241,5 kv.m olmaqla xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh1 Əlimuxtar oğluna,1/2 hissədə isə Cavabdeh5 məxsusdu r. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı tikililərin hal-hazırda faktiki sahəsi 505.42 (123,35+200,1+111,56+70,41=505.42) kv.m təşkil edir. Ev texniki pasporta görə “A” tikilisi ümumi sahəsi 171.5 kv.m olmaqla 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbə 127.5 kv.m olmaqla, 103,9 kv.m yaşayış, 23.6 kv.m qeyri-yaşayış sahəsindən ibarətdir. 2-ci mərtəbədə 44 kv.m olmaqla, 37 kv.m yaşayış, 7 kv.m qeyri-yaşayış sahəsindən ibarətdir. “B” tikilisi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 55.3 kv.m-dir. Bu sahənin 40.4 kv.m sahəsi yaşayış, 14.9 kv.m sahəsi isə qeyri-yaşayış sahələrindən ibarətdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş cizgilərə görə isə ev 4 tikilidən ibarətdir. 4131/4 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh4 yaşayır və tikilinin ümumi sahəsi 70,41 kv.m təşkil edir. Bu sahə texniki pasportda “B” tikilisi kimi göstərilmişdir. Başqa sözlə Cavabdeh4 yaşadığı tikilinin 55.3 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 1,2,4 (2 otaq və 1 mətbəx) rəqəmləri ilə nömrələnmiş sahələrdir. 15.11 kv.m sahə texniki pasportda əks olunmamışdır. Evin texniki pasportu ilə “xxxx” MMC tərəfindən tərtib edilmiş cizgiləri müqayisə etdikdə müəyyən olunur ki, “A” tikilisinin bir qismi Cavabdeh3, bir qismi Cavabdeh2, digər bir qismi isə Cavabdeh5 yaşadığı sahələrdir. 4131 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh5 yaşayır və tikilinin ümumi sahəsi 11.56 kv.m-dir. Bu sahə texniki pasportda “A” tikilisi kimi göstərilmiş sahənin bir hissəsi ilə üst-üstə düşür. Başqa sözlərlə Cavabdeh5 yaşadığı tikilinin 62,54 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 1,2,3,4,6 (2 otaq, 1 zal, 1 sanitar qovşağı və 1 mətbəx) rəqəmləri ilə nömrələnmiş sahələrdir. 49.02 kv.m sahə texniki pasportda əks olunmamışdır. 4131/3 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh3 yaşayır və tikili 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 200.1 kv.m təşkil edir. Bu sahə texniki pasportda “A” tikilisi kimi göstərilmiş sahənin bir hissəsi ilə üst-üstə düşür. Başqa sözlərlə Cavabdeh3 yaşadığı tikilinin 81.4 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 15,16 (1-ci mərtəbədə 2 otaq) rəqəmlə ri ilə nömrələnmiş və 2-ci mərtəbənin 44 kv.m sahəsidir. 2-ci mərtəbədə evin planı tam şəkildə dəyişdirildiyindən konkret olaraq hansı otaqların texniki pasportda əks olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin sənədlərlə müəyyən edilir ki, 4131/3 nömrəsi altında kodlaşdırılmış tikilinin 118.7 kv.m hissəsi texniki pasportda əks olunmamışdır. 4132/2 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh2 yaşayır və tikili 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 123,35 kv.m təşkil edir. Bu sahə texniki pasportda “A” tikilisi kimi göstərilmiş sahənin bir hissəsi ilə üst-üstə düşür. Başqa sözlərlə Cavabdeh2 yaşadığı tikilinin 45.9 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 8,9,10 nömrələri ilə işa rələnmiş sahələr tam şəkildə (1-ci mərtəbədə 2 otaq və 1 sanitar qovşağı) və 11 rəqəmi ilə nömrələnmiş sahə isə qismən texniki pasportda əks edilməmişdir. Sənədlərdən müəyyən edilir ki, 4131/2 nömrəsi altında kodlaşdırılmış tikilinin 77.45 kv.m hissəsi texniki pasportda əks olunmamışdır. Beləliklə təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, dalan 5 ünvanında yerləşən 4 saylı evin 120,75 kv.m hissəsi Cavabdeh1 Əlimuxtar oğluna məxsusdur. Bu hissə Cavabdeh4 yaşadığı tikilinin 55.3 kv.m hissəsindən, Cavabdeh3 yaşadığı tikilinin 65,45 kv.m hissəsindən ibarətdir. İş materiallarından görünür ki, alan orqan İddiaçı cavabdehlərə yuxarıda qeyd edilən kompensasiyanı ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdehlər təklif olunan k ompensasiyanı almaqdan imtina etmiş, tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı 26 noyabr 2018-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 147.840 manat, Cavabdeh3 275.877 manat, Cavabdeh4 98.605 manat, Cavabdeh5 124.706 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər və digər qeydiyyatda olan şəxslər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 20.12.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X25 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2kı fərdi yaşayış evinə sahibliyi alan orqan olaraq iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2kı fərdi yaşayış evinin dövlət ehtiyacı üçün alınması ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 147.840 manat, Cavabdeh3 və X30 275.877 manat, Cavabdeh4 98.605 manat, Cavabdeh5 124.706 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər və digər qeydiyyatda olan şəxslər tərəfindən fərdi yaşayı ş evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, ev 4 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi iddiaçı müəyyən edilib. Qərarın icrası məqsədi ilə iddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edib və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçü n müstəqil qiymətləndirici cəlb edib. Cavabdehlər ünvan 2 yerləşən daşınmaz əmlakda yaşayır və qeydiyyatdadırlar. Həmin əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə mülkiyyətlərində olan daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, ev 4 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınm ası haqqında” Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 147.840 manat, Cavabdeh3 və X30 275.877 manat, Cavabdeh4 98.605 manat, Cavabdeh5 124.706 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, 4 nömrəli evə dair 1965-ci il tarixli ilkin “Texniki pasport” mövcud olmuş, fərdi yaşayış evinə dair torpaq ayırma sənədi və cizgi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinin arxivində fərdi yaşayış evinə dair torpaq ayrıma sənədi və cizgi İdarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə tərəflərin və “xxxx” MMC-nin ekspertinin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 2kı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu müəyyən edən çıxarışın olmasına baxmayaraq, uzun müddət həmin evdə yaşamamışdır. Həmin ünvanda yerləşən Cavabdeh1 məxsus yaşayış evində əlavə tikililər aparmaqla cavabdehlər yaşamışlar. 3-cü şəxs X14 isə həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-534/2019 saylı iş) 4 mart 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək ünvan 2 yerləşən daşınma z əmlaka sahibliyi alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 2kı fərdi yaşayış evinin dövlət ehtiyacı üçün alınması ilə bağlı Cavabdeh1 143.850 manat, Cavabdeh3 və X30 177.702 manat, Cavabdeh4 52.930 manat, Cavabdeh2 147.840 manat, Cavabdeh5 124.706 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər və digər qeydiyyatda olan şəxslər tərəfindən ünvan 2 yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək, “Legal Prime” Law&Consulting Company tərəfindən təqdim edilmiş 4 mart 2019-cu il tarixli mütəxəssis rəyini mübahisəli ün vana dair tərtib olunmuş 1965-ci il tarixli texniki pasport və digər sənədlərlə, eləcə də yerli baxış nəticələri ilə uyğunluq təşkil etdiyinə görə məqbul hesab etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X34məruzəçi, X18 və X21, 2-1(103)-2115/2019 saylı iş) 30 sentyabr 2019-cu tarixli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X40, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmas ını fərqləndirməyərək Mülki Məcəllənin 157.9-cu maddəsində “Mülkiyyət” adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Mülki Məcəllə, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla tənzimləndiyini və işin digər hallarını nəzərə almaqla haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İşə apelyasiya instansiyasında baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh5 birinci instansiya məhkəməsinin hazırkı iş üzrə 04 mart 2019-cu il tarixli qərarından 10.05.2019-cu il tarixdə apelyasiya şikayəti versə də, bundan sonra İddiaçı ilə Cavabdeh5 arasında notariat qaydasında 12.07.2019-cu il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ba ğlanmış və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, dalan 5, ünvanında yerləşən 4 saylı evin ona məxsus olan hissəsini iddiaçının mülkiyyətinə vermiş və beləliklə iddiaçı ilə Cavabdeh5 arasında hər-hansı mübahisə qalmamışdır. Cavabdeh4 kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə yeni qərar, Cavabdeh3 kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar, Cavabdeh2 kasasiya şikayəti verərək qərarın qismən-Cavabdeh2 147.840 manat kompensasiya ödənilməsi hissəsində dəyişdirilərək, ona istifadəsində olan daşınmaz əmlakın sahəsinin hər 1 kv. metrinə 1500 manat hesablanmaqla kompensasiya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. kasasiya şikayətinin dəlilləri: Cavabd eh4 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, qeyri-obyektiv və ədalətsiz qərar qəbul edilmişdir. Onun faktiki yaşadığı fərdi yaşayış evi əmisi Ramizdən ona miras qalmışdır, həmin evdə uzun illərdir ki yaşayırlar və evin faktiki sahəsi 70,41 kv.m.-dir. Hesab edir ki, qeyd olunan 70,41 kv.m. sahənin bütün hissələri (əsas sahə, köməkçi sahə, anbar, dəhliz və hin) üzrə hər 1 kv.m. üçün ona 1500 manat məbləğində kompensasiya, eləcə də əmlakın ümumi dəyərinə 20% məbləğində əlavə haqq və çətinliklərə görə 10% kompensasiya ödənilməli idi. Cavabdeh3 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı tam əsassız, qanunazidd, qeyri-obyektiv və ədalətsizdir. İddiaçı tərəfindən “To rpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1 66.2, 66.4 və 66.4.6 maddələrinə əsaslanaraq ona əlavə 10% miqdarında və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan 20% əlavələr ödənilməlidir. Ona məxsus evdə qardaşı X40 da qeydiyyatdadır. Belə ki, ataları Səlimov Adil Əlimuxtar oğlu onlara məxsus olan evin birinci mərtəbəsini X5, 2-ci mərtəbəsini ona vəsiyyət etmişdir, lakin faktiki ayrı-ayrı evlər olmasına baxmayaraq, hər iki ev eyni şərti kod ilə işarələnmişdir. Cavabdeh2 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və s übutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun istifadəsində olan əmlakın bəzi hissələrinə “otaq (H=2.15)” kimi anlaşılmaz adlar qoyularaq, həmin hissələrə 1000 manat kompensasiya qoyulmuşdur. Hesab edir ki, istifadəsində olan daşınmaz əmlakın hər 1 kv.m.-nə 1500 manat hesablanmaqla ona 185.025 manat kompensasiya ödənilməlidir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili, Cavabdeh1 və onun vəkili X6 verdikləri izahatlarında apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və ədalətli hesab etdiklərini bildirmiş və dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. əsаslаndırmа hissəsi: İddiaçı və cavabdeh M.Səlimov istisna olmaqla digər cavabdehlər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılması nı və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehlərin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apelyasiya məhkəməsinin qərarından yalnız üç nəfər cavabdeh kasasiya şikayəti verdiyindən məhkəmə qərarı onlara münasibə tdə yoxlanılacaqdır. İddiaçı ünvan 2 yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə müvafiq məbləğdə kompensasiya ödənilmək şərtilə fərdi yaşayış evinin boşaldılmasını xahiş edir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə-kompensasiya ödənilməsi tələbinə dair iddiadır. Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, ev 4-də yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəh ərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə görə bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. Həmi n Məcəllənin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi m iqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompen sasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982) Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandı rıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). ünvan 2 yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 248.5 kv.m, yaşayış sahəsi isə 191.8 kv.m təşkil edir. Mənzildə ½ hissəyə Cavabdeh1, ½ hissəyə isə Cavabdeh5 pay sahibidir. Müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5, 4 nömrəli evə dair 1965-ci il tarixli ilkin Texniki pasport mövcud olmuş, fərdi yaşayış evinə dair torpaq ayırma sənədi və cizgi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində fərdi yaşayış evinə dair torpaq ayrıma sənədi və cizgi İdarənin arxivində aşkar edilməmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən adı çəkilən mənzili qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmə hesabatına görə Cavabdeh1 əsas sahə 44,66 kv.m üçün 1.500 manatdan, otaq 30.14 kv.m üçün 1.000 manatdan, köməkçi sahə 13.3 kv.m üçün 1.500 manatdan, dəhliz 5,08 kv.m üçün 1.000 manatdan, san.qov 4.73 kv.m üçün 1.000 manatdan, mətbəx 16.29 kv.m üçü n 1.000 manatdan, açıq eyvan 5.87 kv.m üçün 400 manatdan, pilləkən 3.28 kv.m üçün 400 manatdan olmaqla ümumilikdə Cavabdeh1 və Cavabdeh2 147.840 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. Həmin ünvanda faktiki Cavabdeh2 yaşayır, mülkiyyətçi isə Cavabdeh1dur. Digər qiymətləndirmə hesabatına görə Cavabdeh3 məxsus yaşayış evi üçün əsas sahə 122,2 kv.m üçün 1.500 manatdan, köməkçi sahə 55.94 kv.m üçün 1.500 manatdan, anbar ½ 3.4 kv.m üçün 400 manatdan, pilləkən 7.65 kv.m üçün 400 manatdan, anbar 6.43 kv.m üçün 400 manatdan, talvar 4.5 kv.m üçün 150 manatdan olmaqla ümumilikdə Cavabdeh3 və X30 275.877 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. Digər qiymətləndirmə hesabatına görə Cavabdeh5 məxsus əsas sahə 46.52 kv.m üçün 1.500 manatdan, kömək çi sahə 16.02 kv.m üçün 1.500 manatdan, bağlı eyvan 5.7 kv.m üçün 800 manatdan, xidməti otaq 12.92 kv.m üçün 800 manatdan, pilləkən 2.12 kv.m üçün 400 manatdan, yarımzirzəmi 28.24 kv.m üçün 500 manatdan olmaqla ümumilikdə Cavabdeh5 124.706 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. Digər qiymətləndirmə hesabatına görə Cavabdeh4 və Cavabdeh5 məxsus əsas sahə 43.27 kv.m üçün 1.500 manatdan, köməkçi sahə 19.11 kv.m üçün 1.500 manatdan, anbar ½ 3.4 kv.m üçün 400 manatdan, dəhliz 3.16 kv.m üçün 800 manatdan, hin 1.47 kv.m üçün 100 manatdan olmaqla ümumilikdə Cavabdeh4 98.605 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə tərəflərin və “xxxx” MMC-nin ekspertinin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 2kı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu müəyyən edən çıxarışın olmasına baxmayaraq, uzun müddət həmin evdə yaşamamışdır. Həmin ünvanda yerləşən Cavabdeh1 məxsus yaşayış evində əlavə tikililər aparmaqla cavabdehlər yaşamışlar. Eləcə də, “xxxx” MMC-nin, 43 saylı MKİS-in rəisinin və İddiaçı hüquqşünasının iştirakları ilə tərtib edilmiş aktla müəyyən edilir ki, Cavabdeh1 ünvan 2kı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu müəyyən edən çıxarışın olmasına baxmayaraq, naturada sahəsi mövcud olmamış, həmin ünvanda yerləşən fərdi yaşayış evində digər cavabdehlərin-X44, X22, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 naturada sahələri mövcuddur. “Legal Prime” Law&Consulting Company tər əfindən təqdim edilmiş 4 mart 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, təqdim edilmiş sənədlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, dalan 5, ünvanında yerləşən 4 saylı ev ümumi sahəsi 241,5 kv.m olmaqla xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh1, 1/2 hissədə isə Cavabdeh5 məxsusdur; Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı tikililərin hal-hazırda faktiki sahəsi 505.42 (123,35+200,1+111,56+70,41=505.42) kv.m təşkil edir. Ev texniki pasporta görə “A” tikilisi ümumi sahəsi 171.5 kv.m olmaqla iki mərtəbədən ibarətdir. Birinci mərtəbə 127.5 kv.m olmaqla, 103,9 kv.m yaşayış, 23.6 kv.m qeyri-yaşayış sahəsindən ibarətdir. İkinci mərtəbədə 44 kv.m olmaqla, 37 kv.m yaşayış, 7 kv.m qeyriyaşayış sahəsindən ibarətdir. “B” tikilis i bir mərtəbədən ibarət olmaqla ümumi sahəsi 55.3 kv.m-dir. Bu sahənin 40.4 kv.m sahəsi yaşayış, 14.9 kv.m sahəsi isə qeyri-yaşayış sahələrindən ibarətdir; “xxxx” MMC tərəfindən tərtib edilmiş cizgilərə görə isə ev 4 tikilidən ibarətdir. 4131/4 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh4 yaşayır və tikilinin ümumi sahəsi 70,41 kv.m təşkil edir. Bu sahə texniki pasportda “B” tikilisi kimi göstərilmişdir. Başqa sözlə Cavabdeh4 yaşadığı tikilinin 55.3 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 1,2,4 (2 otaq və 1 mətbəx) rəqəmləri ilə nömrələnmiş sahələrdir. 15.11 kv.m sahə texniki pasportda əks olunmamışdır. Evin texniki pasportu ilə “xxxx” MMC tərəfindən tərtib edilmiş cizgiləri müqayisə et dikdə müəyyən olunur ki, “A” tikilisinin bir qismi X3, bir qismi Cavabdeh2, digər bir qismi isə Cavabdeh5 yaşadığı sahələrdir; 4131 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh5 yaşayır və tikilinin ümumi sahəsi 11.56 kv.m-dir. Bu sahə texniki pasportda “A” tikilisi kimi göstərilmiş sahənin bir hissəsi ilə üst-üstə düşür. Başqa sözlə Cavabdeh5 yaşadığı tikilinin 62,54 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 1, 2, 3, 4, 6 (iki otaq, bir zal, bir sanitar qovşağı və bir mətbəx) rəqəmləri ilə nömrələnmiş sahələrdir. 49.02 kv.m sahə texniki pasportda əks olunmamışdır; 4131/3 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh3 yaşayır və tikili iki mərtəbədən ibarət olmaqla ümumi sahəsi 200.1 kv.m təşkil edir. Bu sahə texniki pasportda “A” tikilisi kimi göstərilmiş sahənin bir hissəsi ilə üst-üstə düşür. Başqa sözlərlə Cavabdeh3 yaşadığı tikilinin 81.4 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 15, 16 (birinci mərtəbədə iki otaq) rəqəmləri ilə nömrələnmiş və ikinci mərtəbənin 44 kv.m sahəsidir. İkinci mərtəbədə evin planı tam şəkildə dəyişdirildiyindən konkret olaraq hansı otaqların texniki pasportda əks olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin, sənədlərlə müəyyən edilir ki, 4131/3 nömrəsi altında kodlaşdırılmış tikilinin 118.7 kv.m hissəsi texniki pasportda əks olunmamışdır; 4132/2 nömrəsi altında kodlaşdırılmış tikilidə Cavabdeh2 yaşayır və tikili iki mərtəbədən ibarət ol maqla ümumi sahəsi 123,35 kv.m təşkil edir. Bu sahə texniki pasportda “A” tikilisi kimi göstərilmiş sahənin bir hissəsi ilə üst-üstə düşür. Başqa sözlə Cavabdeh2 yaşadığı tikilinin 45.9 kv.m hissəsi texniki pasportda əks olunmuş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Dövlət reyestrində qeydiyyatdan keçən sahə cizgidə 8, 9, 10 nömrələri ilə işarələnmiş sahələr tam şəkildə (birinci mərtəbədə iki otaq və bir sanitar qovşağı) və 11 rəqəmi ilə nömrələnmiş sahə isə qismən texniki pasportda əks edilməmişdir. Sənədlərdən müəyyən edilir ki, 4131/2 nömrəsi altında kodlaşdırılmış tikilinin 77.45 kv.m hissəsi texniki pasportda əks olunmamışdır; Beləliklə təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, dalan 5 ünvanında yerləşən 4 saylı evin 120,75 kv.m hissəsi Cavabdeh1 məxsusdur. Bu hissə Cavabdeh4 yaşadığı tikilinin 55.3 kv.m hissəsindən, Cavabdeh3 yaşadığı tikilinin 65,45 kv.m hissəsindən ibarətdir. Qeyd edilməlidir ki, bu rəy alınmazdan əvvəl birinci instansiya məhkəməsi 11 fevral 2019-cu iyul tarixdə mənzilə baxış keçirmiş, müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 2kı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu müəyyən edən çıxarışın olmasına baxmayaraq, uzun müddət həmin evdə yaşamamışdır. Həmin ünvanda yerləşən Cavabdeh1 məxsus yaşayış evində əlavə tikililər aparmaqla cavabdehlər yaşamışlar. Həmçinin iddiaçı tərəfin tərtib etdiyi 11 fevral 2019-cu il tarixli aktda da qeyd edilmişdir ki, Cavabdeh1 ünvan 2kı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu müəyyən edən çıxarışın olmasına baxmayaraq, naturada sahəsi möv cud olmamış, həmin ünvanda yerləşən fərdi yaşayış evində digər cavabdehlərin, X44, X13, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 naturada sahələri mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin 11 fevral 2019-cu il tarixli yerli baxış iclasının protokoluna görə Cavabdeh4 yaşadığı sahə 70,41 kv.m, Cavabdeh3 yaşadığı sahə 200,1 kv.m, Cavabdeh2 yaşadığı sahə 123,35 kv.m təşkil etmişdir. Bununla belə, məhkəmə yerli baxış zamanı həmçinin müəyyən etmişdir ki, qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 məxsus yaşayış sahəsi (191,8 kv.m yaşayış sahəsinin ½ hissəsi) 95,9 kv.m təşkil edir və 95.9 kv.m sahənin bir hissəsi, yəni 65,45 kv.m hissə Cavabdeh3 və X22 faktiki istifadəsində olan sahəyə düşür. 95,9 kv.m-dən qalan 30,45 kv.m sahə isə Cavabdeh4 faktiki istifadəsində olan yaşayış sahəsinə düşür. Odur ki, apelyasiya məhkəməsi yerli baxış zamanı cavabdehlərin faktiki istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinə uyğun əmlakın qiymətləndirilməsini aparmışdır. İddiaçı yaşayış evindən Cavabdeh2 məxsus faktiki sahədən həm ona, həm də yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 birlikdə kompensasiya ödəmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin iclasında mülkiyyətçi Cavabdeh1 ona kompensasiyanın qeydiyyat vəsiqəsində göstərilən 191.8 kv.m yaşayış sahəsinin ona məxsus ½ hissəsinə (95.9 kv.m) uyğun yəni, (95.9×1500=143.850) 143.850 manat məbləğində kompensasiya verilməsinə etiraz etmədiyini bildirmişdir. Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 məxsus yaşayış sahəsi (191.8 kv.m yaşayış sahəsinin ½ hissəsi) 95.9 kv.m təşkil edir və onun bir hissəsi yəni, 65.45 kv.m yaşayış sa həsi Cavabdeh3 və X22 faktiki istifadələrində olan yaşayış sahələrinə düşür. Qalan 30.45 kv.m yaşayış sahəsi isə Cavabdeh4 faktiki istifadəsində olan yaşayış sahəsinə düşür. Belə olduqda, “xxxx” MMC tərəfindən Cavabdeh3 və X40 üçün 122.2 kv.m yaşayış sahəsi üzrə hesablanmış kompensasiya məbləğindən 65.45 kv.m-in dəyəri (65.45×1.500=98.175 manat) çıxılmaqla qalan məbləğ yəni, 177.702 manat məbləğində kompensasiya Cavabdeh3 və X30 aid edilməli, Cavabdeh4 üçün “xxxx” MMC tərəfindən 43.27 kv.m yaşayış sahəsi üzrə hesablanmış kompensasiya məbləğindən 30.45 kv.m-in dəyəri (30.45×1.500= 45.675 manat) çıxılmaqla qalan məbləğ yəni, 52.930 manat məbləğində kompensasiya Cavabdeh4 aid edilməli, Cavabdeh2 və Cavabdeh5 sahələri “xxxx” MMC tərəfindən tərtib edilmiş cizgilərlə eynilik təşkil etdiyindən, onlara “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktlarına uyğun olaraq, yəni, Cavabdeh2 147.840 manat, Cavabdeh5 isə 124.706 manat kompensasiya ödənilməlidir. Kasasiya şikayəti verən cavabdehlərə münasibətdə apelyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır. Kasasiya şikayəti verən cavabdehlərə münasibətdə qeyd edilməlidir ki, ödənilən kompensasiya onların faktiki istifadəsində olan yaşayış və qeyriyaşayış sahəsinin əvəzi olaraq verilir. Cavabdehlər yaşadıqları mənzilin onların mülkiyyətində olmasına dair məhkəmələrə hər hansı sübut-dəlil təqdim edə bilməmişlər, Mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh1, 1/2 hissədə isə Cavabdeh5 məxsus olmuşdur. Bəhs olunanlara əsasən mübahisə olunan hissədə qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, qərar həmin his sədə dəyişdirilmədən saxlanılmalı, cavabdehlərin kasasiya şikayəti təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2115/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-307/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-307/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver