Məhkəmə qərarları › İş №2-1(102)-307/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-307/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-307/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional Filialına qarşı QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional Filialına qarşı əlilliyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-643/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Məcburi köçkün kimi Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ünvanında məskunlaşmışdır. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamış, Kəlbəcər rayonunun Milli kənd orta məktəbinə Pioner Baş dəstə rəhbəri vəzifəsinə təyin edilmiş, 1980-1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, 1982-1993-cü illərdə yenidən həmin məktəbdə (Milli kəndi) işləmişdir. Kəlbəcər rayonu ermənilər tərəf indən işğal edildiyindən, Abşeron rayonuna gəlmiş və Pirəkəşkül orta məktəbində müəllim işinə qəbul edilmişdir. Kəlbəcər rayonu işğal olunduğundan, ona məxsus əmək kitabçası orada qalmışdır. Ona səhhəti ilə əlaqədar olaraq xx.xx.2020-ci ildə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2 İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh bundan imtina etmiş və bildirmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair verdiyi ərizəyə və təqdim etdiyi sənədlərə baxılmış, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona münasibətdə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb edilən 25800.00 manatdan az olduğu müəyyən edilmişdir. Ona gör ə də, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildən 1980-ci il tarixədək Kəlbəcər rayonunun Milli kəndində və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi iş dövrünün iş stajı hesab edilərək ona xx.xx.2020-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamışdır. Həmin vaxt Milli kənd orta məktəbinə Pioner Baş dəstə rəhbəri vəzifəsinə təyin edilmişdir. 1980-1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-1993-cü illərdə yenidən həmin məktəbdə (Milli kəndi) işləmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildiyindən, Abşeron rayonuna gəlmiş və Pirəkəşkül orta məktəbində müəllim işinə qəbul edilmişdir. Kəlbəcər rayonu işğal olunduğundan, ona məxsus əmək kitabçası orada qalmışdır. Ona səhhəti ilə əlaqədar olaraq xx.xx.2020-ci ildə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Pensiya təyini üçün sənədlərini 1 saylı regional ərazi filialına təqdim etmişdir. Ona məlumat verilmişdir ki, xx.xx.1979-cu il tarixdən 1980-ci il tarixinədək olan dövr və xx.xx.1982-xx.xx.1993-cü illər üzrə sığorta stajının yoxlanması mümkün olmamışdır. Həmin illərdə Kəlbəcər rayonunda işləmişdir və əmək kitabçası işğal zamanı Kəlbəcər rayonunda qalmışdır. Yuxarıda adı çəkilən məktəbdə onun müəllim işləməsini eyni zamanda həmin məktəbdə işləmiş X1, X4 və X3 təsdiq edə bilərlər.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbi mahiyyətcə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya xx.xx.2020-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona münasibətdə əlilliyə görə əmək pensiyası təyin e dilməsi üçün tələb edilən 25800.00 manatdan azdır. Buna görə də, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu normadan göründüyü kimi, İİ və İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin eyni anda mövcud olması mütləqdir: 1) ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1, 12.1, 13.3-cü maddələrinin, həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniİməsi Qaydaları”nın 4.3-c ü bəndinin tələblərinə əsasən, xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya münasibətdə xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün azı 14 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 58 yaş - 15 əmək qabiliyyəti olmayan yaş dövrü = 43 il. 43 il x 4 ay = 172 ay = 14 il 4 ay) və 25800 manat pensiya kapitalı (tələb olunan sığorta stajı 14 il 4 ay - 172 ay, 172 ay: 192 = 0.896 (sığorta davamiyyət əmsalı), 0.896 x 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 129, PSK = 129 x 200 (xx.xx.2020-ci il tarixə minimum pensiya məbləği) = 25800 manat) tələb edilir. İddiaçı isə tələb edilən 14 il 4 aydan artıq sığorta stajına malik olsa da (xx.xx.2006-ci ilə qədər: hərbi xidmət müddəti (xx.xx.1980-xx.xx.1982), əmək fəaliyyəti dövrü (xx.xx.1993-xx.xx.2006) daxil olmaqla ümumilikdə 14 il 4 ay; xx.xx.2006-cı ildən sonra məcburi dövlət sosial sığorta haqları ödənilməsi şərti ilə 2008-2020-ci il dövrü), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21589.65 manat (xx.xx.2006cı il tarixədək olan sığorta stajı Qanunun 27 və 29-cu maddələrinə uyğun indeksasiya edilməklə və xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 11234.20 manat) olmaqla tələb edilən 25800 manatdan az olub, ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (PSK 21589.65/129=167,36 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqlar ı pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci və 29.1-1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əlilliyə görə pensiya təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-913/2022 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.1979-cu ildən 1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansi ya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən iddiaçının əmək kitabçasına və kolxozda işləməsi barədə arayışa əsaslanmışdır.

8. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiya məhkəməsində icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-643/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Məmmədov-sədrlik edən və məruzəçi, və H.Babayeva və Z.Məmmədov ) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-913/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndiril ən dövrdə işləməsi əmək kitabçasındakı qeydlərlə təsdiqini tapır və əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş dövrünün yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin məzmununa uyğundur. Kassasiya şikayətinə etirazın dəlilləri

13. Kass asiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. «Əmək pensiyaları haqqında» Qanun Maddə

1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti or qanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; M a d d ə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. M a d d ə

11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, ha belə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdiril ir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasınınsığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə

27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığort aolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapi talı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 16. “İnzibati icraat ha qqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 17. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi gün ədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

18. İnzibati Prosessual Məcəllə Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kass asiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

20. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvv ədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyə görə əmək pensiyanın təyin edilməsi üçün tələb olunan əsasların mövcudluğu, o cümlədən onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınması ilə bağlı məsələ apellyasiya məhkə məsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının əmək kitab çasında qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlər üzrə iş stajının düzgünlüyünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması ilə bağlıdır.

28. Bununla bağlı qeyd olunmalıdır ki, bu qərarın 16 və 18-ci bəndlərində istinad edilən normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquq i şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

29. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək kitabçasındakı qeydlərin və məlumatların mötəbərliyini şübhə altına alan hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məh kəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili b arədə qeydlər göstərilir. Hazırki münasibətdə iddiaçının mübahisələndirilən tarixlərdə Kəlbəcər rayonunun Milli kənd orta məktəbində işlədiyi onun əmək kitabçasında öz əksini tapmışdır.

30. Bundan başqa, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyi də nəzərə alınmalıdır. Həmin mövqeyə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)45/2021 nömrəli qərarları).

31. Bu baxımdan iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti ba rədə onun əmək kitabçasında qeyd olunmuş məlumatlar mötəbər sayılmalı və həmin dövrlər cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmalı və yuxarıda istinad olunan normalara uyğun olaraq onun pensiya kapitalına hesablanmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Bel ə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respub likası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhk6məsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-643/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar