Məhkəmə qərarları › İş №2-1(102)-3076/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3076/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3076/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: yeni açılmış hallarla bağlı məhkəmə icraatın təzələnməsi GİRİŞ HİSSƏ 10.12.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, ərizəçi İdarənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadından ərizəçi İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin imtinasının qanunsuz hesab edilməsii, cavabdeh İdarəyə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, R.Qənbərov küçəsinedə 24A saylı evin 6 saylı mənzilinin həyətyanı torpaq sahəsinə dair mülkiyy ət hüququnu təsdiq edən çıxarışın verilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-1182/2018) iddia tələbinin təmin edilməsi; iddiaçının ünvan 1 ünvanında yerləşən evin altındakı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov; iş No 21(103)-1736/2018) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev; iş No 2-1(102)2374/18) kassasiya şikayəti təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra olunmaq üçün cavabdeh İdarəyə göndərilmişdir. Daha sonra ərizəçi İdarə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin, Sabunçu rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin, həmçinin müvafiq binada yerləşən digər mənzillərin mülkiyyətçiləri olan X5, X3, X14, X10, X1, X6, X4, X7, X8 və X9 müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizəçi İdarə digər ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nə müraciət edərək, ərizəçi İdarə tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verildiyini nəzərə alaraq Azərbaycan Respublikası İPM-nin 105.1-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarının icrasının dayadndırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2019-cu il tarixli qərardadı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-1182/2018) ərizəçi İdarənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının icrasının dayandırılması barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2019-cu il tarixli digər qərardadı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-1182/2018) ərizəçi İdarənin mübahisə ilə bağlı yeni açılmış hallara və 3-cü şəx slərin cəlbinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə(sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 21(103)-1913/2019) ərizəçi İdarə tərəfindən verilmiş şikayətin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli digər qərardadı ilə(sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 2-1(103)-1913/2019) ərizəçi İdarə tərəfindən verilmiş şikayətin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2019-cu il tarixli, “məhkəmə qərarının icrasının day andırılması barədə ərizənin təmin olunmamasına” dair qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardadlardan ərizəçi İdarə kassasiya şikayəti verərək, qərardadların ləğv edilməsi, ərizəçi İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi; Bakı şəhər İcra Hakimiyyətinin, Sabunçu rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin, həmçinin müvafiq binada yerləşən di gər mənzillərin mülkiyyətçiləri olan X5, X3, X14, X10, X1, X6, X4, X7, X8 və X9 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və sonradan müəyyən edilmiş yeni açılmış hallar nəzərə alınmaqla işə yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Ərizəçi İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərardadlar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış etmiş ərizəçi İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassas iya şikayətinin təmin edilməsi, ərizəçi İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018ci il tarixli qərarının ləğv edilməsi; Bakı şəhər İcra Hakimiyyətinin, Sabunçu rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin, həmçinin müvafiq binada yerləşən digər mənzillərin mülkiyyətçiləri olan X5, X3, X14, X10, X1, X6, X4, X7, X8 və X9 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və sonradan müəyyən edilmiş yeni açılmış hallar nəzərə alınmaqla işə yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, prosessual qanuna görə, yeni açılmış hallarla bağlı iş üzrə başa çatmış məhkəmə icraatı o zaman təzələnə bilər ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar və ya hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasın. Belə ki, Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Lakin hazırki iş üzrə müəyyən olunur ki, ərizəçi İdarənin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi bardə ərizəsində əsaslandığı hallar iş üzrə məhkəmə qərarından həmin İdarə tərəfindən verilmiş apellyasiya şikayəti və kassasiya şikayətinin dəlilləri ilə tamamilə eynidir. Həmin dəlillərin əsassız olmasına isə artıq qanun i qüvvədə olan məhkəmə aktları ilə qiymət verilmiş və iddiaçının tələbi təmin olunmuşdur. Azərbaycan Respublikası İPM-nin Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri,həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. Ona görə də, ərizəçi İdarənin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi təmin edilə bilməzdi. Eyni zamanda qeyd olunmalıdır ki, ərizəçi İdarəinin məhkəmə qərarının icrasının dayandırılm asına dair digər ərizəsində istinad etdyi, Azərbaycan Respublikası İPM-nin 105.1-ci maddəsinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Lakin hazırda yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas olmadığından, yuxarıda qeyd edilən normanın tələbinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təmin oluna bilməz. Göründüyü kimi, bu hissədə də ərizəçi İdarənin ərizəsi əsassız olduğundan təmin ediə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, ərizəçi İdarənin kassasiya şikayətind ə göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, hər 2 qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadlarıının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hər 2 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hər 2 qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar