Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3082/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apellyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayətin mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qar şı “xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)2616/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulması və s. barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Şirvan İ nzibati Məhkəməsinin 2-1(120)-2499/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5969/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır..
4. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyas iya Məhkəməsinin 2-1(103)-2616/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməsən qüvvədə saxlanılmışdır.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təqdim etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2616/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
8. Bundan sonra həmin qərardad icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş və iddiaçıya hüquqi yardım göstərilməsi Vəkil həvalə edilmişdir.
9. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ər izə vermişdir.
10. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsi üçün ona vəkil ayrılmasını məhkəmədən xahiş etmişdir. Sözügedən ərizə barədə məhkəmənin müvafiq qərardadı qəbul olunmuş, daha sonra, onun icra olunması üçün Bakı şəhəri 2 saylı vəkil Bürosuna göndərilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərardadından prosessual qanunverciyiliyə əsasən müəyyən olunmuş müddət yuxarıda qeyd olunanlara əsasən üzrlü səbəbdən ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassa siya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
13. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, pro ses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)2616/2024 nömrəli qərardadla birlikdə “İnzibati işlər üzrə apellyasiya ins tansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 24 iyun 2024-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirilmişdir (təqdim edilmişdir). Bundan sonra iddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
15. Hazırkı işin materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkil orderi 22 iyul 2024-cü il tarixdə verilmişdir. Kassasiya şikayəti isə 26 avqust 2024-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilm əsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
16. İddiaçı və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə 10 günlük müddət axımı vəkil orderinin verilmə tarixindən (dövlət hesabına vəkillə təmin edilən şəxslərdə) hesablandıqda, kassasiya şikayətinin təqdim olunması üçün son müddət 31 iyul 2024-cü ildir. Lakin buna baxmayaraq şikayət 26 avqust 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı və onun vəkili prosessual müddətin bərpasına dair ərizədə qeyd edilən yəni kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
18. Yuxarıda adı çəkilən məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları h əmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
19. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
20. Məhk əmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
22. Yuxarıdakılara əsas ən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-2616/2024 nömrəli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.