Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3071/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: məhkəməyə qarşı verilmiş iddia üzrə işin ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müraciətinə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11695/2023 21 avqust 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4096/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə aidiyyətin müəyyənləşdirilməsi məqsədilə inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Müraciət əsaslı olduğundan təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.
7. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: (...) 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; …
9. MPM-in 45.5-ci maddəsinə əsasən, işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.
10. İşdən göründüyü kimi, iddia Bakı Apellyasiya Məhkəməsinə qarşı verildiyindən, o, hazırkı işə baxa bilməz. Digər tərəfdən, hazırkı mübahisədə cavabdeh olan Bakı Apellyasiya Məhkəməsi işin aid olduğu məhkəməyə verilməsini də MPM-in 45.5-ci maddəsinə əsasən (hüquqi baxımdan) həll edə bilmir.
11. İPM-in 9.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhk əmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə;...
12. İPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.
13. Beləliklə, apellyasiya instansiyası məhkəməsi - iddia bilavasitə ona qarşı verildiyindən və həmin məhkəmə hüquqi baxımdan məhkəmə icraatını həyata keçirə bilmədiyindən - işin aid olduğu məhkəməyə verilməsi barədə yuxarı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
14. Məhkəmə kollegiyası hazırkı mübahisənin başqa məhkəməyə verilməsi məsələsini həll edərkən, ədalət mühakiməsinə əlçatanlığın daha səmərəli təmin olunması üçün səlahiyyətli məhkəmənin tərəflərin yaşayış yeri (olduğu yer) üzrə müəyyən edilməsinə üstünlük verir, lakin tərəflərin olduğu yer üzrə məhkəmənin hazırkı icraatı həyata keçirə bilmədiyini nəzərə alaraq, işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməli olduğu qənaətinə gəlir.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilir.