Məhkəmə qərarları › İş №2-1(102)-3075/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3075/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3075/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzildən qeydiyyatdan çıxarma giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X8, bundan sonra üçüncü şəxs) “üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiya sının 2-1(103)-1724/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarından iddiaçılarınkassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 2, 7 nömrəli mənzil üzərində mülkiyyət hüquqları ½ pay İddiaçı1, ½ pay İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. İddiaçılar üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdehin 28.12.2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, vətəndaşların qeydiyyatd an çıxarılması DİO-nın səlahiyyətinə aid olmadığından ərizənin müsbət həlli mümkün deyildir. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçılar 11 fevral 2019-cu il tarixli iddia ərizəsi ilə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək üçüncü şəxsin Bakı şəhəri. Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 2, 7 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs mənzildə qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq orada yaşamayıb, yaşamır və yaşayış sahəsindən istifadə etməyib və etmir. Üçüncü şəxs mənzildə qeydiyyatda olduğuna görə onun payına düşən mənzil və kommunal xidmət haqlarında onlar ödəməli olurlar. Həmç inin onun mənzildə qeydiyyatda olması müəyyən fəsadlar törədir. Belə ki, onlar həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da onların mülkiyyət hüquqları pozulur. İddiaçılar dəfələrlə üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxmasını tələb etsələr də o, bundan boyun qaçırmışdır. Cavabdehin imtinası əsassız və qərəzli olmaqla iddiaçıların mülkiyyət hüquqlarını pozmuşdur. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 152-ci, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinad edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 28.02.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, üçüncü şəxs ünvan 1 ünvanına 29.11.2005-ci il tarixdən qeydiyyata düşmüşdür. Azər baycan Respublikası DİN-in müvafiq əmrlərinin tələblərinə əsasən saxlama müddəti bitdiyinə görə V.Zamanovun qeydiyyata alınmasına əsas olmuş sənədlər məhv edildiyindən həmin sənədləri təqdim etmək mümkün deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1,2-1(82)-1313/2019 saylı iş) 24 aprel 2019-cu il qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, üçüncü şəxsi Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 2, 7 saylı mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası əsaslıdır və qanuna uyğun olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçılar hazırkı mübahisə ilə əlaqədar üçüncü şəxsin istifadə hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verildikdən sonra həmin şəxsin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət edə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixliqərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X6 və X5, 2-1(103)-1724/2019 saylı iş) 11 iyul 2019-cu il tarixli qərarla iddiaçıların apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçılar kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Üçüncü şəxs mənzildə yaşamamış və yaşamır. Dəfələrlə onun mənzildən qeydiyyatdan çıxarılmasını tələb etsələr də, sonuncu bundan boyun qaçırmışdır. Məsələnin yeganə həlli yolu onun məhkəmə qaydasında qeydiyyatdan çıxarılmasıdır. İPM-in 12.1, 58.7-ci maddələrinin tələbləri qaydasında üçüncü şəxsin mənzildən istifadə hüququna malik olub-olmadığı və iddiaçılarla qohumluq dərəcəsi müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçilərin tələbi əsasında əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl olmamalıdır. Çünki qe ydiyyatdan çıxarılmanı tələb etmək mülkiyyətçinin əmlak üzərində sərəncam hüququnun tərkib hissəsidir. Mütənasiblik prinsipinə görə hüquqi müdaxilənin yol verilən olması üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyil, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Məhkəmə kollegiyası bunları nəzərə almayıb. Qanunla üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılmasına qadağa da qoyulmayıb. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 7, 12, 26, 29, 60, 71, 129-cu, Mülki Məcəllənin 3.1, 152.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdeh məhkəmə kollegiyasına məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçılar, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü madd ələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçıların hər birinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB Y/S, 2 saylı evin 7 saylı mənzilin ½ hissəsinə mülkiyyət hüququ 2 dekabr 2011-ci ildə İddiaçı1, 3 dekabr 2018-ci il tarixdə İddiaçı2 adına qeydə alınmışdır. Üçüncü şəxs 2005-ci ildən adı çəkilən mənzildə qeydiyyatdadır. İddiaçılar hesab edir ki, üçüncü şəxs mənzildə qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq m ənzildə yaşamamış və hazırda da yaşamır. Onun qeydiyyatda qalması mülkiyyətçilərin hüquqlarını pozur. İddiaçılar üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssi sələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öl dükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarıl ması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. İddiaçılar üçüncü şəxsin onların mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını, onun həmin mənzildə yaşamaması, qeydiyyatın formal olması ilə əsaslandırmışlar. Cavabdehin 28 fevral 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxs adı çəkilən mənzildə 29 noyabr 2005-ci il tarixdən qeydiyyata düşmüşdür. Sənədlərin saxlama müddəti bitdiyinə görə onun qeydiyyata alınmasına əsas olmuş sənədlər məhv edilmişdir. Şəxsin qeydiyyatdan çıxarılmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, hazırkı vəziyyətdə həmin halların hər hansı biri mövcud olmasa belə, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşam adığı təqdirdə onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində şəxsin yaşayış yerinə anlayış verilmiş və üçüncü şəxsin yaşayış yerinin Qanunun bu müddəasının təsir dairəsinə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Üçüncü şəxsin iddiaçıların mülkiyyətində olan mənzildə əmlak hüququ olması hazırkı vəziyyətdə işdə olan sübutlarla təsdiq olunmur. Üçüncü şəxsin iddiaçıların (sabiq) ailə üzvü olması və mənzildə əmlak hüququ, o cümlədən istifadə hüququ əldə etməsi də işdə olan sənədlərlə sübuta yetmir. Həmçinin işdə olan sənədlərlə üçüncü şəxsin mənzildə yaşadığı da təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi üçüncü şə xsin iddiaçılara məxsus mənzildə hər hansı əmlak hüququ olması ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. İddiaçılarla üçüncü şəxs arasında əvvəllər və hazırda hər hansı ailə bağlarının olması, üçüncü şəxsin iddiaçılara məxsus mənzildə istifadə hüququnun olub-olmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. Vətəndaşların qeydiyyatdan çıxarılmasının DİO-nın səlahiyyətlərinə aid olmaması barədə cavabdehin dəlili də hüquqi qiymətini tapmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. nət icəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1724/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar