Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3080/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “maliyyə yardımının göstərilməsindən imtina”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maliyyə yardımının göstərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh inzibati orqana maliyyə dəstəyinin ayrılması ilə bağlı ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli 2119010597885400 və **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli müraciətlər daxil olmuş, cavabdeh tərəfindən isə iddiaçının fəaliyyət sahəsinin Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahə olması əsası ilə maliyyə yardımının göstərilməsindən imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi öhdəliyinin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonra ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərimizə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi məqsədilə vergi orqanına müraciət etsək də, vergi orqanı tərəfindən cəmiyyətə maliyyə yardımı edilməmişdir. Bununla bağlı yenidən, ödənilməmiş maliyyə yardımının ödənilməsi məqsədilə vergi orqanına müraciət olunsa da, vergi orqanı tərəfindən maliyyə yardımının ödənilməsindən imtina edilmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh iddiaya dair etirazını təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən inzibati orqana maliyyə dəstəyinin ayrılması ilə bağlı ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2021-ci il tarixli 2119010597885400 və **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli müraciətlər daxil olmuş, inzibati orqan tərəfindən iddiaçının müraciətləri ##.##.2021-ci il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli məktublarla cavablandırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən maliyyə dəstəyindən imtinanın əsası kimi qeyd edilmişdir ki, "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq olunmuşdur. Vergi ödəyicisinin fəaliyyət növü (71120-Mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi) pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulmuş fəaliyyət sahələrinə aid olmadığı üçün qeyd olunan vergi ödəyicisinin internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetindən "Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı" üzrə müraciətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında 2020-ci il ######ın ##-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında" ## ###### 2020-ci il tarixli Qərarının * nömrəli əlavəsinin 4.13-cü bəndinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi (mühəndislik və layihələndirmə xidmətləri) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilmişdir. Göründüyü kimi hüquqi şəxsin fəaliyyəti xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahəsinə aid edilmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə yardımının verilməsinin əsası kimi xüsusi karantin rejimi dövründə fəaliyyəti məhdudlaşdırlan sahibkarlara maddi dəstəyinin verilməsi və sahibkarın fəaliyyəti olmadığı üçün işçilərin əmək müqaviləsinə xitam verilməsinin qarşısının alınması olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin F-** nömrəli ##.##.2020-ci il tarixli Əmri ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş". Pandemiya ilə mübarizə çərçivəsində dövlət büdcəsindən vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi tədbirlərinə "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamı əsasında başlanmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən ##.##.2020-ci il tarixli ***s nömrəli Sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması" istiqaməti üzrə 2020-ci il ərzində 2ci bəndlə “Pandemiyadan zərər, çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə)” və 3-cü bəndlə “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə)" Azərbaycan Respublikasının iqtisadiyyat və maliyyə nazirliklərinə tapşırılmışdır (müvafiq maliyyə vəsaitləri nəzərdə tutulmaqla). Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ***s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tapşırıqlar üzrə İqtisadiyyat Nazirliyinin ##.##.2020-ci il tarixli F-** nömrəli Əmri ilə Tədbirlər Planı (məsul icraçılar göstərilməklə) təsdiq edilmiş və həmin tədbirlər planının operativ, vaxtında, keyfiyyətlə və koordinasiyalı şəkildə icrasının təmin edilməsi məqsədilə Koordinasiya Şurası yaradılmışdır. İşçi Qrupu tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı 5 fəaliyyət sahəsi üzrə (sənaye, ticarət, xidmət, nəqliyyat, digər) 14 fəaliyyət növü istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna), topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna), avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri, ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti, İctimai iaşə fəaliyyəti, turoperator və turagent fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları), hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, digər xidmət fəaliyyəti) müəyyən edilmişdir. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin ##.##.2020-ci il tarixli F-** nömrəli Əmri ilə “Koronavirus (COVİD19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş" (bundan sonra - Metodiki Göstəriş) təsdiq edilmişdir. Metodiki göstərişdən irəli gələn məsələlərin icrası Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Dövlət Vergi Xidməti tərəfindən yekun olaraq, 387 sayda iqtisadi fəaliyyət növünün kodları və adlarından ibarət "Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı” müəyyənləşdirilmişdir. Belə ki, Metodiki Göstərişdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru müəyyən edilmiş, müraciətin elektron qaydada doldurması şərti göstərilmişdir. Metodiki Göstərişin 2.3.6-cı (pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi) və 2.3.7-ci (pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə ## ##### 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısı) yarımbəndlərində maliyyə yardımının göstərilməsi əsası kimi işəgötürənin pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsinə aid olması şərti göstərilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 2024-cü il ## #### tarixli, e- *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmuş, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilməmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin bu mövqeyi ilə razılaşan məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı halda iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması müəyyən edilmişdir. Aydındır ki, iddiaçı fəaliyyətinə icazə verilən digər sahələrdə fəaliyyət göstərən şəxslər kimi, öz işçilərini tam tərkibdə işə cəlb edə bilməmişdir. Lakin koronavirus (COVID-19) infeksiyasının nəinki iddiaçının fəaliyyətinə, o cümlədən qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir göstərməsi hamıya bəlli olan haldır. Qanunverici pandemiyadan zərər çəkmiş şəxsləri müəyyən edərkən mənfi təsirin dərəcəsindən asılı olaraq maliyyə dəstəyinin göstərilməsi ilə bağlı sahələri diferensiyalaşdırmışdır və iddiaçının fəaliyyət sahəsi ağır zərərə məruz qalan sahələrə aid edilmədiyindən həmin sahədə fəaliyyət göstərən şəxslərə maddi yardım göstərilməsi nəzərdə tutmamışdır.
9. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi - vəkili Nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərinə əmək haqqının ödənilməsi ilə bağlı 670752,15 manat məbləğində maliyyə yardımının göstərilməsi öhdəliyinin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və K.H.Əkbərov) 2025-ci il ## #### tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## #### tarixli, e-*-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin qismən təmin edilərək, Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədi ilə iddiaçı İddiaçı MMCyə 384480 (üç yüz səksən dörd min dörd yüz səksən) manat məbləğində maliyyə yardımının göstərilməsi (maddi yardımın ödənilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının fəaliyyəti cavabdehin qeyd etdiyi kimi “mühəndislik və layihələndirmə xidmətləri” ndən ibarət deyil. Belə ki, apellyasiya instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət istiqaməti “işçi qüvvəsinin təmin edilməsindən” (outsourcing services) ibarətdir, hansı ki, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilməmişdir. Halbuki, işin bu halı nə inzibati oqan tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Odur ki, iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmamış, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması müəyyən edilmişdir və iddiaçı fəaliyyətinə icazə verilən digər sahələrdə fəaliyyət göstərən şəxslər kimi, öz işçilərini tam tərkibdə işə cəlb edə bilməmişdir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının fəaliyyət sahəsi pandemiya dövründə ağır maddi zərərə məruz qalmışdır (işçilərə ödənilən əmək haqları cədvəlləri iş materiallarına əlavə edilmişdir). Məhkəmə kollegiyası iddia tələbinin 670.752,15 manat məbləğində maliyyə yardımının göstərilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyinin “Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərinin köçürülməsi mexanizmlərinin şərhinə” əsasən ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə aydınlıq gətirilərək müəyyən edilmişdir ki, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əmək haqqının məbləği-712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcək. Məhkəmə kollegiyası iddiaçı tərəfindən işçilərinə ödənilən əmək haqqlarının yüksək, yəni 712 (yeddi yüz) manat məbləğindən yuxarı olduğunu nəzərə alaraq, maliyyə yardımının məbləğini aşağıdakı qaydada müəyyən edilməsini məqsədəuyğun hesab edir: 712 (hesablama üçün nəzərdə tutulmuş standart əmək haqqı məbləği) x 90 (iş materiallarına əlavə edilmiş siyahıya əsasən müəyyən edilmiş iddiaçının işçilərinin sayı) x 6 ay (28 fevral-10 sentyabr- işçilərlə bağlı xüsusi karantin rejimi)=384480 (üç yüz səksən dörd min dörd yüz səksən) manat.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin fəaliyyəti xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahəsinə aid edilmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə yardımının verilməsinin əsası kimi xüsusi karantin rejimi dövründə fəaliyyəti məhdudlaşdırılan sahibkarlara maddi dəstəyin verilməsi və sahibkarın fəaliyyəti olmadığı üçün işçilərin əmək müqaviləsinə xitam verilməsinin qarşısının alınması olmuşdur. Aşağıdakı qanunvericilik aktları “Koronavirus (COVID-19) pandemiyası ilə baglı maliyyə dəstəyi proqramı” üzrə məsələləri tənzimləyir: - Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamı; - Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ***s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin F-** nömrəli ##.##.2020-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”. Pandemiya ilə mübarizə çərçivəsində dövlət büdcəsindən vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi tədbirlərinə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamı əsasında başlanmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən ##.##.2020-ci il tarixli ***s nömrəli Sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planında “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqaməti üzrə 2020-ci il ərzində 2-ci bəndlə “Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə)” və 3-cü bəndlə “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə)” Azərbaycan Respublikasının iqtisadiyyat və maliyyə nazirliklərinə tapşırılmışdır (müvafiq maliyyə vəsaitləri nəzərdə tutulmaqla). Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ***s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tapşırıqlar üzrə İqtisadiyyat Nazirliyinin ##.##.2020- ci il tarixli F-** nömrəli Əmri ilə Tədbirlər Planı (məsul icraçılar göstərilməklə) təsdiq edilmiş və həmin tədbirlər planının operativ, vaxtında, keyfiyyətlə və koordinasiyalı şəkildə icrasının təmin edilməsi məqsədilə Koordinasiya Şurası yaradılmışdır. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndinə əsasən pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarların təsdiq edilməsi həmin Sərəncama əsasən yaradılmış İşçi Qrupuna tapşırılmışdır. Bununla əlaqədar olaraq İşçi Qrupu tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı 5 fəaliyyət sahəsi üzrə (sənaye, ticarət, xidmət, nəqliyyat, digər) 14 fəaliyyət növü istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna), topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna), avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri, ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti, İctimai iaşə fəaliyyəti, turoperator və turagent fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları), hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti, idmansağlamlıq obyektlərinin fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, digər xidmət fəaliyyəti) müəyyən edilmişdir. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin ##.##.2020ci il tarixli F-** nömrəli Əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” (bundan sonra – Metodiki Göstəriş) təsdiq edilmişdir. Metodiki göstərişdən irəli gələn məsələlərin icrası Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Dövlət Vergi Xidməti tərəfindən yekun olaraq, 387 sayda iqtisadi fəaliyyət növünün kodları və adlarından ibarət “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı” müəyyənləşdirilmişdir. Belə ki, Metodiki Göstərişdə əmək müqaviləsi əsasında çalısan muzdlu isçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru müəyyən edilmiş, müraciətin elektron qaydada doldurması şərti göstərilmişdir. Metodiki Göstərişin 2.3.6-cı (pandemiyadan zərər çəkmis fəaliyyət sahəsi) və 2.3.7-ci (pandemiyadan zərər çəkmis fəaliyyət sahəsi üzrə # ##### 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirislərinə əsasən isçilərin siyahısı) yarımbəndlərində maliyyə yardımının göstərilməsi əsası kimi işəgötürənin pandemiyadan zərər çəkmis fəaliyyət sahəsinə aid olması şərti göstərilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının fəaliyyət sahəsi davam etdirilməsinə icazə verilən sahə olmuşdur, lakin məhkəmə istinad etdiyimiz maddi hüquq normalarının tələblərini pozaraq əsassız və qanunsuz olaraq iddianı təmin etmişdir. Apellyasiya məhkəməsi ##.##.2025-ci il tarixli qərarının 28-ci hissəsində qanunvericiliyin yuxarıda qeyd olunan normalarının kobud pozuntusuna yol verməklə aşağıda göstərilən dəlili irəli sürməklə iddia tələbini təmin etmişdir: “Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fəaliyyəti cavabdehin qeyd etdiyi kimi “mühəndislik və layihələndirmə xidmətləri”ndən ibarət deyil. Belə ki, apellyasiya instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət istiqaməti “işçi qüvvəsinin təmin edilməsindən” (outsourcing services) ibarətdir, hansı ki, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilməmişdir. Halbuki, işin bu halı nə inzibati orqan tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Odur ki, iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmamış, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması müəyyən edilmişdir və iddiaçı fəaliyyətinə icazə verilən digər sahələrdə fəaliyyət göstərən şəxslər kimi, öz işçilərini tam tərkibdə işə cəlb edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fəaliyyət sahəsi pandemiya dövründə ağır maddi zərərə məruz qalmışdır. İlk növbədə qeyd etməliyik ki, məhkəmənin iddiaçının fəaliyyətinin “mühəndislik və layihələndirmə xidmətləri”ndən ibarət olmamasına, onun fəaliyyət istiqamətinin “işçi qüvvəsinin təmin edilməsindən” (outsourcing services) ibarət olmasına və həmin fəaliyyətin Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilməməsinə dair mülahizələri tamamilə absurd və heç bir mötəbər dəlilə söykənməyən ifadələrdən ibarətdir. Belə ki, “işçi qüvvəsinin təmin edilməsi” (outsourcing services) adlı bir fəaliyyət növünə iqtisadi fəaliyyət növlərinin təsnifatında rast gəlmək mümkün deyildir (istinad: https://www.taxes.gov.az/az /page/erize-ve-arayis-formalari ). Ümumiyyətlə "outsourcing" sözü azərbaycan dilinə tərcümədə "xaricidən istifadə" və ya "xidmətlərin xaricdən alınması" mənasına gəlir. Bu növ xidmətləri "işin başqa şirkətlərə həvalə edilməsi" kimi təsvir etmək və mülki qanunvericilikdə xidmət müqaviləsi ilə rəsmiləşən mülki-hüquq münasibətlərə aid etmək olar. Mahiyyəti etibarı ilə belə xidmətlər biznes prosesləri və ya funksiyaları daxili idarə etməkdənsə, onları xarici xidmət təminatçılarına həvalə etmək ideyasını özündə ehtiva edir. Göründüyü kimi, iddiaçının və məhkəmənin qeyd etdiyi formada ümumiyyətlə fəaliyyət sahəsi mövcud deyil. Bu fəaliyyət göstərmənin, yaxud xidmət göstərmənin bir üsulu, yolu və metodunu ifadə edir. Son nəticədə xidmətin məzmunu əsas götürülməlidir ki, bu da “mühəndislik və layihələndirmə xidmətləri”dir. Yəni başqa sözlə desək iddiaçı mühəndislik və layihələndirmə xidmətini göstərən işçi qüvvəsinə malik olmuşdur və bu işçi qüvvəsindən istifadə etməklə qarşı müəssisələrə qeyd olunan xidməti, yəni mühəndislik və layihələndirmə xidmətini göstərmişdir. Bu fəaliyyətə “işçi qüvvəsinin təmin edilməsi” (outsourcing services) adını verməklə yekunda iddianın təmin edilməsi nail olunması hüquqi müəyyənlik prinsipinin tələbinə ziddir.
16. Bakı Apellyasiya Məhkəməsi öz qərarında “Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədi ilə...” ifadəsindən istifadə etsə də, cavabdeh həmin Sərəncamın icrası məqsədilə bütün tədbirləri həyata keçirmiş olsa da, məhz iddiaçıya münasibətdə bələ bir öhdəliyi mövcud olmamışdır. Məhkəmə isə öz növbəsində qərarında cavabdehin qeyd olunan öhdəliklərinin konkret olaraq qanunvericiliyin hansı normasından irəli gəldiyini, iddiaçının hansı qanuni maraqlarının və ya hüquqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Həmçinin belə bir əsaslandırmaya iddiaçının apellyasiya şikayətində və ya dəqiqləşdirilmiş iddia ərizəsində də rast gəlmək mümkün deyildir. Bir halda ki, məhkəmə inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərini yerinə yetirmədiyi qənaətinə gəlmişdir, həmin öhdəliklərin nədən ibarət olduğunu, qanunvericiliyin konkret hansı normalarına əsaslandığını öz qərarında göstərməli idi. Bundan əlavə əgər iddiaçının inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair tələbi yaranmışdırsa buna dair ayrıca əsaslandırmalar gətirməli, məhkəmə isə öz növbəsində qərarın nəticəvi hissəsində tələb olunan vəsaitin vurulmuş ziyana görə kompensasiya olduğuna və onun məbləğinə dair gəldiyi yekun nəticəni qeyd etməli idi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi dəqiqləşdirilmiş iddia tələbini prosessual qanunvericiliyin normaları baxımından qiymətləndirməmiş, həmin iddianın mümkünlük şərtlərini tam araşdırmamış, əsassız olaraq apellyasiya instansiyasında iddiaçının tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini icraata qəbul etməklə iddianın mümkünlük şərtlərinin pozulmasına şərait yaratmışdır. Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə işinin nəticəsi üzrə qəbul edilən apellyasiya məhkəməsinin qərarı bir sıra maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmaması, düzgün nəticənin əldə edilməsi məqsədilə işdə olan faktiki halların araşdırılmaması və iş üçün əhəmiyyətli olan sübutların ədalətli qiymətəndirilməsi zamanı yol verilən yanlışlıqlarla müşayət olunmuşdur.
b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə koronavirus (COVİD-19) virusunun ölkə ərazisində sürətli və geniş yayılmasının qarşısının alınması məqsədilə cəmiyyətin həyat və sağlamlığı, həmçinin fəaliyyəti üçün mühüm olan ticarət, iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət ##.##.2020-ci il saat 00:00 dan, ##.##.2020-ci il saat 00:00-dək dayandırılmış, eyni zamanda qeyd olunan tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kassasiya şikayətində iddiaçının fəaliyyətinin xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahəsinə aid olduğunu qeyd edilmişdir. Həmin fəaliyyət dövlət vergi orqanının qeyd etdiyi “mühəndislik və layhələndirmə xidmətləri” ndən ibarət deyil. Belə ki, nə dövlət vergi orqanı, nə də ki, birinci instansiya məhkəməsində cəmiyyətin faktiki fəaliyyətinin nədən ibarət olması araşdırılmasa da, apellyasiya instansiyası məhkəməsində aparılmış tam, obyektiv və hərtərəfli araşdırma nəticəsində cəmiyyətin faktiki fəaliyyətinin ölkə ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilməyən “işçi qüvvəsinin təmin edilməsi” ndən (outsourcing services) ibarət olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması müəyyən edilmişdir və cəmiyyət fəaliyyətinə icazə verilən digər sahələrdə fəaliyyət göstərən şəxslər kimi, öz işçilərini tam tərkibdə işə cəlb edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin də, qərarında qeyd olunduğu kimi cəmiyyətin fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmamış, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuş, təqdim olunmuş sənədlər ilə cəmiyyətin fəaliyyət sahəsinin ağır maddi zərərə məruz qalması öz təsdiqini tapmışdır. Koronavirus (COVİD-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyinin “Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərinin köçürülməsi mexanizmlərinin şərhinə” əsasən ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə aydınlıq gətirilərək, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əmək haqqının məbləği 712 manat əsas meyar olaraq götürülməsi müəyyən edilmişdir. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcəkdir. Cəmiyyət tərəfindən işçilərə ödənilən əmək haqqının 712 manatdan yuxarı olduğu nəzərə alınaraq, maliyyə yardımının hər işçi üzrə məbləği 712 manat müəyyən edilmişdir. Bundan əlavə qeyd edirik ki, hazırki halda inzibati orqan tərəfindən etimad hüququnun qoruması prinsipi kobud şəkildə pozulmuşdur. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cəmiyyətin, o cümlədən dövlət vergi orqanının dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, hər birinin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan suiistifadənin yolverilməzliyi hüququn ümumi prinsiplərinə aiddir. Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı: Bənd 3. İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə qadağan edilir: 3.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla) xidmətlər; 3.2. istirahət və əyləncə məkanları üzrə xidmətlər; 3.3. mədəniyyət obyektlərinin, eləcə də muzey və sərgi zallarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; 3.4. masaj və hamam xidmətləri; 3.5. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; 3.6. dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.7. fotoatelye/fotostudiyalar (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.8. tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); 3.9. idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); 3.10. fərdi mənzillərdə təmizlik xidmətləri; Bənd 4. Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir: 4.5.12. mühəndislik və layihələndirmə xidmətləri. Bənd 23. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılmış, həmin İşçi Qrupa tapşırılmışdır:3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək. Bənd 24. Bundan sonra İşçi Qrup tərəfindən əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı müəyyən edilmiş, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il ## ##### tarixli, **************** nömrəli əmri ilə “Koronavirus DİVOC)- 19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. X3: 1.2. X1 koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X1 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 2.3. Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada əks etdirilir: 2.3.1. Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı; 2.3.2. VÖEN; 2.3.3. Aktiv bank hesabları; 2.3.4. # #### 2020-ci il tarixinə və müraciət tarixinə aktiv əmək müqavilələri bildirişi üzrə işçi sayları. 2.3.5. Müraciət formasında aşağıdakı məlumatlar vergi ödəyicisi tərəfindən onlayn qaydada doldurulur: 2.3.6. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi; 2.3.7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə ## ##### 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısı. 2.3.8. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 01 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmalıdır.
24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərinə əmək haqqının ödənilməsi ilə bağlı 670.752,15 manat məbləğində maliyyə yardımının göstərilməsi öhdəliyinin icrası tələbinin qoyulmasından ibarətdir.
26. Birinci instansiya məhkəməsi iddianın əsassız olduğu qənaətinə gələrək iddianın təmin edilməməsi barədə qərar qəbul etsə də, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq Bakı İnzibati Məhkəməsinin 2024-cü 21 iyun il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarını ləğv edərək, iddianı qismən təmin etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyəti cavabdehin qeyd etdiyi kimi “mühəndislik və layihələndirmə xidmətləri”ndən ibarət deyil. Belə ki, apellyasiya instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət istiqaməti “işçi qüvvəsinin təmin edilməsindən” (outsourcing services) ibarətdir, hansı ki, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilməmişdir. Halbuki, işin bu halı nə inzibati oqan tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Odur ki, iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmamış, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuşdur.
28. Kollegiya apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya instansiya məhkəməsi qərarında iddiaçının fəaliyyət sahəsinin Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilmədiyini bildirsə də, bu hüquqi mövqeyini əsaslandıra bilməmiş, iddiaçının fəaliyyət istiqamətininin “işçi qüvvəsinin təmin edilməsindən” (outsourcing services) ibarət olduğunu qeyd etməklə kifayətlənmiş, iddiaçının yerinə yetirdiyi iş və göstərdiyi xidmət sahələrinin dayandırılan hansı faəliyyət sahələrinə aid olduğunu göstərə bilməmişdir.
29. Nəzərə alınmalıdır ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə yardımının verilməsinin əsası kimi xüsusi karantin rejimi dövründə fəaliyyəti məhdudlaşdırılan sahibkarlara maddi dəstəyin verilməsi və sahibkarın fəaliyyəti olmadığı üçün işçilərin əmək müqaviləsinə xitam verilməsinin qarşısının alınması olmuşdur.
30. Hazırkı iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçının əsas fəaliyyət növü “mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi”ndən ibarət olmuşdur ki, bu fəaliyyət növü isə apellyasiya instansiya məhkəməsinin qeyd etdiyinin əksinə olaraq xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahəsinə aid edilmişdir Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID- 19) infeksiyasının
31. Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər” haqqında ##.##.2020-ci il tarixli *** nömrəli Qərarının 3cü hissəsinə əsasən insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə həmin Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə fəaliyyəti qadağan edilən iş və xidmət sahələri göstərilmişdir. Həmin Qərarın 4-cü hissəsində isə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilən istiqamətlər göstərilmiş və bunlara mühəndislik və layihələndirmə xidmətləri (4.5.12-cü yarımbənd) də aid edilmişdir.
32. Eyni zamanda həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinın “Azərbaycan Respublikasında 2020-ci il ######ın ##-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” # ###### 2020-ci il tarixli *** nömrəli Qərarının * nömrəli əlavəsinin 4.13-cü bəndinə əsasən “mühəndislik və layihələndirmə xidmətləri” Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilmişdir.
33. Cavabdeh kassasiya şikayətində haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mühəndislik və layihələndirmə xidmətini göstərən işçi qüvvəsinə malik olmuşdur və bu işçi qüvvəsindən istifadə etməklə qarşı müəssisələrə qeyd olunan xidməti, yəni mühəndislik və layihələndirmə xidmətini göstərmişdir.
34. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olduğundan, habelə onun iş və xidmət sahələri üzrə fəaliyyəti hər hansı normativ hüquqi aktla dayandırılmadığından və əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmədiyindən cavabdehin imtinası əsaslı və qanuni olmuşdur.
35. Qeyd olunanlardan əlavə olaraq məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə uyğun olaraq bildirir ki, sosial ödənişlər milli hüquqla tanındığı və müvafiq şərtlər yerinə yetirildiyi halda * saylı Protokolun 1-ci maddəsinin müdafiə dairəsinə düşə bilər, lakin dövlətlər sosial siyasətin formalaşdırılması, sosial yardımların şərtləri və həcminin müəyyən edilməsi, eləcə də ödənilməsi müddətləri məsələlərində geniş mülahizə sərbəstliyinə malikdirlər (Kopecký Slovakiyaya qarşı işi, Böyük Palata, 44912/98, ## ######## 2004-cü il, §35; Stec və başqaları Birləşmiş Krallığa qarşı (qərardad), Böyük Palata, 65731/01 və 65900/01, ## #### 2005, §54).
36. Hazırkı mübahisəli maddi yardım Koronavirus (COVID-19) pandemiyası dövründə tətbiq olunmuş, konkret və məhdud zaman kəsiyi üçün nəzərdə tutulmuş, müstəsna şəraitdə yaranmış təxirəsalınmaz ehtiyacların operativ şəkildə qarşılanmasına yönəlmiş müvəqqəti dəstək mexanizmi olmuşdur.
37. İş materiallarından göründüyü kimi, iddiaçıya mübahisəli maddi yardımın verilməsindən ilk dəfə 2021-ci ildə açıq və birmənalı şəkildə imtina edilmiş, lakin iddiaçı bu imtinadan sonra öz hüquqlarının müdafiəsi üçün lazımi səy (due diligence) göstərməmiş və qanunvericiliklə nəzərdə tutulmuş hüquqi vasitələrdən ağlabatan müddət ərzində istifadə etməmişdir. İddiaçının uzun müddət ərzində məhkəməyə müraciət etməməsi və yalnız illər sonra pandemiya dövrünə aid tələblə çıxış etməsi həmin dəstək mexanizminin məqsədi və mahiyyəti ilə uzlaşmır. İddiaçı hüquqlarının müdafiəsinə dair şikayətlərini ağlabatan sayıqlıq, operativlik və zəruri təşəbbüslə irəli sürməmiş, nəticədə hüquqi müəyyənlik prinsipi və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi ilə uzlaşmayan həddindən artıq gecikməyə yol vermişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçının şikayətini daha qısa müddətdə təqdim etməsinin mümkünsüz olmasını göstərən hər hansı hal iş materialları ilə təsdiq olunmur. İddiaçı hüquqlarının müdafiəsi üçün lazımi təşəbbüs və diqqət nümayiş etdirməli, işin mahiyyəti və faktiki şərait nəzərə alınmaqla şikayətini əsassız gecikmə olmadan təqdim etməli idi. Belə olan halda, iddiaçının sonradan həmin ödənişin ediləcəyinə dair əsaslandırılmış və hüquqi cəhətdən qorunan “qanuni gözlənti”sinin mövcud olduğunu qəbul etmək mümkün deyildir.
38. Bu baxımdan, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisəli maddi yardıma dair tələbi AİHM-in formalaşdırılmış meyarlara uyğun olaraq * saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyətə dair “qanuni gözlənti” kimi qiymətləndirilə bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, bu qəbildən olan mübahisələrin həlli zamanı Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar edilən maddi yardım institutunun məqsədi və təyinatı xüsusi olaraq nəzərə alınmalı, məhkəmələrin iddianın maddi hüquqi əsası kimi istinad etdiyi normalar da bu prizmadan təfsir (teleoloji təfsir) olunmalıdır.
40. Nəzərə almaq lazımdır ki, pandemiya ilə mübarizə çərçivəsində dövlət büdcəsindən vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsinin məqsədi həmin dövrdə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasından ibarət olmuşduur. Burada həlledici məqam vergi ödəyicilərinin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinin pandemiya dövründə baş verməsi və həmin dövrdə onun nəticələrinin aradan qaldırılması ilə bağlı olmasıdır. Odur ki, həmin institutun təyinatı və mahiyyəti baxımından fəaliyyəti dayandırılan vergi ödəyicilərinin maddi yardım almaq hüququnun yarandığı tarixdən onun həmin hüququnun təmin olunması ilə bağlı müraciət etdiyi tarixədək keçən zaman kəsiyi xüsusi əhəmiyyət daşıyır.
41. Hazırkı işdə isə iddiaçı pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan təqribən 3 il sonra hüquqlarının müdafiəsini həyata keçirmək üçün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də hətta iddiaçının fəaliyyət sahəsinin Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilməyən fəaliyyət sahələri qrupuna aid olduğunu fərz etsək belə, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi qeyd olunan institutun mahiyyətinə və məqsədinə zidd olardı. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
42. Yuxarıda qeyd edilənləri ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia tələbi iddiaçının hüquqi marağı və qanuni gözləntisi mövcud olmadığı üçün təmin edilə bilməz. Belə olan halda iddia tələbinin təmin edilməsi ilə bağlı gəlinmiş nəticə qanunvericiliyin düzgün tətbiqi kimi qəbul edilməməli və müvafiq qərar ləğv edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, 2 *(***)-***/**** nömrəli qərarı iddianın təmin olunduğu – “iddiaçı İddiaçı MMC-yə 384.480 (üç yüz səksən dörd min dörd yüz səksən) manat məbləğində maliyyə yardımının göstərilməsi (maddi yardımın ödənilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması” hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qərar qətidir.