Məhkəmə qərarları › İş №2-1(102)-3070/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3070/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3070/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: çoxuşaqlı anaya yaşa görə əmək pensiyasının təyin edilməsi GİRİŞ HİSSƏ 10.12.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon ş öbəsinə qarşı çoxuşaqlı anaya yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 13.07.2009-cu ildən 51 yaşdan çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarı ilə (hakim X.İmanov, iş No 2-1(82)-590/2019) iddianın təmin edilməsi; iddiaçıya 51 yaşın tamam olduğu 13 iyul 2009-cu il tarixdən pensiya təyin edilməsi, təyin olunmuş əmək pensiyasının hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş No 2-1(103)1816/19) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verə rək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş iddiaçı S.AdjıyevaAzərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, cavab deh şöbənin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məh kəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 03.07.1958-ci il təvəllüdlü olmaqla 13.07.2009-cu ildə 51 yaşı olub və həmin vaxtadək 3 uşağı doğub tərbiyə etmişdir. İşin materiallarında olan, iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, iddiaçı 24.07.1974-ci ildən 02.01.1982-ci il tarixə kimi Kalinin rayonu, Evilinskiy savxozu 1 saylı Tarla briqadasında, 01.01.1982-ci ildnə 02.05.1987-ci il tarixə kimi Kalinin adına sovxozda, 10 saylı heyvandarlıq briqadasında mal qaraya baxan, 20.09.1989-ci ildə Ramana südçülük kompleksində doğum şöbəsinə buzova baxan qəbul edilib, 20.07.1990cı ildə 1 nömrəli heyvandarlıq briqadasına sağıcı-operator vəziifəsinə keçirilməklə 20.05.20011 -ci il tarixdə işdən azad edilmişdir. 31.07.2012-ci il tarixdə Sabunçu rayonu Komunal Təsərrüfat İdarəsinə küçə süpürgəçisi qəbul edilib, 05.12.2014-cü ildə işdən azad edilmişdir. 10.12.2014-cü ildə Nizami rayon MKTB-nin nəzdində Sanitar təmizlik sahəsinə süpürgəçi kimi işə qəbul edilib, 06.05.2015-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı yuxarıda qeyd edilən faktlara əsaslanaraq ona çoxuşaqlı ana kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh şöbəyə müraciət etmişdir Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 09.07.2018-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina olunmuş və əsas kimi göstərilmişdir ki, iddiaçının istədiyi güzəştlər qanunla 3 deyil, 5 uşaq anası üç ün müəyyən edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh şöbənin istinad etdiyi, qadının 5 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi və yaş həddinin hər uşağa görə 1 il azaldılmaqla güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun müəyyən edilməsi «Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci və 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş 8.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, hazırki işə üzrə müəyyən edilir ki, yeni qanun redaksiyası qüvvəyə minənə kimi, iddiaçı 3 uşaq doğmuş onları 8 yaşınadək tərbiyə etmiş, 51 yaşı olmaqla,13.07.2009-cu il tarixədək tələb olunan 5 il iş stajı toplamışdır. Belə olduğu halda, iddiaçıya 13.07.2009-cu il tarixdən 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi qanununvericiliyin tələblərinə uyğundur. Ona görə də, cavabdeh inzibati orqanı imtinası əsassız və qanunsuzdur, bu səbəbdən iddianın iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaranq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM -nini 217.2-ci maddəsinə müvafiq olaraq qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsa sən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllən in 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəm əsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar