Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3079/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Təhsildə X3rşı işi üzrə QƏRARİ (Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Təhsildə X3rşı “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş DI ******* saylı, ##.##.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Diploma və diploma əlavə edilmiş apostilə əsasən, iddiaçı İddiaçı Belarusiya Milli Texniki Universitetinə qəbul olub və 2021-ci ildə adıçəkilən Universitetin “Informasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirib.
2. Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə ##.##.2016-cı il tarixli müqavilədə göstərilmişdir – Bundan sonra BMTU adlandırılacaq Belarus Milli Texniki Universiteti, **-**/** nömrəli ##.##.2016-cı il tarixli etibarnamə əsasında fəaliyyət göstərən Tədris işləri və informasiya texnologiyaları üzrə prorektor X2 şəxsində bir tərəfdən və bundan sonra Xarici tələbə adlandırılacaq vətəndaş İddiaçı (Belarus Respublikasında müvəqqəti yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün), ölkə: Azərbaycan, digər tərəfdən aşağıdakılar barədə hazırkı müqaviləni bağladılar. Müqavilənin predmeti – Xarici tələbənin vəsaitləri hesabına ödənişli əsaslarla qiyabi (distant) təhsil forması üzrə Beynəlxalq distant təhsil institutunda Mühəndisproqramçı peşəsinin verilməsi ilə ali təhsilli mütəxəssisin 1-40 05 01 “Informasiya sistemləri və texnologiyaları” ixtisası üzrə magistr pilləsində hazırlğı. Təhsil müddəti 4 il təşkil edir.
3. Belarus Respublikasının Dövlət Texniki Universitetinin Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanladığı ##.##.2021-ci il tarixli məktubu ilə iddiaçı İddiaçı ##.##.2021-ci il tarixli, 04- **/**-k nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı Beynəlxalq Distant Təhsil Institutunda ##.##.2016-cı ildən ##.##.2021-ci il tarixinədək 1-40 05 01 ixtisası üzrə təhsil alıb - qiyabı (distant) formada.
4. Iddiaçı hazırkı iddia tələbi üzrə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçının həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad edərək diplomun tanınmasından imtina edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş DI ******* saylı, ##.##.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2021-ci illərdə Belarus Respublikasının Dövlət Texniki Universitetində təhsil alaraq, proqrammist-mühəndis ixtisasına yiyələnmişdir. Ona təhsili bitirməsi haqqında DI ******* saylı, ##.##.2021-ci il tarixli diplom verilmişdir. Iddiaçı ##.##.2021-ci il tarixdə xarici ali təhsilinin Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin ##.##.2021-ci il tarixli, NA/******** saylı məktubu ilə iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Imtinanın əsası kimi, iddiaçının tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasıdır. Iddiaçı cavabdehin imtinasını əsassız hesab edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 2023-cü il ## ##### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş DI ******* saylı, ##.##.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçi ilə Belarus Respublikasının Dövlət Texniki Universiteti arasında bağlanmış “Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə” müqavilədə iddiaçının ali təhsili qiyabi -distant şəkildə alacağı razılaşdırılmışdır ki, belə olan halda iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və A.Oruczadə) 2024-cü il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmn edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlsanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. AR Ali Məhkəmənin Inzibati Kollegiyasının (hakimlər: Z.Quliyev /məruzəçi/, R.Nigar və K.Bədəlov) ## #### 2024-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qiyabi (distant) formada təhsil aldığı bildirilmişdir. Hətta iddiaçının diplomunda onun hansı formada təhsil aldığı göstərilməmişdir. Təhsilin qiyabi və distan formalarının eyniləşdirilməsi yanlışdır. Belə ki, apellyasiya məhkəməsi öz qərarına qeyd etmişdir ki, “Bundan başqa, iddiaçı ilə Belarus Respublikasının Dövlət Texniki Universiteti arasında bağlanmış “Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə” müqavilədə iddiaçının ali təhsili qiyabi-distant şəkildə alacağı razılaşdırılmışdır ki, belə olan halda iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur.”
16. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, sözügedən müqavilə normativ-hüquqi akt deyildir, ona görə də bu müqavilənin müddəalarının tətbiq edilməsi məcburi xarakter daşımır, digər tərəfdən, həmin müqavilə Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunun 13.1-ci maddəsinə ziddir, bu səbəbdən onun hüquqi qüvvəsi yoxdur. Lakin apellyasiya instansiyası məhkəməsi öz qərarında həmin qanunun 13.1-ci maddəsinə istinad etsə də, qanunun adıçəkilən müddəalarını nəzərə almamışdır. Qanunla qiyabi və distant (məsafədən) təhsil formaları fərqli təhsil formaları kimi müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı 2016-2021-ci illərdə Belarus Milli Texniki Universitetində təhsil aldığı zaman Belarusiyada cəmi 38 gün olmuş, halbuki Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərinin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci maddəsinə əsasən, maliyyə kvalifikasiyalar çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzr təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınma üzrə ümumi tələblərdən biridir. Lakin, apellyasiya məhkəməsi bu məsələni araşdırmamışdır.
17. Apellyasiya məhkəməsi sözügedən məsələni, hətta lazım olduğu halda iddiaçının təhsil aldığı Belarus Respublikasının Dövlət Texniki Ünuversitetinə müvafiq sorğu göndərilməklə, tam və hərtərəfli tədqiq edilməmiş, araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyası ##.##.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər G.Abbasova. sədrlik edən və məruzəçi, E.Əliyev və N.Nəbizadə) 2025-ci il ## #### tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin 2023-cü il ## ##### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçının iddiası rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Belarus Milli Texniki Universiteti arasında bağlanan ##.##.2016-cı il tarixli, **/***-** nömrəli müqaviləyə əsasən iddiaçı 2016-ci ildə Belarusiya Milli Texniki Universitetinin “Informasiya sistemləri və texnologiyaları” ixtisası üzrə qiyabi (distant) təhsil forması üzrə təhsil almışdır. 2021-ci ildə adıçəkilən Universitetin “Informasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirmiş və DI ******* nömrəli diplom almışdır. Diplomun tanınması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad edərək diplomun tanınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunla qiyabi və distant (məsafədən) təhsil formaları fərqli təhsil formaları kimi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavabdan müəyyən edilmişdir ki, İddiaçı, 2021-ci ildə Belarus Milli Texniki Universitetini bitirərək (##.##.2021-ci il tarixli, № ******* saylı diplomla), təhsilini Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinin ##.##.2011-ci il tarixli, № ***-З qanununa uyğun olaraq distant formada almış və bu forma qiyabi təhsilin növü hesab olunur.
20. Göründüyü kimi, Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinə görə qiyabi və distant təhsil fomrası eyniləşdirilmişdir. Azərbaycan Respublikasında distant və qiyabi təhsil formaları eyni anlayış deyil və biri digərini hüquqi baxımdan əvəz edə bilməz. qiyabi və distant təhsil formaları Azərbaycan Respublikası qanunvericiliyində ayrı-ayrı hüquqi anlayışlar kimi tanınır və bir-birini əvəz etmir. Bu səbəbdən, hər hansı bir xarici təhsil müəssisəsi tərəfindən distant təhsil forması əsasında verilmiş diplomun, qiyabi təhsil əsasında alınmış ali təhsil kimi təqdim olunması, həmin diplomun Azərbaycan Respublikasında tanınması və hüquqi nəticələr doğurması baxımından müvafiq hüquqi şübhələrə və uyğunsuzluqlara səbəb ola bilər. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
21. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
22. Iddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən Inzibati Prosessual Məcəlləsinin 82, 12 və 13-cü maddələrinin tələblərinin pozulması olmuşdur. Belarus Milli Texniki Universitetinin ##.##.2025-ciil tarixli, 01-**/*** №-li cavab məktubunda İddiaçı ##.##.2015-ci il tarixindən (№ b/n) təhsil aldığı 1-40 05 01 ixtisası üzrə (“Informasiya sistemləri və texnologiyaları (ixtisaslaşdırma üzrə)”) təhsil planına uyğun olaraq, təhsil forması distant təhsil kimi müəyyən edilmişdir. Kassastor tərəfindən verilən kassasiya şikayəti üzrə işdə AR Ali Məhkəməsinin göstərişləri əsasında verilən sorğuya cavabdan müəyyən edilmişdir ki, İddiaçı təhsil aldığı 1-40 05 01 ixtisası üzrə (“Informasiya sistemləri və texnologiyaları (ixtisaslaşdırma üzrə)”) təhsil planına uyğun olaraq, təhsil forması distant təhsil olmuşdur. Məhkəmə təcrübəsinin vahidliyin Ali Məhkəmənin *-*(***)-***/**** nömrəli, ##.##.2024 tarixli Qərarına münasibətdə pozulması ondan ibarətdir ki, hər iki məhkəmə aktında “Təhsil haqqında” Qanunun13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cuil 23 aprel tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”a istinad edilsə də kassasiya şikayəti verilən hazırki iş üzrə məhkəmə tərkibi fərqli möveyə gələrək Bakı Apellyasiya Məhkəməsinin Qərarının ləğv edilməsi nəticəsinə gəlmişdir. Halbuki, iş materiallarında olan digər sübutlara əlavə olaraq İddiaçı təhsil aldığı 1-40 05 01 ixtisası üzrə (“Informasiya sistemləri vətexnologiyaları (ixtisaslaşdırma üzrə)”) təhsil planının təhsil forması distant təhsil olması müəyyən edilmişdir və İddiaçı bu təhsil planına əsasən daxil olduğu Universitetdə distant təhsil almışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
24. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
25. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”:
4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: göstərdiyi 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. 4.4. Tanınma zamanı bu Qaydaların 4.1.4-cü yarımbəndinin tələbi əcnəbilərə şamil edilmir.
26. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
32. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır.
33. Iş materiallarında olan Belarus Milli Texniki Universiteti tərəfindən məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı, 2021-ci ildə Belarus Milli Texniki Universitetini bitirərək (##.##.2021-ci il tarixli, № ******* saylı diplomla), təhsilini Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinin ##.##.2011-ci il tarixli, № ***-З qanununa uyğun olaraq distant formada almış və bu forma qiyabi təhsilin növü hesab olunur.
34. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, ölkə ərazisində ali təhsil əyani, qiyabi və distant (məsafədən) təhsil formalarında həyata keçirilir. Qanunvericilikdə bu formalar arasında aydın hüquqi fərqlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qaydalarda göstərildiyi kimi, qiyabi təhsil ali təhsilin xüsusi bir formasıdır. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
35. Yuxarıda qeyd edilən məktubdan müəyyən edilir ki, Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinə görə qiyabi və distant təhsil fomrası eyniləşdirilmişdir. Lakin Azərbaycan Respublikasında distant və qiyabi təhsil formaları eyni anlayış deyil və biri digərini hüquqi baxımdan əvəz edə bilməz.
36. Kollegiya qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar.
37. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
38. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. Iddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.