Məhkəmə qərarları › İş №2-1(102)-308/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-308/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-308/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (dövlət büdcəsi hesabına vəkillə təmin edilmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə) ipoteka borcunun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(103)-2207/2021 nömrəli iş üzrə 22.11.2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkilin təyin edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəyə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə) qarşı onun "xxxx" MTK-dan ipoteka krediti yolu ilə əldə etdiyi mənzilin bank borcunun Bakı şəhəri Cavabdehndən tutularaq tam həcmdə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(112)1388/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə yerli icra hakimiyyəti orqanlarının mənzilin alınması üçün verilmiş ipoteka krediti üzrə borcun ödənilməsi və bu məqsədlə əvəzsiz maliyyə yardımının göstərilməsi vəzifəsi müəyyən edilməmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(112)-1388/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 22.11.2021-ci il tarixli, 2-1(103)-2207/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(112)-1388/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin 22.11.2021-ci il tarixli, 21(103)-2207/2021 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

8. İddiaçının kassasiya şikayəti vəkil tər əfindən tərtib olunmamış və imzalanmamış, habelə şikayətə vəkilin orderi əlavə olunmamışdır.

9. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə 30.12.2021-ci il tarixdə dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, təqaüdçüdür, işləmir, ödənişli vəkil xidmətindən istifadə imkanı yoxdur. Müharibə və Silahlı Qüvvələr veteranıdır. Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şika yət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

11. Mülki Prosessual Məcəllə Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqın da ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə iştirak edirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respubli kası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

13. Belə ki, iddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış, həmçinin vəkilin orderi işə əlavə edilməmişdir.

14. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 20.12.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə tarixinin təyin olunduğu vaxtadək (19.01.2022-ci il) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur.

15. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə 30.12.2021-ci il tarixdə dövlət büdcəsi hesabına vəkillə t əmin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi 06.01.2022-ci il tarixdə həmin ərizəni Ali Məhkəməyə göndərmişdir.

16. Məhkəmə kollegiyası iddiaçının dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsi ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə sonuncunun bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müə yyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır. (qərarın 9-cu bəndi İPM-in 90.3-cü maddəsi, 10-cu bəndi MPM-in 67.1, 67.2, 121.2-ci maddələri)

17. Formalaşmış məhkəmə təcrübəsinə görə də pulsuz hüquqi yardımla maddi imkanları məhdud olan yetkinlik yaşına çatmayanlar (onların qanuni nümayəndələri), əlillər, habelə əhalinin başqa aztəminatlı təbəqələrindən olan şəxslər təmin edilir.

18. İddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsində qeyd etmişdir ki, təqaüd çüdür, işləmir, ödənişli vəkil xidmətindən istifadə imkanı yoxdur. Müharibə və Silahlı Qüvvələr veteranıdır. Buna baxmayaraq iddiaçı tərəfindən onun aztəminatlı şəxs olmasını, heç bir qazancının olmadığını və s. təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

19. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməməli, kassasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbulundan imtina edilməlidir.

20. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.11.2021ci il tarixli, 2-1(103)-2207/2021 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdc əsi hesabına vəkilin təyin edilməsi barədə ərizəsi rədd edilsin. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.11.2021ci il tarixli, 2-1(103)-2207/2021 nömrəli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar