Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-307/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 yaş (55+2), “elektrik qaynaqçısı” peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2181/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, 01.09.1977-ci il tarixdə Bakı şəhəri 59 nömrəli orta texniki-peşə məktəbinə daxil olmuş və 21.07.1980-ci il tarixdə məktəbi xarrat (inşaatçı) peşəsi üzrə bitirmişdir. 03.05.1981-ci il tarixdə hərb i xidmətə qəbul edilmiş və 18.05.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur.
2. İddiaçı 01.09.1983-cü il tarixdə Bakı şəhəri 14 nömrəli orta şəhər texnikipeşə məktəbinə daxil olmuş və 14.04.1984-cü il tarixdə məktəbi elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir.
3. İddiaçı əmək kitabçasına əsasən 07.08.1980-ci ildə Neft Sənayesi Nazirliyinin “Neft xüsusi materialları ittifaqının” Birliyi üzrə Bakı Ağırlaşdırıcılar Zavodunda ağırlaşdırıcılar sahəsinə üçüncü dərəcəli xarrat qəbul edilmiş və 06.04.1981-ci ildə həqiqi hərbi xidmətə çağrılması ilə bağlı işdən azad edilmiş, 18.08.1983-cü ildə Azərbaycan SSR Meşə Sənayesi Nazirliyinin TTİ-də 4-cü dərəcəli xarrat qəbul edilmiş və 03.10.1983-cü ildə öz istəyi ilə işdən azad edilmiş, 26.04.1984-cü ildə Xəzər Neft və X12 üzrə X6 Axtarış Qazm a İdarəsində 14 saylı ODPTM bitirdikdən sonra 4-cü dərəcəli əl ilə qaynağın elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.04.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, 15.05.1986-cı ildə Azərbaycan SSR ƏMXN Xüsusi tikinti təmir trestinin Bakı TTİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 03.11.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, 06.12.1986-cı ildə Xəzər Neft və X12 üzrə X6 Axtarış Qazma İdarəsində 4-cü dərəcəli əl ilə qaynağa elektrik qaynaqçısı qəbul edilmiş və 12.02.1988-ci ildə işdən azad edilmiş, 23.02.1988-ci ildə 2 saylı sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş və 14.04.1989-cu ildə işdən azad edilmiş, 17.04.1989-cu ildə “Azqaztikinti” trestinin XMN-ya 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 22.08.1989-cu ildə işdən azad edilmiş, 21.08.1989-cu ildə “Metalçı” kooperativinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 09.11.1989-cu ildə öz istəyi ilə işdən azad edilmiş, 01.11.1989-cu ildə Maştağa tikinti materialları komitəsi yanında “Karxana” kooperativində elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 05.02.1990-cı ildə işdən azad edilmiş, 04.05.1992-ci ildə “Araz” D.R.M-nə gözətçi təyin edilmiş və 17.08.1992-ci ildə işdən azad edilmiş, 16.02.1990-cı ildə Xəzər Neft və X12 üzrə X6 Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.10.1990-cı ildə işdən azad edilmiş, 04.09.1990-cı ildə “Azborukəmərtikintisi” tr. BKQ-da müvəqqəti olaraq 6-cı dərəcəli qaynaqçı qəbul edilmiş və 28.04.1992-ci ildə işdən azad edilmiş, 01.10.1992-ci ildə 6-cı dərəcə üzrə elektrik qaynaqçısı qəb ul edilmiş və 29.08.1994-cü ildə işdən azad edilmiş, 03.09.1994- cü ildə Bakı Liman Dəniz Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 23.11.1995-ci ildə işdən azad edilmiş, 08.07.1997-ci ildə Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu QTM-nə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 01.10.1999-cu ildə işdən azad edilmiş, 01.10.1999cu ildə X5 İstehsalat Birliyi Təmir Tikinti İdarəsinə ARNQİ-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 01.02.2000-ci ildə işdən azad edilmiş, 23.12.2002-ci ildə Bos Şelf LTD-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 03.06.2013-cü ildə qaynaq üzrə briqada vəzifəsinə keçirilmiş və 16.07.2018-ci ildə vəzifədən azad edilmişdir.
4. SOCAR-ın Neft Kəmərləri İdarəsinin 21.04.20 21-ci il tarixli məktubundan görünür ki, iddiaçı 08.07.1997-ci ildən Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu Qəza-Təmir Məntəqəsinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş (əmr №11, 07.07.1997-ci il) və 01.10.1999-cu il tarixdən AR ƏM 69-cu maddəsi ilə köçürülmə yolu ilə işdən azad edilmişdir. X5 İstehsalat Birliyi Təmir Tikinti idarəsinə ARNKİ-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş (əmr №13/L,01.10.1999-cu il) 01.02.2000-ci il tarixdən AR ƏM 69-cu maddəsi ilə öz xahişi ilə işdən azad edilmişdir (siyahı № 2). İddiaçı zərərli əmək şəraitində işlədiyi üçün əlavə əmək haqqı, əlavə məzuniyyət və ya digər güzəştlər barədə məlumatlar araşdırma zamanı aşkar olunmamışdır. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi si yahıda kod XXXİİİ 23200000-19906 (ümumi peşələr, əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğundur.
5. SOCAR-ın “Kompleks qazma işləri” trestinin 31.03.2021-ci il tarixli məktubuna əlavə olunmuş 31.03.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı həqiqətən 26.04.1984-cü il (Əmr №47k, 25.04.1984-cü il) tarixindən 21.04.1986-ci il (Əmr №39-k, 18.04.1986-cı il) tarixinə kimi “Xəzərqazmaneftqazsənayesi" İstehsalat Birliyinin “İliç Buxtası” X7 idarəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 23200000 XXXİİİ.Ümumi peşələr. Elektrik qazqaynaqçısı (əl ilə ) 23200000-11620 kodu ilə güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir.
6. Bos Şelf MMC-nin HR-2020/BOS/GHA/R-00/3991 saylı 10.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı BOS Şelf MMC-də 23/12/2002-ci il tarixdən 03/06/2013-cü il tarixədək qaynaqçı peşəsində işləmiş, 03/06/2013-cü il tarixdə Qaynaq üzrə Briqadir vəzifəsinə keçirilmişdir (03/06/2013-cü il tarixli 128/13 ir saylı Əmr). Onunla bağlanmış əmək müqaviləsinə 16/07/2018-ci il tarixdə xitam verilmişdir (16/07/2018-ci il tarixli 1030/18 ir saylı Əmr). BOS Şelf MMC 29/10/2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılma sı” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 11 il 5 ay 15 gün təşkil edir.
7. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi i lə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin iddiaçıya ünvanlanmış 27.01.2021ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunan sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 7 ay 26 gün) təşkil edir. Qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2019-cu ilin oktyabr ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının tələbinin təmin olunmasından əsassız olaraq imtina etmişdir.
10. BOS Şelf MMC-nin 30.0 3.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı 02.01.2002-ci il tarixdən 03.06.2013-cü il tarixədək BOS Şelf MMC-də Qaynaqçı (məşğulluq təsnifat kodu: 7212) vəzifəsində işləmiş, 03.06.2013-cü il tarixdən Qaynaq üzrə Briqadir (məşğulluq təsnifat kodu: 3122) vəzifəsinə keçirilmişdir. İddiaçı 16.07.2018-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuş və sosial ehtiyacları nəzərə alınaraq ona aylıq əmək haqqının 5 (beş) misli miqdarında əlavə ödəniş olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-4531/2021 saylı iş) 9 iyun 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi sığorta stajına malik deyild ir. Hətta onun hərbi xidmət dövrü (2 il 15 gün), təhsil müddətləri kimi göstərilən dövr (3 il 6 ay 3 gün) də nəzərə alınarsa, iddiaçının ümumi sığorta stajı 01.01.2006-cı il tarixə 23 il 4 ay 5 gün təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilmir.
13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X4, 2-1(103)-2181/2021 saylı iş) 13 oktyabr 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. İddiaçı 3 noyabr 2021-ci il tarixdə qərarın surətini almış, 3 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
16. İddiaçı son iş yerindən tələb olunan arayışa əsasən güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır və yalnız bu müəssisədə 11 il 5 ay 15 gün iş müddəti vardır.
17. İddiaçının təqdim etdiyi əmək kitabçalarına, hərbi biletinə, peşə təhsili barədə diplomuna əsasən 01.01.2006-cı il tarixinə 25 il 07 ay 17 gün ümumi iş stajının 14 il 02 ay 08 gününü güzəştli stajı təşkil edir. Bu d a 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “b” bəndinə əsasən 57 yaşına çatmış 25 il ümumi iş stajı, 12 il 06 ay güzəştli stajı olan şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququnu qazanmış olurlar. Həmçinin həmin Qanunun 67- ci maddəsinin Ğ) bəndinin, 69cu maddəsinin tələblərinə uyğun təqdim olunmuş sənədlər iddiaçının güzəştli əmək pensiyası hüququnu qazandığına əsas verir.
18. Cavabdeh və həmçinin məhkəmə instansiyaları iddiaçının yalnız son iş yerinin əmək stajına əsaslanaraq qərar qəbul etmişlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hü ququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına mali k olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaş a görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəm ə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. İddiaçının kasasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
25. İddiaçı 21 iyul 1980-ci il tarixədək peşə texniki məktəbində təhsil almasını, 7 avqust 1980-ci il tarixdə əmək fəaliyyətinə başlamasını, 13 may 1981-ci il tarixdən 20 may 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmasını və 26 aprel 1984-cü il tarixdən 16 iyul 2018-ci il tarixədək müxtəlif təşkilatlarda elektrik və qaz qaynaqçısı peşələrində işlədiyini, elektrik və qaz qaynaqçısı işlədiyinə görə güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu bildirib 57 yaşdan pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.
26. Cavabdeh iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən (22 il 7 ay 26 gün) az olduğuna istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyini bildirilmişdir.
27. İddiaçının şikayətinin dəlillərinə görə 1 yanvar 2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi staja malik olduğundan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmışdır.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 5 7 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. İddiaçı: -01.09.1977-ci il tarixdə Bakı şəhəri 59 nömrəli orta texniki-peşə məktəbinə daxil olmuş və 21.07.1980-ci il tarixdə məktəbi xarrat (inşaatçı) peşəsi üzrə bitirmişdir; -03.05.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş və 18.05.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur; -01.09.1983-cü il tarixdə Bakı şəhəri 14 nömrəli orta şəhər texniki-peşə məktəbinə daxil olmuş və 14.04.1984-cü il tarixdə məktəbi elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir; -07.08.1980-ci ildə Neft Sənayesi Nazirliyinin “Neft xüsusi materialları i ttifaqının” Birliyi üzrə Bakı Ağırlaşdırıcılar Zavodunda ağırlaşdırıcılar sahəsinə üçüncü dərəcəli xarrat qəbul edilmiş və 06.04.1981-ci ildə həqiqi hərbi xidmətə çağrılması ilə bağlı işdən azad edilmiş, 18.08.1983-cü ildə Azərbaycan SSR Meşə Sənayesi Nazirliyinin TTİ-də 4-cü dərəcəli xarrat qəbul edilmiş və 03.10.1983-cü ildə öz istəyi ilə işdən azad edilmiş, 26.04.1984-cü ildə Xəzər Neft və X12 üzrə X6 Axtarış Qazma İdarəsində 14 saylı ODPTM bitirdikdən sonra 4-cü dərəcəli əl ilə qaynağın elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.04.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, 15.05.1986-cı ildə Azərbaycan SSR ƏMXN Xüsusi tikinti təmir trestinin Bakı TTİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 03.11.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, 06.12.1986-cı ildə Xəzər Neft və X12 üzrə X6 Axtarış Qazma İdarəsində 4-cü dərəcəli əl ilə qaynağa elektrik qaynaqçısı qəbul edilmiş və 12.02.1988-ci ildə işdən azad edilmiş, 23.02.1988-ci ildə 2 saylı sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş və 14.04.1989-cu ildə işdən azad edilmiş, 17.04.1989-cu ildə “Azqaztikinti” trestinin XMN-ya 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 22.08.1989-cu ildə işdən azad edilmiş, 21.08.1989-cu ildə “Metalçı” kooperativinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 09.11.1989-cu ildə öz istəyi ilə işdən azad edilmiş, 01.11.1989-cu ildə Maştağa tikinti materialları komitəsi yanında “Karxana” kooperativində elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 05.02.1990-cı ildə işdən azad edilmiş, 04.05.1992-ci ildə “Araz” D.R.M-nə gözətçi təyin e dilmiş və 17.08.1992-ci ildə işdən azad edilmiş, 16.02.1990-cı ildə Xəzər Neft və X12 üzrə X6 Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.10.1990-cı ildə işdən azad edilmiş, 04.09.1990-cı ildə “Azborukəmərtikintisi” tr. BKQ-da müvəqqəti olaraq 6-cı dərəcəli qaynaqçı qəbul edilmiş və 28.04.1992-ci ildə işdən azad edilmiş, 01.10.1992-ci ildə 6-cı dərəcə üzrə elektrik qaynaqçısı qəbul edilmiş və 29.08.1994-cü ildə işdən azad edilmiş, 03.09.1994- cü ildə Bakı Liman Dəniz Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 23.11.1995-ci ildə işdən azad edilmiş, 08.07.1997-ci ildə Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu QTM-nə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 01.10.1999-cu ildə işdən azad edilmiş, 01.10.1999-cu ildə X5 İstehsalat Birliyi Təmir Tikinti İdarəsinə ARNQİ-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 01.02.2000-ci ildə işdən azad edilmiş, 23.12.2002-ci ildə Bos Şelf LTD-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 03.06.2013-cü ildə qaynaq üzrə briqada vəzifəsinə keçirilmiş və 16.07.2018-ci ildə vəzifədən azad edilmişdir.
31. İddiaçının iki dəfə aldığı təhsil, habelə hərbi xidmət və əmək fəaliyyəti dövrü 1 sentyabr 1977-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək 23 il 1 ay 20 gün təşkil edir.
32. Apelyasiya məhkəməsinin araşdırmasına görə 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının ümumi stajı 23 il 4 ay 5 gündür.
33. Qanunun tələbinə görə güzəştli şərtlərlə 57 yaşa görə əmək pensiyasının təyin edilməsi üçün eyni vaxtda 2 şərtin ödənilmə si tələb olunur - şəxsin 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı və bunun 12 il 06 ayını güzəştli işlərdə işləməsi və onun 57 yaşının tamam olması.
34. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlərdən biri-25 il ümumi stajı mövcud olmamışdır. Odur ki, iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
35. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
36. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəll əsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2181/2021 saylı, 13 oktyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.