Məhkəmə qərarları › İş №2-1(102)-307/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-307/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-307/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajının düzgün müəyyən edilməsi meyarları, inzibati orqana müraciət olunduğu tarixin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərki bdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1506/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1956-cı ildə Lerik rayonunda anadan olmuşdur.

2. İddiaçının əmək kitabçasının məlumatlarına və hərbi biletə əsasən, o, xx.xx.1974cü il tarixli, 110 /k saylı əmrlə “Azneftkimya zavodları Təmir Tikinti” trestinin 1 saylı Təmir Tikinti idarəsində xüsusi sahəyə 1-ci dərəcəli fəhlə qismində işə qəbul edilmiş və sovet ordusuna xidmətə çağırılması ilə əlaqədar xx.xx.1975-ci il tarixli, 45/k saylı əmrlə işdən azad edilmiş (7 ay 10 gün ), xx.xx.1977-ci il tarixli, 142 saylı əmrlə əkinçilik üzrə Azərbaycan ETİY təcrübə təsərrüfatına fəhlə qəbul edilmiş və xx.xx.1977-ci il tarixli, 154 saylı əmrlə işdən azad edilmiş (4 ay 13 gün), xx.xx.1977-ci il tarixli, 140/k saylı əmrlə “Azneftximzavodtəmir” trestinin 1 saylı TTİ xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli, xx.xx.1978-ci ildən 2-ci dərəcəli, xx.xx.1979-cu ildən 3-cü dərəcəli, xx.xx.1981-ci ildən 4-cü dərəcəli fəhlə işləmiş, xx.xx.1983-cü il tarixli, 74/k saylı əmrlə xüsusi s ahəyə usta əvəzedicisi işinə keçirilmiş, xx.xx.1983-cü il tarixli, 91/k saylı əmrlə xüsusi sahəyə usta təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 13 saylı əmrlə xüsusi sahəyə iş icraçısı (prorab) keçirilmiş, xx.xx.1987-ci il tarixli, 114 saylı əmrlə həmin sahəyə usta keçirilmiş və xx.xx.1990-cı il tarixli, 324/k saylı əmrlə işdən azad edilmiş (13 il 9 gün), xx.xx.1991-ci il tarixli, 1/k saylı əmrlə “İstilik” Kooperativi ANXZT trestinin 1 saylı TTİ-dən köçürülmə yolu ilə kooperativin sədri vəzifəsinə təyin edilmiş və xx.xx.2001-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş (10 il 4 ay 1 gün), xx.xx.2001-ci il tarixli, 09 saylı əmrlə Azərbaycan Respublikası İnşaat İstehsalat və Təsərrüfat İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.2002-ci il tarixli, 01/k saylı əmrlə işdən azad edilmi ş (7 ay 11 gün), xx.xx.2003-cü il tarixli, 1 saylı təsis protokolu ilə MC AKO MMC-yə direktor təyin edilmişdir və hal-hazırkı vaxta kimi işləyir ( xx.xx.2019 ilə 15 il 11 ay 16 gün).

3. Xətai Təmir Tikinti -1 İdarəsinin xx.xx.2015-ci il tarixli, 07 saylı arayışına əsasən, iddiaçı “Azneftkimya zavodları Təmir Tikinti” trestinin 1 saylı Təmir Tikinti İdarəsində xx.xx.1974-cü ildən xx.xx.1990-cı ilə kimi ixtisaslaşdırılmış xüsusi sahədə odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icraçısı vəzifəsinə çalışmışdır. xx.xx.1974-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1975-ci ildən sovet ordusunda xidmətlə əlaqədar 2 həftəlik məzuniyyət vermək şərti ilə işdən azad olunmuş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə k imi sovet ordusunda hərbi xidmətə getmiş, xx.xx.1977-ci ildən ixtisaslaşdırılmış xüsusi sahədə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1978-ci ildə 2-ci dərəcə, xx.xx.1979-cu ildə 3-cü dərəcə, xx.xx.1981-ci ildə 4-cü dərəcə verilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahədə usta əvəzedicisi işinə keçirilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahədə usta təyin edilmiş, xx.xx.1986-cı ildə ixtisaslaşdırılmış xüsusi sahəyə iş icraçısı keçirilmiş, xx.xx.1990-cı il tarixdə köçürülmə yolu ilə 22-ci Qurultay adına Bakı Neftayırma zavodunun nəzdindəki “İstilik” kooperativinə köçürülmüşdür. Həmçinin arayışda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 11.3-cü bəndi fəhlə, usta və iş icraçılarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilir.

4. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh xx xxxx 2019-cu il tarixli, **********2 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələr in və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan ümumi və zərərli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmətdə olduğu dövrün iş stajına daxil edilməklə, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azneftkimya zavodları Təmir Tikinti trestinin 1 saylı Təmir Tikinti idarəsində xx.xx.1990-cu il tarixə qədər odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icrası vəzifələrindən çalışmış, işlədiyi bütün vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək kitabçasında və işlədiyi müəssisə tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapmışdır. Pensiya yaşın a çatdığına görə pensiya almaq üçün müvafiq sənədləri toplayaraq pensiya orqanına müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, guya ki, onun tələb olunan iş stajı olmadığı üçün pensiya təyin edilə bilməz. Lakin iş stajı rəsmi sənədlərlə öz təsdiqini tapmışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilərək iddiaçıya məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəşt li işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsi araşdırılmadan ona həmin illərdə iş stajı nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2039/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)673/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-203 9/2019 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasında “Azneftximzavodtəmir” Trestinin 1 saylı TəmirTikinti İdarəsində ocaqçı, xüsusi sahədə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, iş icraçısı işlədiyi peşələrin Siyahıda “Metal emalı” bölməsində “Termiki emal” adlanan 11.3-cü yarımbölmədə olan “Termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər” peşəsi ilə üst-üstə düşməsi, həmin peşədə nəzərdə tutulan funksiyaları yerinə yetirməsi müəyyən edilməmişdir. d) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103 )-1506/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: A.V.Tanrıverdiyev və X.A.Cəmilova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassator hesab edir ki, apelyasiya inst ansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında göstərilən xüsusatları araşdırmamış, İPM-in 96.11-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Ali Məhkəmə qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçının əmək kitabçasında olan peşələrin Siyahıda nəzərdə tutulan peşələrlə üst-üstə düşməsi ilə bağlı araşdırma aparmamışdır. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi işə Ali Məhkəmənin göstərişlərini yerinə yetirməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

22. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək q abiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2017ci il tarixədək olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümk ün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə 57 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün ona münasibətdə 3 şərtin birlikdə ödənilməsi tələb olunur: 1) 57 yaşının tamam olması; 2) 57 yaşı tamam olanda azı 25 il ümumi iş stajının; 3) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

29. İşdə olan sənədlərə görə iddiaçının 57 yaşı tamam olarkən 25 ildən az olmayan ümumi sta jı mövcud olmuşdur.

30. Araşdırılmalı hal iddiaçının 57 yaşının tamam olduğu vaxt tələb olunan xüsusi iş stajını tamamlaması, yəni güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə azı 12 il 6 ay işləməsidir.

31. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

32. Cavabdeh aşağı instansiya məhkəmlərinin gəldiyi nəticə ilə razılaşmayaraq həmin qərardan kassasiya şikayəti vermiş, işə ilk dəfə Ali Məhkəməsdə baxılarkən məhkəmə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasında “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir-Tikinti İdarəsində ocaqçı, xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, icraçı işlədiyi peşələrin Siyahıda “Metal emalı” bölməsində “Termiki emal” adlanan 11.3-cü yarımbölmədə olan “Termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər” peşəsi ilə üstüstə düşməsi, həmin peşədə nəzərdə tutulan funksiyaları yerinə yetirməsi müəyyən edilməmişdir.

33. İşə növbəti dəfə baxan apelyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.1977 - xx.xx.1990-cı illərdə “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İ darəsində ocaqçı, xüsusi sahədə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, iş icraçısı olmaqla güzəştli iş stajı hüququ verən odadavamlı materiallarla işləmişdir. İddiaçının əmək kitabçasında “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində ocaqçı, xüsusi sahədə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, iş icraçısı (odadavamlı materiallarla) işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində, fəhlələr: odadav amlı materialla işləyənlər peşəsi ilə üst-üstə düşdüyü, iddiaçının həmin peşədə nəzərdə tutulan funksiyaları yerinə yetirməsi müəyyən edilir.

34. İddiaçıya məxsus əmək kitabçasından, eləcə də Xətai Təmir Tikinti -1 İdarəsindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1977 - xx.xx.1990-cı illərdə fəhlə, usta əvəzedicisi, usta, iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində odadavamlı materialla işləyən fəhlələr nəzərdə tutulmuşdur. Yə ni, yalnız odadavamlı materiallarla işləyən fəhlələr güzəştli şərtlərlə pensiya hüququna malik ola bilərlər. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi bölmədə (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində) odadavamlı materiallarla işləyən usta və iş icraçıları nəzərdə tutulmamışdır.

35. Odur ki, apelyasiya instansiya məhkəməsi iddiaçının güzəştli iş stajını müəyyən edərkən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchi zatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində “odadavamlı materialla işləyənlər” peşəsində usta və iş icraçısı vəzifələrində işlədiyi müddəti deyil, yalnız fəhlə kimi çalışdığı müddəti güzəştli iş stajı kimi nəzərə almalı, bu müddətin tələb olunan 12 il 6 aydan az olub-olmamasını müəyyən etməli idi. Apelyasiya instansiyası məhkəməsi isə iddiaçının usta və iş icraçısı işlədiyi müddəti güzəştli iş stajı kimi nəzərə almaqda səhv nəticəyə gəlmişdir.

36. Qeyd olunmalıdır ki, xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pens iyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

37. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı b ölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

38. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

39. Həmçinin qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsində müvafiq araşdırma aparıldıqdan sonra iddiaçının pensiya hüququna malik olduğu müəyyən edilərək, ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilərsə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixd ən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 40.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. 41.Hazırda iş materiallarına əsasən, eləcə də cavabdehin imtina məktubundan iddiaçının inzibati orqana pensiya təyinatı ilə bağlı nə vaxt müraciət etməsini müəyyən etmək mümkün deyil. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının pensiya hüququnu həyata keçirmək üçün nə vaxtdan real hərəkətlər etməsi, yəni bu məzmunda tələblə cavabdeh inzibati orqana nə vaxt müraciət etməsi ona pensiya təyin edildikdən sonra ödənilməli olan pensiya məbləğinin hansı tarixdən hesablanmasını müəyyən etmək üçün vacibdir. 42.Odur ki, təkrar apelyasiya baxışı zamanı iddiaçının pensiya təyinatı ilə bağlı cavabdeh inzibati orqana nə vaxt müraciət etməsi də müəyyən olunmalıdır.

43. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından qərar ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

44. Yuxarıda göstəril ənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(103)-1506/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar