Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3072/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxxnın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Nümayəndə, cavabdehin vəkili Orxan Abbasovun iştirakı ilə, İddiaçı xxxxnın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1591/2019 saylı iş üzrə 24.06.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xxxx xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı xxxx cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və iddiaçının xx.xx.1960-cı il tarixdən filan tarixədək işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 04.06.1979-cu ildən neft sənayesi üzrə AZSSRİ Neftkimya İstehsalı Nazirliyinin Əmtəə-İstehsalı idarəsində başlamışdır. 04.06.1979-cu ildən 12.12.1989-cu ilədək orada və “Azneftkimya”da müxtəlif dərəcələrdə kimyəvi analiz üzrə laborant işləmişdir. 20.12.1989-cu ildən 17.10.1994-cü ilədək tikiş üzrə fabrikdə operator vəzifəsini icra etmişdir. 26.10.1994-cü ildən hal-hazıradək “Abşeronneft" Neft və Qazçıxarma idarəsinin Neftin kompleks hazırlanması və nəqli sahəsi Neftin yığılması, hazırlanması və nəqli xidməti sahəsində əmtəə operatoru vəzifəsində işləyir. İşlədiyi peşələr xüsusilə zərərli peşələrə aiddir. Əmək qanunvericiliyinə əsasən xüsusilə zərərli peşələrdə çalışan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin 03 dekabr 2018-ci il tarixli **********4 saylı cavab məktubu ilə bildirilmişdir ki; “Təqdim etdiyiniz NT-İ N0424530 əmək kitabçanızda olan qeydlərə əsasən işlədiyiniz vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qə rarında nəzərdə tutulmadığından Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir”. O həmin imtina məktubunu əssassız hesab edir. Birinci instansiya məhkəməsinin 05.04.2019-cu il tarixli iş № 2-1(82)-961/2019, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməməsini qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.06.2019-cu il tarixli iş № 2-1(103)-1591/2019 (hakimlər Səriyyə Sey idova sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 05.04.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya qaydasında işə baxılarkən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Belə ki, məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən pensiyanın təyin edilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmənin gəldiyi nəticəyə münasibətdə bildirmək istəyir ki, məhkəmə tərəfindən hərtərəfli araşdırılma aparıl madan, qeyri-obyektiv şəkildə şəxsi mülahizələr əsasında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci neft, qaz və qaz kondensatının çıxarılması və Ümumi peşələr bölməsinə istinad edilmiş və iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmaması qənaətinə gəlinmişdir. Lakin qeyd etmək istəyirəm ki, məhkəmə maddi hüququ normalarının pozuntusu ilə qərar çıxartmışdır. Belə ki, hazırkı iş üzrə işin hərtərəfli araşdırılması üçün sözügedən Siyahının 10.2-ci bəndi deyil, 10.5-ci bəndində göstərilmiş müddəalar tətbiq edilməli idi. Onun neft sənayesində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10-cu bölməsində öz əksini tapmışdır. Daha dəqiq desək, həmin Siyahının 10.5-ci bəndinin Neftin, qazın, qaz kondensatının emal (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi: a) fəhlələr kateqoriyasında - əmtəə operatoru peşəsində işləyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft istehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 05.10.2017-ci il tarixli 151 nömrəli arayışdan görünür ki, işçi X1 26.10.1994-cü il tarixdə “Abşeronneft” Neft və qazçıxartm a idarəsinin neftin kompleks hazırlanması və nəqli sahəsi Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsi üzrə əmtəə operatoru vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, onun çalışdığı sahə məhz sözügedən Siyahının 10.5-ci bəndində göstərilən Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin əhatə dairəsinə düşür. Qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi bu halın mövcudluğunu hərtərəfli araşdırmamış və yalnız mülahizələr əsasında qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2-1(103)-1591/2019 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndə rilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili O.Abbasov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 24.06.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24.06.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 iyun 2019-cu il tarixli q ərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzg ün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya qaydasında işə baxılarkən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Belə ki, məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən pensiyanın təyin edilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmənin gəldiyi nəticəyə münasibətdə bildirmək istəyir ki, məhkəmə tərəfindən hərtərəfli araşdırılma aparılmadan, qeyri-obyektiv şəkildə şəxsi mülahizələr əsasında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmi ş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci neft, qaz və qaz kondensatının çıxarılması və Ümumi peşələr bölməsinə istinad edilmiş və iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmaması qənaətinə gəlinmişdir. Lakin qeyd etmək istəyirəm ki, məhkəmə maddi hüququ normalarının pozuntusu ilə qərar çıxartmışdır. Belə ki, hazırkı iş üzrə işin hərtərəfli araşdırılması üçün sözügedən Siyahının 10.2-ci bəndi deyil, 10.5-ci bəndində göstərilmiş müddəalar tətbiq edilməli idi. Onun neft sənayesində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10-cu bölməsində öz əksini tapmışdır. Daha dəqiq desək, həmin Siyahının 10.5-ci bəndinin Neftin, qazın, qaz kondensatının emal (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi: a) fəhlələr kateqoriyasında - əmtəə operatoru peşəsində işləyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft istehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 05.10.2017-ci il tarixli 151 nömrəli arayışdan görünür ki, işçi X1 26.10.1994-cü il tarixdə “Abşeronneft” Neft və qazçıxartma idarəsinin neftin kompleks hazırlanması və nəqli sahəsi Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsi üzrə əmtəə operatoru vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, onun çalışdığı sahə məhz sözügedən Siyahının 10. 5-ci bəndində göstərilən Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin əhatə dairəsinə düşür. Qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi bu halın mövcudluğunu hərtərəfli araşdırmamış və yalnız mülahizələr əsasında qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” 07.02.2006-cı il tarixli Qanununun 5.1-ci maddəsinə (01 iyul 2017-ci il tarixinədək olan redaksiyada) əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız b ir pensiya təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardıdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verəntam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasınm Qanununa (bundan sonra Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8 -ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9. 8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Həmin qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvv əyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa əsasən müəyyən olunur. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİ QD saylı Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən də əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödən ildiyi əmək fəaliyyəti müddəti daxildir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası işə əlavə edilmiş iddiaçının NT-l No ******* nömrəli əmək kitabçasını nəzərdən keçirərək, iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiyası təyin edilməsi üçün əsas vermədiyini müəyyən etmişdir. Belə ki, güzəştli şərtlərlə pensiyası təyin edilməsi üçün əsas verən həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda hansı təsnifatda, hansı kodla təsdiq olunması iş üzrə müəyyən edilmir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıhesab edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiyanın təyin edilməsindən edilmiş imtina əsaslı olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 24.06.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 6 8, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.06.2019-cu il tarixli 2-1(103)1591/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3072/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3072/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver