Məhkəmə qərarları › İş №2-1(102)-3073/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3073/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3073/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun (yenidən) hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “əmək pensiyanın yenidən hesablanması və fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1542/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçıya 5 oktyabr 2016-cı il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun aylıq əmək pensiyası 333,70 manat təşkil edir. Lakin iddiaçı hesab edir ki, onun pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 17 və 71-ci maddələrinin tələbləri nəzərə alınmaql a hesablanmalı idi. Bu zaman onun aylıq pensiyası 1.797,7 manat təşkil edir. Belə olan halda isə 05.10.2016-cı il tarixdən ona ödənilməmiş pensiya fərqi 29.280 manat ödənilməlidir. O, nümayəndəsi vasitəsilə cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin 13 aprel 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya 57 yaşı tamam olduğu 05.10.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən kişilər 57 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışarsa pensiya hüququ vardır. İddiaçı 22 iyun 2018-ci il tarixdə iddia ərizəsi ilə cav abdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona əmək pensiyasının yenidən hesablanaraq 1.797,7 manat məbləğində müəyyən edilməsi və ödənilməmiş 29.280 manat fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-3140/2018 saylı iş) 25 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli şərtlərlə 57 yaşından yaşa görə əmək pensiyası təyin olunması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajını 01.01.2006-cı il tarixə kimi toplasa da o, Qanunun həmin maddəsində nəzərdə tutulan yaş həddinə “Əmək pensiyaları haqqında” Qanunun tətbiq olunduğu dövrdə çatmışdır. xx.xx.1959-cu il təvəllüdlü iddiaçının 57 yaşı 05.10.2016-cı il tarixində tamam olmuş və cavabdeh tərəfindən də həmin tarixdən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinin tələbləri nəzərə alınmaqla 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X5 və X4, 2-1(103)-1542/2019 saylı iş) 11 iyul 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 29 iyul 2019-cu il ta rixdə qərarın surətini almış, 28 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul etməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya pensiya təyin edilərkən orta aylıq əmək haqqının nəzərə alınmasının mümkün olmaması ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi 01.01.2010-cu tarixdən qüvvədən düşmüşdür. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün ümumi və güzəştli iş stajlarını 01.01.2006-cı il tarixədək toplasa da, lakin onun pensiya hüququ 57 yaşı tam olduqda 05.10.2016-cı il tarixdən, yəni 01.01.2010-cu il tarixdən sonra yaranmışdır. Buna görə də iddiaçının əmək pensiyası hesablanarkən ona münasibətdə haqlı olaraq orta aylıq əmək haqqı tətbiq edilməmişdir. İddiaçı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərarı qanunsuzdur, qərarla iddiaçının konstitusion hüquqları pozulmuşdur və bu səbəbdən də həmin qərar ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçıya pensiya təyin edilərkən, güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və xüsusi iş stajları, habelə yaş həddi 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun hesablanmış, lakin pensiyanın məbləği müəyyən edilərkən 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına əsaslanılmışdır. İddiaçıya 57 yaşa çatdığı 5 oktyabr 2016-cı il tarixdə, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə müvafiq olaraq pensiya təyin edilmişdir. Bu səbəbdən də pensiyanın aylıq məbləği hesablanarkən həmin Qanunun tələblərinə əməl edilməli idi. Şikayət əsaslandırılarkən 1 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 17, 71-ci maddələrinə də istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı vəkili olmadığına görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası ilk dəfə 19 noyabr 2019-cu il tarixə təyin edilmiş, iddiaçı müqavilə bağladığı və kassasiya şikayəti tərtib etdiyi vəkilin vəfatı ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçının xahişi nəzərə alınaraq məhkəmə iclası 3 dekab r 2019cu il tarixə təxirə salınmışdır. İddiaçı vəkili olmadığına görə məhkəmə iclasının təkrar təxirə salınmasını xahiş etmişdir. İddiaçının başqa vəkillə müqavilə bağlaması üçün ona kifayət qədər vaxt ayrılmış, lakin hər hansı səbəb göstərmədən başqa vəkillə müqavilə bağlamamışdır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, məhkəmə iclasının təxirə salınmasına dair vəsatətin təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmada n da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddiaçı 5 oktyabr 1959-cu ildə doğulmuşdur. 57 yaşdan, yəni 5 oktyabr 2016-cı ildən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun güzəştli şərtlə yaşa əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, ona təyin edilən pensiya düzgün hesablanmamışdır. Tələb olunan iş stajı 25 il olduğundan, pensiyanın məbləği orta aylıq əmək haqqının 89 faizi miqdarında hesablanmalı idi. İddiaçının 57 yaşdan-5 oktyabr 2016-cı ildən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olması və həmin vaxtdan ona pensiya təyin edilməsi mübahisə olunmur. İşin hallarına görə iddiaçının pensiya hüququ 2016-cı ilin oktyabr ayında yaranmışdır. Odur ki, mübahisə “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olmuş normalarına uyğ un həllini tapa bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2016-cı ildə yarandığından, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə ona pensiya hesablana bilər. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. İddiaçının pensiya hüququ nəinki “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindi yi 1 yanvar 2006-cı ilədək, hətta pensiyanın əmək haqqına uyğun hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minəndən sonra 1 yanvar 2010-cu ilədək də yaranmamışdır. Odur ki, iddiaçının pensiya hüququ 2016-cı ilin oktyabrın 5-də yarandığına görə “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu ilə qədər olan müddəaları ilə yanaşı, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun da müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, güzəştli şərtlə yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. İddiaçının 2016-cı ildə pensiya hüququ yaranan zaman qüvvədə olan normaya görə əmək pensiyasının əmək haq qına uyğun hesablanması nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bütövlükdə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi deyil, yalnız yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya nə qədər yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilə bilər, yəni əmək haqqına əsasən pensiyanın hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulmamışdır. Beləliklə, əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 71-ci maddələrinə uyğun hesablanmalı olması barədə iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 iyul 2019-cu il tarixli 2-1(103)-1542/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar