Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3074/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: şikayət üzrə apelyasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu pu blik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(105)-685/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İşin birinci instansiya məhkəməsi tərəfindən baxışı zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrup siyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan cinayət işi başa çatanadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 16 aprel 2024-cü il tarixli 21(118)-579/2024 nömrəli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına dair vəsatət təmin edilməmişdir.
4. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın dayandırılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və G.İ.Cabbarova) 07 iyun 2024-cü il tarixli 2-1(105)-685/2024 nömrəli qərardadı ilə ap ellyasiya şikayəti mümkün hesab edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və G.İ.Cabbarova) 07 avqust 2024cü il tarixli 2-1(105)-685/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(118)-685/2024 nömrəli qərardadı ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmişdir.
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunması və apellyasiya şikayətinə baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ ye obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə maneə olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyatdə, mübahisənin həll olunmasına müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Həmçinin, iş üzrə icraatın dayandırılması üçün həmin məsələnin, icraatı dayandırılmış hüquqi mübahisəyə təsir imkanının olması kifayətdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmi n olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılan zaman hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
14. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı ” işi üzrə qərarı).
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bu qərarın 10-cu bəndində istinad olunan prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət verə bilərlər. Eyni zamanda, müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsi mümkündür.
16. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilmişdir. Halbuki, iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə məhkəmə qərardadı inzibati m əhkəmə icraatının iştirakçılarının, hazırkı halda kassator olan cavabdehin tələblərinin təmin olunmaması nəticəsini doğurmur və həmin qərardadın qəbul edilməsi nəticəsində cavabdehin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması vəziyyəti yaranmamışdır. Belə olan halda isə sonuncunun həmin məhkəmə aktından müstəqil qaydada apellyasiya şikayəti vermək hüququ istisna olunur.
17. Beləliklə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tar ixli 2-1(105)-685/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.