Məhkəmə qərarları › İş №2-1(102)-3077/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3077/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3077/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhəri Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Bakı şəhəri Açar sözlər: torpaq sahəsinin ayrılması haqqında bələdiyyə qərarının ləğvi, torpaq sahəsinin mülkiyyət məsələsi GİRİŞ HİSSƏ 10.12.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X7 və vəkili X4, 3-cü şəxs Mirzəyev Ədalət Tələt oğlunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxslər Mirzəyev Ədalət Tələt oğlu, X5, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinə qarşı sərəncamın etibarsız hesab edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarından 3-cü şəxs Ə.Mirzəyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi cavabdeh Bakı şəh əri Cavabdehnə və 3-cü şəxslər Mirzəyev Ədalət Tələt oğlu, X5, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Blədiyyənin 25.05.2000-ci il tarixli, 18 nömrəli sərəncamının qanunsuz sayılmaqla etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-09/2018) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)1806/ 18) iddiaçı Agentliyin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov; iş No 2-1(102)-2803/18) 3-cü şəxs Ə.Mirzəyevin kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər V.Baxışova və H.Həmidov; iş № 2-1(103)-742/2019) iddiaçı Agentliyin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddia tələbinin təmin edilməsi; cavabdeh Bələdiyyənin 25.05.2000-ci il tarixli, 18 saylı sərəncamının çıxarıldığı andan etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs Ə.Mirzəyev kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri 3-cü şəxs Ə.Mirzəyevin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işdə olan iddia tələbini v ə bu tələbin əsasını təşkil edən sübutları düzgün qiymtələndirmədiyindən maddi və prosessual hüquq normalarını pozmuş; nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış etmiş 3-cü şəxs Ə.Mirzəyevin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı Agentliyin vəkili E.Hüseynova kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı Agentliyin nümayəndəsi E.Rəcəbov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh bələdiyyənin və 3-cü şəxslər S.Cəbrayılov, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPMnin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddə lərinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 21.05.1983-cü il tarixli 29/771 nömrəli qərarının 13-cü bəndinə əsasən, SovİKP Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 23 iyul 1970-ci il tarixli, 602 nömrəli qərarına əsasən yaradılmış, SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin Bakı şəhərində yerləşən 16 nömrəli müəssisəsinin işçiləri üçün istirahət bazasının tikintisi üçün Nardaran qəsəbəsində, Amburan mayakı ətrafında torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 03.10.2002-ci il tarixdə tərtib olunmuş JN-0841 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”na görə, Bakı şəhər XDS İK-nin 21.05.1983-cü il tarixli 29/771 nömrəli qərarına əsasən, Bakı şəhəri Nardaran qəsəbəsind ə 8,499999 ha torpaq sahəsi işçilərin istirahət bazasının tikintisi üçün X1 istifadəsinə verilmişdir. İşin materiallarında olan, Bakı şəhəri Cavabdeh 25.05.2000-ci il tarixli 18 nömrəli sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivi ərazisində sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 8 ha torpaq sahəsi Mirzəyev Ədalət Tələt oğluna verilməsi qərara alınmışdır. İşin materiallarında olan, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən tikintilərin hüquqi qeydiyyata alınması barədə” 13.07.2000-ci il tarixli 510 nömrəli sərəncamı əsasında Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən 8 ha torpaq sahəsində tikilmiş tikililərin vətəndaş Ə.Mirzəyevin adına hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. İşi n materiallarında olan, MH seriyalı, 120342 nömrəli, 03.01.2001-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Mirzəyev Ədalət Tələt oğlunun adına verilmiş qeydiyyat vəsiqəsinin (01 nömrəli reyestr kitabında 49-cu səhifə, qeydəalma nömrəsi 30/18) surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 8 ha torpaq sahəsində tikilmiş tikililəri Mirzəyev Ədalət Tələt oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İşin materiallarında olan, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mirzəyev Ədalət Tələt oğlunun adına verilmiş Hüquqların Dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (58 nömrəli reyestr kitabının 5445 nöməli vərəqində qeydiyyata alınmışdır) surətində aşağıdakılar qeyd olunmuşdur: -hüququ rəsmiləşdirən - Mirzəyev Ədalət Tələt oğlu; daşınmaz əmlakın adı (növü) qeyri-yaşayış binası; daşınmaz əmlakın ünvanı (olduğu yer) - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi; qeyri-yaşayış binasının mülkiyyət növü xüsusi; qeyri-yaşayış binası üzərində hüququn növü - mülkiyyət; təyinatı - digər, mərtəbəliliyi - 1; ümumi sahəsi (kv.m) - 249.4; torpaq sahəsi - 0,0313 ha; torpaq sahəsinin mülkiyyət növü - Dövlət; torpaq sahəsi üzərində hüququn növü - istifadədə; reyestr nömrəsi -**********32-06301; qeydiyyat tarixi - 29.03.2014-cü il. İşin materiallarında olan, RX seriyalı, ******* nömr əli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (58 nömrəli reyestr kitabının 5445 nömrəli vərəqində qeydiyyata alınmışdır) surətində aşağıdakılar qeyd edilmişdir: -hüququ rəsmiləşdirən - X5; daşınmaz əmlakın adı (növü) - qeyri-yaşayış binası; daşınmaz əmlakın ünvanı (olduğu yer) - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi; qeyri-yaşayış binasının mülkiyyət növü - xüsusi; qeyri-yaşayış binası üzərində hüququn növü - mülkiyyət; təyinatı - qeyri-yaşayış, mərtəbəliliyi - 1; ümumi sahəsi (kv.m) - 249.4; torpaq sahəsi – 0,0313 ha; torpaq sahəsinin mülkiyyət növü Dövlət; torpaq sahəsi üzərində hü ququn növü -istifadədə; reyestr nömrəsi - **********3206301; qeydiyyat tarixi - 19.12.2014-cü il. İşin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Ləğv edilmiş Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin X1 (qeydiyyat nömrəsi 14351) balansında olmuş daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın surətində aşağıdakılar qeyd edilmişdir ki: -kod - 8, 24, 25, 26, 42, 43; registr nömrəsi - ***-*******8, ***-*******3, ***-*******4, **********5, ***-*******3, ***-*******6; adı - birmərtəbəli tikili, köməkçi bina, təkərli vaqon, gözətçi məntəqəsi, istirahət zonası, istirahət zonasının torpaq sahəsi; ünvan - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi; istismara verildiyi il - 1987, 1987, 1977, 1983; balans dəyəri (manat) - 2730.8, 9826.3, 1252.8, 573.2, 31263.2, cəmi 45646.3; torpaq sahəsi (ha) - 0.0068, 0.033, 0.0022, 0.0006, cəmi 8.5; tikilinin ümumi sahəsi (kv.m) - 63, 307, 5.2, 400, cəmi 775.2; mərtəbəlilik -

1. İşin materiallarında olan, 322 nömrəlibirləşmiş ekspedisiya tərəfindən qəbul edilmiş əmrə əsasən SSRİ Nazirlər Sovetinin nəzdində Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 15 iyun 1990-cı il tarixli, 53 k nömrəli əmrinin surətinə görə, 15.06.1990-cı ildən etibarən, “Nardaran” istirahət zonasının müdirü R.N.Eyvazovun məzuniyyətdə olduğu dövr ərzində X8 25.06.1990-cı ildən 18.08.1990-cı il ilədək “Nardaran” istirahət zonasının müdürü təyin edilsin. İşin materiallarında olan Azərbaycan Respublikası X1 03.09.2015-ci il tarixli, 70-K nömrəli əmrinə (direktor E.İ.Məhərrəmov tərəfindən imzalanmışdır) əsasən, X6 - təsərrüfat şöbəsini n 2-ci dərəcəli fəhləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 03.09.2015-ci il tarixdən işdən azad edilsin. Mühasibatlıq, istifadə edilməyən 20.05.2015-ci il tarixdən 03.09.2015-ci il tarixədək olan məzuniyyət günlərinin pul əvəzi 28 təqvim günü hesablayıb ödəsin, ƏSAS: İ.Q.Əhmədovun şəxsi ərizəsi. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.06.2016-cı il tarixli 5214 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh 23.05.2000-ci il tarixli 18 nömrəli sərəncamı ilə Mirzəyev Ədalət Tələt oğluna Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 8 ha torpaq sahəsi dövlət mülkiyyətindədir və Bakı şəhər XDS İK-nin 21.05.1983-cü il tarixli 29/771 nömrəli qərarı ilə Dövlət Aerogeodeziya Müəssisəsinin işçilərinə istirahət bazasının tikintisi məqsədilə ayrılmış və həmin müəssisənin istifadəsində olan 84.415,28 kv.m torpaq sahəsinin koordinatları daxilində yerləşir. İşin yenidən apellyasiya icraatı zamanı 07.05.2019-cu il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən tikililərin hüquqi qeydiyyata alınması barədə” 13.07.2000-ci il tarixli, 510 nömrəli sərəncamın verilməsinə əsas olan sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. 08.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı fi lialı tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubuna əsasən, Sabunçu rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci ilə dair 510 saylı sərəncamı 13.07.2000-ci il deyil, 22.05.2000-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, bələdiyyələr yalnız bələdiyyə fonduna məxsus olan torpaq sahələrinin üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən bələdiyyə torpaqlarını mülkiyyətə, istifadəyə və icarəyə verilməsini bələdiyyələr müəyyən edir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respub likası Qanununun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqelərindən biri o olmuşdur ki, 1-ci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən qanunvericliyin tələblərinə riayət edilməklə ayrılıbayrılmadığı məsələsi, mübahisəli torpaq sahəsinin kateqoriyası və ondan irəli gələrək mülkiyyətə verilməsinin mümkünlüyü, eləcə də, sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi olub-olmaması aydınlaşdırılmamışdır. Həmin göstərişlərə əsasən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.10.2016-cı il tarixli 550s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Orta müddətli dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılacaq özəlləşdirilməsi nəzərdə tutulan qeyri profil müəssisə və obyektlərin Siyahısı” (2 nömrəli Əlavə) 12.2-ci sətrində Azərbaycan Respublikası Ekologiya və Təb ii Sərvətlər Nazirliyinin Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən istirahət zonası (keçmiş Aerogeodeziya Müəssisəsi) qeyd olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus olan istirahət zonası kimi dövlət mülkiyyətindədir. Lakin işə baxmış 1-ci instansiya məhkəməsi qeyd edilən siyahını nəzərə almamış, mübahisələndirilən ərazinin bələdiyyə mülkiyyəti kimi qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 44-cü maddəsinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin ə məl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 47.6-cı maddəsinə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47.7-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Göründüyü kimi, cavabdeh bələdiyyə, bələdiyyə fonduna daxil olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qanunsuz olaraq sərəncam verərək, həmin torpaq sahəsini digər şəxsə vermişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə göstərişlərini nəzərə alan apellyasiya instansiya məhkəməsi Sabunçu rayon İcra Hakimiyyətini hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmiş və işin materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən tikintilərin hüquqi qeydiyyata alınması barədə” 13.07.2000-ci il tarixli 510 nömrəli sərəncamına hüquqi qiymət vermək üçün 07.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanl ayaraq, işin obyektiv həlli məqsədilə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 13.07.2000-ci il tarixli, 510 nömrəli sərəncamın verilməsinə əsas olan sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş etsə də, 08.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən apellyasiya instansiya məhkəməsinə ünvanlanmış cavab məktubuna əsasən, Sabunçu rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci ilə dair 510 saylı sərəncamı 13.07.2000-ci il deyil, 22.05.2000-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcud olması qeyd edilsə də, 22.05.2000-ci il tarixli sərəncam Mirzəyev Ədalət Tələt oğluna deyil, başqa şəxsə münasibətdə qəbul edilmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsini n iclasında iştirak edən Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi öz izahatında sərəncamın mövcudluğunun şübhəli olduğunu, eyni zamanda o dövrdə İcra hakimiyyəti tərəfindən verilən sərəncamlar ilə hazırkı iş üzrə mövcud olan sərəncam arasında quruluş etibari ilə fərqliliklər olduğunu da qeyd etmişdir. Beləliklə, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, işin materiallarında olan, Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən 8 ha torpaq sahəsində tikilmiş tikililərin vətəndaş Ə.Mirzəyevin adına hüquqi qeydiyyata alınmasına dair Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən tikililərin hüquqi qeydiyyata alınması barədə” 13.07.2000-ci il tarixli 510 nömrəli sərəncamının mötəbərliliyinə əsaslı şübhələr mövcuddur. Belə olan hal da hazırkı iş üzrə Cavabdeh, bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinə dair qanunsuz sərəncam vermişdir. Ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanunidir, bu səbəbdən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, 3-cü şəxs Ə.Mirzəyevin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. 3-cü şəxs Ə.Mirzəyev kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə istinad etməklə əsassız olaraq hesab edir ki, O, mübahisəli sahəyə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Lakin qeyd olunmaıdır ki, dövlət mülkiyyətindən uzun müddətdə qanunsuz istifadə həmin mülkiyyətin dövlətdən çıxılmasına səbəb ola bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara p rosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 3-cü Mirzəyev Ədalət Tələt oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar