Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-308/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi) iş üzrə (Açar söz: torpağa dair çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Iddiaçı və vəkili, üçüncü şəxs AR Dövlət Neft Şirkətinin vəkili iştirakı ilə, Iddiaçı cavabdeh Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2-1(103)-2395/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Səbail rayon İcra Hakimiyyəti Başçısının *** saylı, 04.02.1993-cü il tarixli sərəncamı ilə Bakı şəhər İcraiyyə Komitəsinin 3/104 nömrə li, 27 mart 1991-ci il tarixli qərarına istinad edilərək, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Iddiaçı ona ayrılmış, Səbail rayon İcra Hakimiyyəti Başçısının B qəsəbə nümayəndəsi tərəfindən Iddiaçı na ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqlarının qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə yazılı müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.04.2017-ci il tarixli ******** nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi (285 kv.m) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Səbail rayon İcra Hakimiyyəti Başçısının *** saylı, 04.02.1993-cü il tarixli sərəncamının həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına və Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin qeyd olunan imtinasından sonra Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi işə cəlb edilməklə cavabdeh tərəfindən yol verilən və iddiaçının konstitusion hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması, o cümlədən cavabdeh tərəfindən tərtib edilən 11.04.2017ci il tarixli, ******** nömrəli bildirişin ləğv olunması, Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərini nəzərə alaraq, iddiaçıya məxsus ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyəti başçısının 04.02.1993-cü il tarixli, *** nömrəli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-46/2019 saylı inzibati iş üzrə qəbul etdiyi 17 iyul 2019-cu il tarixli qərarı ilə Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbuıl edilməsini xahiş etmi şdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2-1(103)-2395/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-46/2019 saylı inzibati iş üzrə qəbul etdiyi 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən, cavabdeh müraciəti təmin etməməkdə haqlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2-1(103)-2395/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkə mə tərəfindən ekspert qarşısında qoyulmuş sualın birinci hissəsi Iddiaçı məxsus torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudlarına daxil olub-olmaması ilə bağlıdır. Ekspert qarşısında qoyulmuş sualın 1-ci hissəsi üzrə müvafiq mütəxəssis tərəfindən aparılmış araşdırma əsasında verilmiş cavab, Iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə mülkiyyət hüququnun qeydiyyatı üçün edilmiş müraciətə yazılı imtina cavabının verildiyi məktubda eyni ilə əks olunmuşdur. Digər tərəfdən ekspert rəyində yalnız elektron baza məlumatlarına istinad edilməklə və X -ın müvafiq struktur vahidinə məxsus torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmədən bu nəticəyə gəlinmişd ir. Bundan əlavə, ekspert rəyi AR ƏMDK yanında DƏKÜR-nin mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Halbuki həmin rəydə torpaq sahəsinin bir hissəsinin ARDNŞ-nin istifadəsinə verilmiş ərazilərə aid olduğu qeyd olunmuş, ekspert rəyində isə iddiaçıya ayrılmış torpaq sahəsinin X -ın müvafiq təşkilatının ərazi hüdudları daxilində olması qeyd edilmişdir. Ekspert qarşısında qoyulmuş sualın 2-ci hissəsinə münasibətdə kassator qeyd etmişdir ki, ekspert tərəfindən aparılmış tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Iddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində və onun yaxınlığında və ətrafında hər hansı neft-qaz kəmərləri və neft quyuları aşkar edilməmişdir və bu hallar ekspert rəyində əks olunsa da nədənsə məhkəmənin Qərarında öz əksini tapmamışdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, X -ın sözügedən torpaq sahəsinə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Həmçinin məhkəmə sözügedən torpaq sahəsinin yaşayış təyinatlı olmaması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, vətəndaşlar illərdir həmin ərazidə qanuni əsaslarla yaşayırlar. Kassator İPM-nin 12.1, 12.2, 58.3, 92.0.6-cı maddələrinə, MPM-nin 101.2, 103.1, 139.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2-1(103)-2395/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2-1(103)-2395/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının *** saylı, 04.02.1993-cü il tarixli sərəncamı ilə Bakı şəhər İcraiyyə Komitəsinin 3/104 nömrəli, 27 mart 1991-ci il tarixli qərarına istinad edilərək, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Iddiaçıya ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti tərəfindən Iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının B qəsəbə nümayəndəsi tərəfindən verilmiş 18 nömrəli, 04 mart 2009-cu il tarixli arayışa əsasən Iddiaçıya Səbail rayon İcra Hakimiyyəti Başçısının *** saylı, 04 fevral 1193-cü il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ünvanında yerləşir. İddiaçı ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində ti kilmiş fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqlarının qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə yazılı müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.04.2017-ci il tarixli ******** nömrəli imtina məktubu ilə Iddiaçı bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi (285 kv.m) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Səbail rayon İcra Hakimiyyəti Başçısının *** saylı, 04.02.1993-cü il tarixli sərəncamıının həqiqiliyi ilə bağlı Azərbaycan Respub likası Dövlət Arxivinin Bakı Filialına və Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı sərəncamla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını mübahisələndirir. Cavabdehin imtinasının əsasını isə torpaq sahəsinin bir hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı Fəhlə Deputatları Sovetinin İcraiyyə Komitəsinin 16.05.1962-ci il tarixli iclasında cavabdehə sənayə torpaq ları ayrılmışdır. Hazırkı işin məhkəmə icraatının gedişində “X “X2 ” İB Səbail rayon İcra Hakimiyyətinə qarşı Iddiaçı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə Səbail rayon İcra Hakimiyyətinin başçısının 04.02.1993-cü il tarixli, *** saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 391/2018 saylı işi üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş *** nömrəli, 10 may 2018-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 04.02.1993-cü il tarixli, *** saylı Sərəncamı ilə Iddiaçı na fərdi yaşayış evinin tikintisi üçün B qəsəbəsində ayr ılan 600 kv.m torpaq sahəsinin X -ın “X2 ” İstehsalat Birliyinin “X3” NQÇİ-nin daimi istifadəsində olan ərazinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə olan torpaq sahəsidir. Göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsi kateqoriyasına görə sənayə torpaqlarına aiddir və “X2 ” İstehsalat Birliyinin “X3” NQÇİ-nin daimi istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, torpaq Məcəlləsinin 9.2-ci maddəsinə əsasən m əqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Beləliklə, hazırkı iş üzrə iddiaçıya sənayə torpaqları məqsədli təyinatına və hüquqi statusuna uyğun olmayaraq fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, verilmiş torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi isə iş materialları ilə təsdiq edilmir. İPM-nin 1.2 və MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarına istinad edərək hesab etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən müraciəti təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə, iddiaçının üzərində hüquqlarını qeydiyyata almaq istədiyi torpaq sahəsinin digər hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin torpağa dair iddiaçı tərəfindən məhkəməyə Səbail rayon İcra Hakimiyyəti Başçısının *** saylı, 04.02.1993-cü il tarixli sərəncamı və Səbail rayon İcra Hakimiyyəti tərəfindən Iddiaçı na ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmişdir. Halbuki, iddiaçıya sərəncamla torpaq ayrıldığı dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin (09.11.1991-ci il tarixli) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer qu ruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Hazırkı iş üzrə isə iddiaçının yuxarıda sadalanan normala rın tələblərinə uyğun olaraq torpaq ayrılması (yerdə (naturada) sahənin hüdudlarını müəyyən edilməsinə dair sənədlər, dövlət aktı) iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, iddiaçının üzərində hüquqlarını qeydiyyata almaq istədiyi torpaq sahəsinin bir hissəsi sənayə torpaqları olduğu halda məqsədli təyinatına və hüquqi statusuna uyğun olmayaraq fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı üçün, torpaq sahəsinin digər hissəsinə gəldikdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada (torpaqayırma qaydasında) iddiaçıya torpaq sahəsi ayrılmadığından cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kolle giyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2-1(103)-2395/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-308/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-308/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver