Məhkəmə qərarları › İş №2-1(102)-308/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-308/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-308/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının təyin edilməsi; iddia tələbindən kənara çıxma; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardım təyinatı ndan imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)374/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilmişdir.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması və "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən **********0140 abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsi səbəbilə imtina edilmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir.

6. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir.

7. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, sosial yardımın təyin olunmasından telefon nömrəsinin yanlış qeyd edilməsi səbəbindən imtina edilmi şdir.

8. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, sosial yardımın təyin olunmasından maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən imtina edilmişdir.

9. İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, sosial yardımın təyin olunmasından başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi səbəbindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardım ı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan sosial yardım almaq hüququna malik olan aztəminatlı ailədir. İddiaçı ünvanlı sosial yardım almaq üçün cavabdehə qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sis temi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı edilmişdir.

12. İddiaçı tərəfindən ünvanlı sosial yardımın təyin olunması üçün xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri VEMTAS elektron sistemi tərəfindən iddiaçı tərəfindən zəruri məlumatların qurumlarla yoxlanılmasından sonra tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina səbəbləri kimi iddiaçının müvafiq məlumatları öz təsdiqini tapmaması olmuşdur. Cavabdehin etirazları:

13. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda iddiaçının ünvanlı dövlət sosial y ardımının təyin edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixli **********73001 nömrəli ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2022-ci il tarixdə qurumlarla yoxlama əsasında VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə ÜDSY təyin edilməsindən imtina edildiyini bildirmişdir.

14. İddiaçı tərəfindən VEMTAS elektron sistemi vasitəsilə ÜDSY-i almaq üçün 10 dəfə fərqli tarixlərdə müraciət edilmişdir. Həmçinin təmsilçinin sonuncu xx.xx.2023-cü il tarixli **********927 nömrəli müraciəti cavabdeh tərəfindən araşdırılır və hazırkı tarixə qədər imtina verilməmişdir, yəni təmsilçinin müraciəti ilkin mərhələdən keçmi şdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavabdeh tərəfindən ərizəbəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilməsi (VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması) səbəbilə (Qaydaların 3.7.1-ci bəndinə müvafiq olaraq) imtina verilməsi qanunauyğun olmuşdur. Təmsilçinin sonrakı müraciətlərinə ilkin mərhələdə VEMTAS tərəfindən imtina verilməmişdir, həmin müraciətlərdə artıq VÖEN-lə bağlı məlumat ərizə-bəyannamədə təmsilçi tərəfindən doğru daxil edildiyindən, imtinalar fərqli əsaslarla, xüsusilə maddi-məişət şəraitinin keçirilməsi ilə bağlı olmuşdur. Cavabdeh məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyət i orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Dövlət Vergi Xidməti də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir.

17. Cavabdeh tərəfindən iddiaçının müraciətlərindən iki əsas üzrə imtina edilmişdir: birincisi - VEMTAS elektron sistemi tərəfindən iddiaçının müraciətində sistemə daxil edil ən məlumatların qurumlarla yoxlanılması əsasında; ikincisi - cavabdeh inzibati orqanın əməkdaşlarının yerində yoxlaması nəticəsində - maddi-məişət əsasında.

18. Məhkəmə birinci kateqoriyadan olan imtinalara münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ilkin olaraq xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı verilmişdir.

19. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti onun vergi ödəyicisi kimi uçota alınsa da gəliri barədə məlumatın təqdim edilməməsinə, "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsi nə əsasən təmin olunmamışdır.

20. İddiaçının xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri onun VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmamasına əsasən təmin olunmamışdır.

21. İddiaçının ikinci kateqoriyadan olan xx.xx.2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsinin yanlış qeyd edildiyi əsasında təmin edilməmişdir.

22. İddiaçı tərəfindən “Ərizə-bəyannamə”də göstərilən məlumatlardan ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizindən az olduğu (ailənin ümumi telefon xərci 30 manat, adambaşına telefon xərci 10 manat və s.) ailə üzvünün orta aylıq gəlirinin 116,85 manat olduğu müəyyən edilmişdir. İddiaçı məcburi köçün statusuna malik olmaqla, ailə başçının it irilməsinə görə sosial müavinət almaqla 8 yaşına çatmamış uşağa qulluq edən şəxs kateqoriyasına daxildir.

23. İddiaçı tərəfindən VEMTAS-a məlumatların natamam və ya doğru daxil edilməməsi öz təsdiqini tapır. Görünən əsaslarla tələbin təmin edilməsindən insan müdaxiləsi olmadan imtina olunmuşdur. Bu zaman, müvafiq sistem vasitəsi ilə məlumatlar yoxlanılmış, daxil edilən məlumatlarla əldə olunan məlumatlar arasında uyğunsuzluq olduğundan növbəti mərhələyə keçmədən tələb təmin olunmamışdır. Lakin, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsini yanlış olaraq qeyd edildiyi əsasında təmin edilməmişdir. Bu zaman, ilkin olaraq VEMTAS-a daxil olunan məlumat yoxlanılmış, yerində maddi-məişət şəraitinin yoxlanılması zərurəti yaranmışdır. Göstərilən “telefon nömrəsinin yanl ış daxil edilməsi” əsasında iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir.

24. Həmin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda, yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur.

25. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

26. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-374/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş üzrə icraat materiallarından da aydın olur ki, iddiaçı xx.xx.2022-ci tarixli müraciətində ailə üzvləri barədə məlumat bölməsində ********* nömrəli telefon nömrəsini qeyd etmiş, faktiki yaşayış ünvanı barədə məlumatlarda isə telefon nömrəsinin olmadığını bildirmişdir. Lakin, maddiməişət şəraitinin yoxlanılması zamanı yaşayış ünvanında telefon xətti aşkarlanmışdır. Göründüyü kimi təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı müəyyən edilmiş hallar üst-üstə düşmür. Bu da onu deməyə əsas verir ki, cavabdeh haqlı olaraq “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci yarımbəndinə əsasən, təmsilçiyə ünvanlı dövlət sosial yardımının təyi n edilməsindən imtina etmişdir.

31. Növbəti dəfə təmsilçi xx.xx.2022-ci il tarixli **********958 nömrəli ərizə ilə müraciət etmişdir. Təmsilçiyə xx.xx.2022-ci il tarixdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina edilmişdir.

32. Təmsilçi xx.xx.2022-ci il tarixli **********958 nömrəli ərizə ilə yenidən müraciət etmişdir. Təmsilçiyə xx.xx.2022-ci il tarixdə başqa şəxsə aid olan telefon nömrəsi qeyd edildiyi üçün Qaydaların 3.7.1-ci yarımbəndinə müvafiq olaraq ÜDSY təyin edilməsindən imtina edilmişdir.

33. Təmsilçi xx.xx.2022-ci il tarixli **********95805 nömrəli ərizə ilə yenidən müraciət etmişdir. Təmsilçiyə xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamasına görə imtina verilmişdir.

34. Təmsilçi sonuncu dəfə xx.xx.2023-cü il tarixli **********927 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə müvafiq qaydada baxılmış, VEMTAS tərəfindən imtina verilməmiş və təmsilçi növbəti mərhələyə, yəni maddi-məişət şəraitinin müayinəsi mərhələsinə keçmiş və İddiaçıva xx.xx.2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməyərkən qərarı yalnızca bu cümlə ilə əsaslandıra bilmişdir: "Həmin imtinaya münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan "Qaydalar”ın 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda, yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuş dur.”

36. Cavabdeh məhkəmənin qeyd olunan əsaslandırmasına münasibətdə qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinanın əsasını iddiaçı ərizə- bəyannaməni doldurarkən faktiki yaşayış ünvanı ilə bağlı məlumatlarda yaşayış ünvanı kimi qeyd etdiyi mənzilin telefon nömrəsini qeyd etməməsi, maddi-məişət şəraitinin yoxlanılması zamanı evdə telefon xəttinin aşkar olunması təşkil edir. Həmçinin iddiaçı şifahi izahatında (müayinə aktı ilə təsdiq olunur) evdə telefon xəttinin olduğunu, ancaq istifadə etmədiyini söyləməklə ərizə-bəyannaməni natamam doldurduğunu qəbul etmiş olur. İddiaçının müayinə aktına qeyd etdirdiyi nömrə başqa bir nömrədir. Həmçinin, iddiaçı müayinə aktı ilə tanış olub, müayinəni keçirən əməkdaşlara şifahi şəkildə bildirdiyi məlumatları öz imzası ilə də təsdi q etmişdir.

37. İddiaçı təyinat aldığı (xx.xx.2023-cü il tarixli) müraciətində faktiki yaşayış ünvanı ilə bağlı məlumatlarda telefon nömrəsini (tel: 2********) qeyd etmiş və məlumatlar maddiməişət şəraitinin yoxlanılması zamanı təsdiq olunmuşdur. Beləliklə, məhkəmə qeyd olunan halları tam araşdırmadan hüquqi nəticəyə gəlmişdir.

38. İddiaçı tərəfindən daxil olan müraciətə əsasən müvafiq araşdırma aparılmış və ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Bu səbəbdən də, iddiaçıya UDSY-i təyin olunması mümkün olmamışdır. Lakin, iddiaçının sonuncu (xx.xx.2023-cü il tarixli) müraciəti doğru şəkildə doldurulduğundan, cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Beləliklə, iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir.

39. Xüsusilə vurğulanmalıdır ki, məhkəmələr tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilərək məbləğin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasında səhvə yol verilmişdir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi ailəyə ünvanlı dövlət sosial yardımı 1 il müddətinə təyin edilir. Yəni ki, məhkəmə qərarına əsasən cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ödənilməli olan ünvanlı sosial yardımın məbləği hesablanaraq birdəfəlik ödənilməlidir. Halbuki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmiş və hazırda ödənilməkdədir. Məhkəmə qərar ının icra edilməsi zamanı iddiaçıya xx.xx.2023xx.xx.2023-cü il tarixlər arasında ünvanlı sosial yardımın məbləği 2 qat ödənilmiş olacaqdır.

40. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə tərəfindən iş tam araşdırılmamış və düzgün əsaslandırma aparılmadan qərar çıxarılmış, bununla da pozuntuya yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

41. İddiaçı məhkəmə kollegiyasına yazılı müraciət edərək qeyd etmişdir ki, sosial yardım almaq məqsədi ilə 90 gün dövrdə qüvvədə olan notariat orqanında təsdiq edilmiş 03 oktyabr 2022-ci il tarixli **********958 nömrəli növbəti 2-ci "Ərizə bəyannamə" ilə 2-ci dəfə müraciət edən zaman cavabdeh qanunsuz imtina cavabları verdi. Sosial yardım almaq məqsədi ilə 90 gün dövrdə qüvvədə olan notariat orqanında təsdiq edilmiş 08 fevral 2023-ci il tarixli **********927 nömrəli 3-cü növbəti "Ərizə bəyannamə" müraciət edən zaman cavabdeh imtina cavabı vermədi və hər ay üçün 372,99 manat olmaqla 1 (bir) il müddətinə sosial yardım təyin etdi. Necə olur ki, cavabdeh 10 ay ərzində aztəminatlı ailəyə qanunsuz imtina cavabları verdikdən sonra 11-ci ayda hər ay üçün 372,99 manat olmaqla 1 (bir) il müddətinə sosial yardım təyin edir?

42. Qaydaların 3.4.2-ci və 3.8-ci bəndlərində deyilir ki, sosial yardım təyin edən və ya imtina verən yeganə orqan VEMTAS-dır və Qaydaların 4.8-ci bəndinə əsasən "İnsan müdaxiləsi" olmadan sosial yardım təyinatından imtina edilməsi barədə VEMTAS tərəfindən qəbul edilmiş qanunsuz qərarı məhkəmə ləğv edə bilər.

43. Şəki İnzibati Məhkəməsi 29 mart 2023-cü il tarixli 2-1(116)-1314/2023 nömrəli qərarı ilə 10 ay ər zində sosial yardım məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə deyil, yalnız 4 ayın sosial yardım məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi barədə öhdəliyi cavabdeh qismində göstərdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etdi.

44. İddiaçının 10 ay ərzində sosial yardım məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası təmin etmədi və Şəki İnzibati Məhkəməsinin qərarı ilə yalnız 4 ayın sosial yardım məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qəbul etdiyi qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı.

45. Cavabdehin kassasiya şikayətini təmi n etməməyi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 7 sentyabr tarixli 2-1(107)-374/2023 nömrəli qərarını qüvvədə saxlamağı və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən 10 ay ərzində aztəminatlı ailəmə verilməmiş 3729,90 (üç min yeddi yüz iyirmi doqquz) manat sosial yardım məbləğinin təyin olunaraq verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarmağı xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xi dməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan dırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Mad də 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

50. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

51. İPM-in 68.1 və 68.2-ci maddələrinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Cavabdeh haqlı olaraq hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən “...yuxarıda qeyd olunan "Qaydalar”ın 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda, yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur.” qeyd etməklə kifayətlənmiş, gəldiyi nəticəni əsaslandırmamışdır.

53. Məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin dəlili ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasında göstərilən əsasın "Qaydalar”ın 3.7-ci bəndinə məhz hansı səbəbdən uyğun olmadığını göstərməmiş, buradan, məhkəmə imtinanın əsassızlığı ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır.

54. Digər tərəfdən, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ının 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.

55. Qaydalarda, həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yox lanılması, həm də ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar da hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir (Bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1139/2023 nömrəli Qərarı).

56. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarındakı “Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda, yerin də müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur.” məzmunda ifadə də İPM-in 68.1 və 68.2-ci maddələrinin tələblərinə uyğun olmamışdır.

57. İPM-in 92.0, 92.0.6-cı maddələrinin tələbindən göründüyü kimi, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

58. Bundan başqa, İPM-in 52-ci maddəsinin tələbinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

59. Hazırkı halda, iddiaçı cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçı məhz xx.xx.2022-ci il tarixli müraciətin təmin olunmasından imtina barədə qərarın ləğv edilməsini və cavabdehin üzərinə sosial yardımın xx.xx.2022-ci il tarixdən təyin edilərək ödənilməsini tələb etmişdir. İddiaçının məhkəmə tərəfindən təmin olunan məzmunda tələbi olmamışdır. Bu səbəbdəndir ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək irəli sürdüyü iddianın təmin olunmasını xahiş etmişdir.

60. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə pre dmeti bölünən iddianı, bunun üçün əsaslar olduqda qismən təmin edə bilər. Hazırkı halda bu, yalnız iddiaçının göstərdiyi xx.xx.2022-ci il tarixli birinci müraciətlə bağlı baş verə bilərdi. Əks halda, məhkəmə İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş imkanları nəzərdən keçirməli idi.

61. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməsə də, cavabdehin kassasiya şikayəti ilə bağlı iddiaçının məhkəmə kollegiyasına yazılı müraciətinin məzmunundan göründüyü kimi, o, sosial yardımın təyin edilməsi və ödənilməsi tələbinin məhz xx.xx.2022-ci il tarixli müraciətinə əsasən (həm də sosial yardımın ödənilmədiyi 10 aylıq müddət üçün) təmin olunmasında israrlıdır.

62. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxmaqla İPM-in 52-ci maddəsinin, həmçinin, əslində irəli sürülən tələb üzrə İPM-in 12.1, 58.7, 68.1, 68.2, 82 və 87.8-ci maddələrinin tələblərini pozduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

63. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-374/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar