Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3071/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3071/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızı ndan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, K.Salmanzadənin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1822/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cdı ildə anadan olduğunu, 1-ci qrup gözdən əlil olduğunu, xxxx 1986-cı ildən xxxx 1993-cü ilə kimi Masallı rayon «Gürcüstan» sovxozunda fəhlə, xxxx 1993-cü ildən 22.08.1999-cu ilə kimi Masallı rayon İSMD-də xadimə kimi işlədiyini, o, xxxx 2018-ci il tarixdə əlilliyə görə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Şöbəyə təqdim edilən sənədlər əsasında İ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajının yaranmadığına, həmçinin əmək kitabçasında qeyd olunan iş stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sığorta stajına daxil edilmədiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, xxxx 1986-cı ildən xxxx 1993-cü ilə kimi M asallı rayon sabiq «Gürcüstan» sovxozunda fəhlə, xxxx 1993-cü ildən xxxx 1999-cu ilə kimi Masallı rayon İSMD-də xadimə kimi iş stajı üzrə 1-ci qrup əlil kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-164/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 1986-cı ildən xxxx 1993-cü ilə kimi Masallı rayon sabiq «Gürcüstan» sovxozunda fəhlə, xxxx 1993-cü ildən xxx 1999-cu ilə kimi Masallı rayon İSMD-də xadimə işlədiyi müddətin sığorta stajına daxil edilərək, ona 1ci qrup əlil kimi əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur(hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xx 2019-cu il tarixli, 2-1(103)-1822/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilə rkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi əmək kitabçasında qeyd olunan xxxx 1993-cü ildən xxxx 1999-cu il tarixinədək iş stajının yoxlanılması mümkün olmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.7-ci maddəsinə əsasən pensiya sektorunun məsləhətçisi zəruri hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə icla sının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xə bərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına i stinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1822/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı xxxx 2018-cı il tarixdə, müddətsiz, İ dərəcəli əlillik təyin edilmiş, xx.xx.1966-cı il təvəllüdlü olan iddiaçının xxxx 1981-ci ildən (15 yaşından) əlilliyinin müəyyən edildiyi xxxx 2018-ci il tarixinədək olan 37 il 4 ay əmək qabiliyyətli yaş dövrü üçün 12 il 3 aydan çox olmayan sığorta stajı tələb olunur, əmək kitabçasına əsasən iddiaçının xxxx 1986-cı ildən xxxx 1993-cü ilə kimi Masallı rayon «Gürcüstan» sovxozunda fəhlə (7 il 6 gün), xxxx 1993-cü ildən xxxx 1999-cu ilə kimi Masallı rayon İSMD-də xadimə kimi iş stajı müəyyən olunmuş, iş stajı müddətləri toplandıqda, onun ümumilikdə 12 il 8 ay 21 gün iş stajı var, iddiaçı, xxxx 2018-ci il tarixdə əlilliyə görə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Şöbəyə təqdim edilən sənədlər əsasında İ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajının yaranmadığına, həmçinin əmək kitabçasında qeyd olunan iş stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sığorta stajına daxil edilmədiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna görə iddiaçının pensiyası onun əmək kitabçasının qeydləri əsasında təyin edilməlidir, xxxx 2018-ci il tarixli Masallı rayon dövlət arxivinin aktına görə iddiaçının çalışdığı həmin müəssisələr tərəfindən əmr və əmək haqqına dair sənədlər arxivə təhvil verilməmiş, qeyd olunan sovxoz və müəssisə tərəfindən dövlət arxivinə sənədlər təhvil verilmədiyindən və həmin qurumlar artıq mövcud olmadığından, iddiaçıya pensiya təyin olunmasından imtina onun hüquqlarını məhdudlaşdırır, həmçinin iddiaçının əmək kitabçasının qeydlərində təsbit olunan məlumatların həqiqətə uyğun olmadı ğı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçının əmək kitabçasının qeydləri üzrə müəyyən olunan 12 il 8 ay 21 gün iş stajı onun sığorta stajı kimi qəbul olunmalıdır, beləliklə, iddiaçının 1 qrup əlilliyə görə əmək pensiyası hüququ xxxx 2018-ci il tarixdən yaranmadığından, cavabdehin imtinası qanunsuz olmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında» Azə rbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddə nin birinci yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. «İnzibati icraat haqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Qanunun xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün təyin edilir. Qanunun 37.3.2.-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu v ə iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının pensiyasının onun əmək kitabçasının qeydləri əsasında təyin edilməli olduğunu, iddiaçının əmək kitabçasının qeydlərində təsbit olunan məlumatların həqiqətə uyğun olmadığının cavabdeh tərəfindən sübuta yetirilmədiyini, iddiaçının əmək kitabçasının qeydləri üzrə müəyyən olunan 12 il 8 ay 21 gün iş stajının onun sığorta stajı kimi qəbul edilməli olduğunu, beləliklə, iddiaçının 1 qrup əlilliyə görə əmək pensiyası hüququnun xxxx 2018-ci il tarixdən yarandığını, cavabdehin imtina sının isə qanunsuz olmaqla, iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1822/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1822/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3071/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3071/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver