Məhkəmə qərarları › İş №2-1(102)-3071/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3071/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3071/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əl ilə qaynaqçı, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 21(105)-648/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.

2. İddiaçıya məxsus hərbi biletə əsasən o, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1982-xx.xx.1983- cü il tarixlərdə Laçın 127 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almışdır.

3. Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Laçın rayonu Kəndenerji İdarəsində Elektrik qaynaqçısı işləməsi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğal zonasında qalmışdır. 4. xx.xx.1992-ci il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixlərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində elektrik qaynaqçısı, xx.xx.2000-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1993- xx.xx.2005-ci il tarixlərdə Bakı TTQİ-də elektrik qaynaqçısı, xx.xx.2014- xx.xx.2014-cü il tarixlərdə usta, xx.xx.2015xx.xx.2016-cı il tarixlərdə mebe l ustası, xx.xx.2018- xx.xx.2020-ci il tarixlərdə mebel ustası, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə fəhlə, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “X14” MMC-də gözətçi, xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə “X14” MMC-də texnikoperator, xx.xx.2021- xx.xx.2022-ci il tarixlərdə “X14” MMC-də qaynaqçı işlədiyi qeyd edilmişdir.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh 10 mart 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il t arixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş ИТ-N ******* nömrəli əmək kitabçasında xx.xx.1985- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kənd təsərrüfat enerji” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin Laçın rayon dövlət Arxivinin ona dair xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunub. Belə ki, əmək kitabçasının 42-43-cü səhifələrində qeyd olunan xx.xx.1992-ci il tarixli işdən çıxma əmri Laçın rayonunun işğal olunduğu xx.xx.1 992-ci il tarixindən sonrakı dövrü əhatə etdiyindən xx.xx.1985-xx.xx.1992ci il tarixləri arasındakı dövr üzrə əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Eyni zamanda “Azmənzilsənayetikintitəmir” Birliyinin ona dair xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməyib. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2007-2022-ci illər üzrə cəmi 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur.

7. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 17652,13 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1985xx.xx.1992 illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi illəri sığorta stajına hesab olunması, ona 05 may 2022 il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, Əmək Pensiyasının “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla ə saslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən 07 yun 1983-cü ilədək Laçın 127 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində elektrik qaynaqçısı işləmişdir. Laçın rayonunun işğal edilməsindən sonra məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış və xx.xx.1993-xx.xx.2005-ci illərdə “Azmənzilsənayetikintitəmir” Birliyində əl ilə elektrik qaynaqçısı peşəsində, 2014-2020-ci illərdə ayrı-ayrı fiziki şəxslərin yanında usta, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X14” MMC-də gözətçi, xx.xx.2021ci il tarixdən xx.xx.2022- ci il tarixədək isə həmin müəssisədə qaynaqçı işləmişdir. 60 yaş tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-47 7/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, İddiaçı xx.xx.1985-xx.xx.1992 illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün qanunda nəzərdə tutulmuş ümumi və güzəştli iş stajına malik olması iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq edildiyindən iddia tələbi əsaslıdır.

14. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2-1(105)-648/2024 nömrəli qərarı (hakimlər X8 (məruzəçi), X1 və X4) ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-477/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 7, 9-cu maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

19. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən HT-N ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin Laçın rayon Dövlət Arxivinin qeyd edilən dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında İddiaçı x x.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işləməsinə dair sənədlərin təqdim edilməsinin mümkün olmaması öz əksini tapmışdır. Belə ki, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində qeyd olunan xx.xx.1992-ci il tarixli işdən çıxma əmri Laçın rayonunun işğal olunduğu xx.xx.1992-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr üzrə əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Həmçinin sözügedən əmək kitabçasının hansı əsaslarla doldurulduğu ilə bağlı hər hansı məlumat aşkar edilməmiş və sübut təqdim edilməmişdir.

20. Eyni zamanda “Azmənzilsənayetikintitəmir” Birliyinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işl ədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmaması barəsində hər hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına ça tdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqç ıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

62. Şahid 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasını n hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

30. Birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi ilə razılaşsalar da, cavabdeh iddiaçının iddia tələbinin əsassız olması qənaətindədir.

31. Qeyd edilir ki, iddiaçının ИТ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi göstərilsə də, Laçın rayo n dövlət Arxivinin qeyd edilən dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1985xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işləməsinə dair sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Odur ki, cavabdehə görə həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz.

32. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, Laçın rayon dövlət Arxivinin qeyd edilən dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv tərəfindən verilmiş arayışla müəyyən edilir ki, xx.xx.1985-ci il tarixdən 18 may 1992-ci il tarixə qədər olan dövrlərlə bağlı arxiv sənədləri işğalla əlaqədar olaraq dövlət arxivində mövcud olmamışdır (iş vər 8).

33. Qeyd edilən dövrlərdə iddiaçının Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işləməsi birinci instansiya məhkəməsinə dəvət edilərək dindirilmiş şahidlər X6 və X2 izahatları ilə təsdiq edilir. Onlar həmin dövrlərdə iddiaçı ilə birlikdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiklərini, iddiaçının qaynaqçı vəzifəsində çalışdığını qeyd etmişlər.

34. Məhkəmə kollegiyası qeyd edir ki, şahid izahatları sübut növü olduğundan işin araşdırılması və obyektiv həqiqətə nail olunması üçün zəruri məlumatlar hesab edilir. Hazırki iş üzrə şahidlərin izahatlarında hər hansı həqiqətə uyğun olmayan məlumatın olduğu müəyyən edilmədiyindən iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixlər arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyinin qəbul edilməsi qanuni və əsaslı sayılmalıdır.

35. Kassasiya şikayətində mübahisəli digər məqam iddia çının xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi qaynaqçı peşəsi ilə bağlıdır. Qeyd edilir ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də, həmin arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmaması barəsində hər hansı məlumat göstərilməmişdir.

36. Cavabdehin bu mövqeyini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə edilmiş “Azmənzilsənayetikintitəmir” Birliyinin 14 mart 2023-cü il tarixli məktubda iddiaçının xx.xx.1993-cü ildən əl ilə elektrik qaynaqçısı işinə qəbul edildiyi, xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edildiyi qeyd edilmişdir (iş vər 10).

37. Həmçinin müəssisə tərəfindən verilmiş arayışda iddiaçının “Azmənzilsənayetikintitəmir” Birliyinin Bakı TTQİ-də 12 il 9 ay əl ilə qaynaq işlərini yerinə yetirmiş olduğu göstərilmişdir (iş vər 11).

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2005-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəldiyindən və iddiaçı bu vəzifədə 12 il 6 aydan çox işlədiyindən onun güzəştli şərtlərlə pensiya hüququ yaranır.

39. Cavabdeh tərəfindən kassasiya şikayətində mübahisələndirdiyi digər məqam pensiya kapitalı ilə bağlıdır. Bildirilir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 176652,13 manat təşkil edir.

40. Kassasiya şikayətinin bu dəlili ilə qismən razılaşan məhkəmə kollegiyası bildirir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş st ajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur.

41. Lakin həmin şərt “Əmək pensiyaları haqqında” Qanunda edilmiş 13 may 2022-ci il tarixli dəyişiklik əsasında 29 iyun 2022-ci il tarixdə qüvvədən düşmüşdür.

42. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsaslarını düzgün müəyyən edilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti özündə ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər (yaş həddi, ümumi və güzəştli iş stajı) ödənildiyindən apellyasiya instansiya məhkəməsinin qərarı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsinin tarixinə münasibətdə dəyişdirilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2- 1(105)-648/2024 saylı qərarı güzəştli şərtlərlə yaşa görə pensiyanın 05 may 2022-ci il tarixdən təyin edilməsi hissəsində dəyişdirilsin və pensiyanın 29 iyun 2022-ci ildən təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar