Məhkəmə qərarları › İş №2-1(102)-3083/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3083/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3083/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 2-1(103)-1614/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov (hazırda Xəzər) rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi 488,17 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdehin pensiya miqdarının dəyişdirilməsi barədə Sərəncamı ilə xx.xx.2018-ci ildə iddiaçının pensiya məbləği 574,32 manat, xx.xx.2019-cu ildə 781,28 manat təşkil etmişdir.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının pensiya məbləği 781,28 manatdan 338,26 manata azalmışdır.

4. İddiaçı cavabdehə müraciət edərək pensiya məbləğinin azaldılmasının səbəbləri barədə ona məlumat verilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2020-ci il tarixli Əmək pensiyasının yenidən hesablanması haqqında məktubunda qeyd etmişdir ki, “İddiaçı Dövlət Sosial X2 rayon Şöbəsi tərəfindən 1 avqust 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 385,00 manat, qulluq stajına görə əlavəsi 23,26 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 155,60 manat ol maqla orta aylıq əmək haqqı 598,86 manat təşkil etmişdir. Bununla əlaqədar ona ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 5 ay 19 gün qulluq stajına uyğun (xx.xx.2011- xx.xx.2016-cı il tarixləri arasındakı dövr müddəti) olaraq orta aylıq əmək haqqının (598,86 manat) 45 faizi-269,49 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 488,17 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4154,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyul un 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və dah a çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 5 ay 19 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının ar tım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə əlavəsi 25,98 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 173,79 manat olmaqla orta aylıq əmək haqqının 664,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (598,86 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (664,77 mana t) arasındakı fərq məbləğinin (65,91 manat) 18,06 faizi - 11,90 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (269,49 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 281,39 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 574,32 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 5272,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 645,00 manat, qulluq stajına görə əlavəsi 38,97 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəni 260,69 manat olmaqla orta aylıq əmək haqqı 979,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (664,77 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (979,66 manat) arasındakı fərq məbləğinin (314,89 manat) 18,06 faizi - 56,87 manat 1 mart 2018ci il tarixinədək hesablanılmış pensiyanın (281,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 338,26 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-cı il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 781,28 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4873,22 manat artıq pul vəs aitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14300,88 manat məbləğində artıq pulvəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığın qısa müddət ərzində Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin avqust ayından etibarən əmək pensiyası 338,26 manat müəyyən edilməklə cavabdehin müvafiq kart hesabına köçürülür.”

6. İddiaçı Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehə artıq ödənilmiş 14300,88 manat pensiya məbləğinin ondan tutularaq iddiaçının hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-563/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2669/2022 nömrəli qərarı ilə birinci instansiya məhkəməsini qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək əmək pensiyasının pensiyaya çıxdığı tarixdən hazırkı günə qədər pensiyaya çıxdığı vax t qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “…2020-ci ilin avqust ayından başlayaraq, cavabdeh tərəfindən ona hər ay 780 manat əvəzinə, həmin məbləğdən 442 manat daha az məbləğdə pensiya yəni, 338 manat məbləğində pensiya ödənilməsi barədə qərar verilib. Belə ki, 2020-ci ildə Mərkəzi Filial tərəfindən ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələb edilib. Belə ki, iddia ərizəsində ümumilikdə, ona 14300.88 manat məbləğində artıq vəsait ödənildiyi göstərilərək, bu vəsaitin geri qaytar ılmalı olduğu bildirilib. 2020-ci ilin avqust ayından başlayaraq, hər ay 780 manat əvəzinə, həmin məbləğdən 442 manat daha az məbləğdə pensiya yəni, 338 manat məbləğində pensiya alır. Lakin, bugünədək bunun səbəbləri haqqında DSMF ona hər hansı rəsmi məlumat verməyib. Hətta bunun səbəbləri haqqında DSMF-ə sorğu versə də, bu sorğusu da, bugünədək cavalandırılmayb. DSMF-nın ona qarşı olan iddiası üzrə aparılan məhkəmə işində apellyasiya şikayətindən məlum olub ki, ona hazırda 338 manat pensiya ödənilməsinin səbəbi odur ki, DSMF hesab edib ki, onun pensiyası 338 manat olmalıdır və yalnız bu məbləği ona ödəməyə başlayıb. Beləliklə, yuxarıda göstərilən hesablamalar əsasında cavabdeh 2020-ci ilin avqust ayından ona 442 manat məbləğində daha az pensiya ödəyir ki, hesab edir ki, bu hesablama yanlı şdır və pensiyasını məbləği yenidən hesablanmalıdır və 2020-ci ilin avqust ayından hesablanmaqla ödənilməyən 442 manat pensiya məbləği ona ödənilməlidir...”

10. Cavabdeh iddiaya dair etiraz verərək iddia tələbini rədd olunmasını xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(112)-6045/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya in stansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 21(103)-1614/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, G.Abbasova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının 5 illik dövlət qulluğu stajı nəzərə alınmaqla, ona münasibətdə tətbiq edilən norma Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi təşkil edir ki, həmin normanın tələbi baxımından, dövlət quluqçusu kimi iddiaçının pensypasına əlavə - onun dövlət qulluğu vəzifəsində 5 il qulluq stajına görə ona dövlə t məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə hesablanıb ödənilməlidir. Təqdim olunmuş mütəxəssisin rəyindən aydın olur ki, iddiaçının qanun qeyd olunan tələbi həmin qaydasında, 5 il 5 ay qulluq stajına uyğun olaraq 1 avqust 2016-cı il tarixinə qədər vaxtilə tutduğu vəzifə maaşı 385, manat, qulluq stajına görə əlavəsi 23,26 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35 manat mükafat və müavinətlərə görə əlavəsi 155,60 manat olmaqla orta aylığı 598,86 manat və bunun da 45 faizi 269,49 manat təşkil etmiş, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 saylı Fərmanı qulluq stajına görə əlavələrin hesablanması qaydasına müvafiq olaraq 1 mart 2018-ci il tarixədək hes ablanmış 598,86 manat orta aylıq əmək haqqı, həmin tarixdən sonrakı 664,77 manat məbləğində arasındakı 65,91 həmin manat fərq məbləğinin 18,06 faizini təşkil edən 11,90 manat, onun həmin tarixədək hesablanmış 269,49 manat pensiya məbləğinin üzərinə əlavə olunmaqla, pensiyası 281 manat məbləğində müəyyən olunmuş, daha sonra, 1 sentyabr 1919-cu il tarixdən dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar onun əmək pensiyasının Qanunun qeyd olunan 20.11.1-ci maddəsinin və sözügedən Fərmanın tələblərinə uyğun olaraq 664 manat məbləğində orta aylıq əmək haqqı ilə 1 mart 2018-ci il tarixdən sonrakı 979,66 manat orta aylıq əmək haqqı arasındakı 314,89 manat fərq məbləğinin 18,06 faizi, yəni 56,87 manat 1 mart 2018-ci il tarixdək hesablanmış 281,39 manat məbləğində pensiyasının üzərinə əlavə olunaraq, ödəniləcək əmək pensiyası məbləği 338,26 manat müyyənləşdirilmişdir. Daha sonra isə onun əmək pensiyasının tərkibinə - Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın daxil edilməsi və növbəti dəfə 1 yanvar 2024cü il tarixdən əmək pensiyasının indekslədirilməsi nəticəsində onun əmək pensiyası 474,58 manat məbləğində müəyyən edilərək, iddiaçının kart hesabına ödənilməyə başlamışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının «əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmışdır ki, belə olan halda da, onun hüquqları pozulmuş hesab edilə bilməz.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassator hesab edir ki, Əmək pensiyaları haqqında qanunun 20.11.1-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyası düzgün tətbiq və təfsir edilməyib. Belə ki, Əmək pensiyaları haqqında qanunun 20-ci maddəsi “qulluq stajına görə əmək pensiyasına əlavələr” adlanır. DSMF-in pensiyanın məbləğini müəyyən etmək üçün istinad etdiyi qanunun 20-ci maddəsi pensiyanın özünü deyil, sadəcə qulluq stajına görə əlavənin məbləğini müəyyən edir. Qeyd edilən maddəyə əsasən, pensiyaya çıxdığı zaman əmək pensiyama əlavənin məbləği 269.49 manat təşkil edib. Bu əlavə məbləği isə ona ödənilməli olan pensiya məbləğinin üzərinə gəlinməli idi. İddiaçı pensiyaya çıxdığı zaman yəni 01 avqust 2016-cı il tarixdə yaşa görə əmək pensiyasının özü aşağıdakı qaydada hesablanırdı: Əmək pensiyaları haqqında qanunun 4.2-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, yaşa görə əmək pensiyası baza, sığorta və yığım hissələrindən ibarət idi.

18. Əmək pensiyaları haqqında qanunun 10.1-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən isə, yaşa görə əmək pensiyasının baza hissəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilirdi. Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Azərbaycan RespublikasıPrezidentinin 16 yanvar 2016-cı il tarixli 1704 saylıSərəncamının 1-ci bəndinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı ilin fevralın 1-dən 110 manat məbləğində müəyyən ed ilib. İddiaçı pensiyaya çıxdığı zaman pensiyanın baza hissəsi 110 manat idi. Əmək pensiyaları haqqında qanunun 10.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Əmək pensiyaları haqqında qanunun 27.1-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, Əmək pensiyaları haqqında qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Əmək pensiyaları haqqında qanun 2006-cı ildə qüvvəyə minib. 2006-cı ilədək isə 1967-ci ildən hesablanmaqla 39 il ümumi iş stajı olub. Əmək pensiyaları haqqında qanunun 29.2-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının sığorta hissəsi (o cümlədən, bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əm ək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. 2006cı ildən sonra isə işləməyə davam etdiyindən 2006-cı ildən pensiyaya çıxdığı 2016-cı ilədək yığılmış pensiya kapitalı pensiyamın hesablanmasında nəzərə alınmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun. Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pe nsiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta ay lıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə, müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

21. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti v əzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazım i qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsəl ələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəmə sinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətic ə qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 21(103)-1614/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar