Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3084/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, sübut növünün mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə qarşı “qəsəbə nümayəndəliyinin arayışının qanunsuz s ayılmasının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli 2- 1(103)-2897/2024 nömrəli iş üzrə qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən 7 saylı Dövlət Notariat Konturuna verilmiş Forma 7 nömrəli arayışda Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 10, ev 6-da xx.xx.1966-cı il tarixədək yəni X27 vəfat edənədək ailə üzvlərinin X15, X10, X7 və X2 olduğu qeyd edilmişdir.
2. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə ərizə ilə mü raciət etmiş, cavabdeh 10 iyun 2023-cü il tarixli məktubla bildirmişdir ki, verilmiş xx.xx.2014-cü il tarixli. 3640 saylı 7 saylı forma üzrə verilmiş arayışda İddiaçı adının göstərilməmə səbəbi nənəsi X22 ölüm tarixi yəni xx.xx.1966-cı il tarixdə onun ailə üzvü olmamasıdır. Belə ki, İddiaçı xx.xx.1974-cü il tarixdə doğulduğu halda xx.xx.1966-cı il tarixdə vəfat etmiş məhrum nənəsinin ailə üzvü ola bilməzdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014 tarixli arayışının ləğv edilməsi və iddiaçının adının qeyd olunduğu yeni forma 7 arayışının verilməsi öh dəliyinin Buzovna Qəsəbə nümayəndəliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildən Buzovna qəsəbəsində Ruhulla Axundov küçəsi, döngə 10, ev 6 ünvanında yaşamışdır. Həmin ev iddiaçının atasına məxsus olmuşdur. İddiaçı ailə həyatı qurduqdan sonra həmin evdən ayrılmışdır. Lakin xx.xx.2022-ci il tarixinə kimi həmin evdə qeydiyyatda olmuşdur. İddiaçının qardaşı X3 iddia ərizəsi əsasında Xəzər rayon Məhkəməsinin 2(003)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında iddiaçının xəbəri olmadan həmin evdən qeydiyyatdan çıxarılmışdır. Vəkil sorğusu əsasında əldə edilmiş notariat işindən görünür ki, Ağababa Rəhimov xx.xx.2021-ci il tarixdə 25 saylı Notariat Ofisindən qanun üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnamə almışdır. Ədliyyə Nazirliyinin 3-16-5/2-R-34/26/26 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi X5 xx.xx.2014-cü il tarixli arayış vermiş və həmin arayış vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 25 saylı Notariat ofisinə təqdim edilmişdir. İddiaçının isə həmin arayışdan məlumatı olmamışdır. Ona heç bir məlumat verilməmişdir. 2014-cü ildə arayışı alan Rəhimov Ağababa 7 il sonra, yəni etibarlılıq müddəti bitəndən sonra 25 saylı notariusda istifadə etmişdir. Həmin notarius iddiaçının sağ olması və yaşamasına baxmayaraq 2024-cü il tarixli arayışı əsas kimi götürmüş və bilərəkdən vərəsələrin dairəsini gizlətməyə nail olmuş, beləlikl ə də 25 saylı notarius da iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.
5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı onun adının verilmiş 7 saylı forma üzrə arayışa əlavə edilməsi barədə müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixli göndərilmiş məktubda bildirilmişdir ki, xx.xx.2014-cü il tarixli, 3640 nömrəli 7 saylı Forma üzrə verilmiş arayışda İddiaçı adının göstərilməməsinin səbəbi 7 saylı Forma arayışının yazılma nümunəsinə əsasən (vəfat edən zaman onun aşağıda göstərilən ailə üzvləri olmuşdur) nənəsi X22 vəfat etdiyi tarixdə, yəni xx.xx.1966-cı il tarixdə onun ailə üzvü olmamasıdır. Belə ki, iddiaçı xx.xx.1974-cü ildə doğulduğu halda xx.xx.1966-cı il tarixdə vəfat etmiş mərhum nənəsinin ailə üzvü ola bilməzdir. Həmçinin xx.xx.2022 -ci il tarixində Xəzər rayon Məhkəməsində X4 İddiaçı qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxılaraq, X1 və onun övladı xx.xx.2005-ci il təvəllüdlü X9 ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilmişdir. Qətnamədə iddiaçının və övladı X9 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır bəndi də qeyd olunmuşdur.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e-2-1(112)2075/2024 saylı qərardadı ilə “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014 tarixli arayışının qanunsuz sayılmasının və ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmi şdir.
7. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-2075/2024 saylı qərardadı ilə (hakim X6) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2014-cü il tarixli arayış subyektiv baxımdan, qanunvericiliyin tələbləri qaydasında cavabdeh orqanın hər hansısa məsələnin nizama salınmasında öz səlahiyyətlərini aşmadan tərtib olunmuşdur və iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati akt deyildir. Belə olan halda iddiaçının cavabdeh orqanının arayışının ləğv edilməsi haqqında iddiası məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil. Beləliklə, İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyinə qarşı “Buzovna qəsəbə nümayəndəliyinin xx. xx.2014-cü il tarixli arayışının ləğv edilməsi və iddiaçının adının qeyd olunduğu yeni forma 7 arayışının verilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir.
9. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2897/2024 nömrəli iş üzrə 01 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər X11 (məruzəçi), X16 və X13) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-2075/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İ ddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Məhkəmə işin hallarını araşdırmadan iddianın mümkün sayılmaması barədə nəticəyə gəlmişdir. Belə ki, qəsəbə nümayəndəliyi yazdığı 2014-cü il tarixli forma 7-ni vərəsəlik prinsipi əsasında hazırlayıb və çap edərək imzalayıb. 2014-cü ildə Aynaxanımın 40 yaşı olub. Qəsəbə nümayəndəliyi 1966-cı ilə nəzərən, yəni nənə ölən zaman həyatda mövcud olmuş, mayası bağlanmış və qısa müddət sonra dü nyaya gəlmiş bacısı Həcərxanımın adını 2014-cü il tarixli forma 7-də göstərib. Qəsəbə nümayəndəliyinin yanlış yanaşması həm də onunla bağlıdır ki, yazdığı cavab məktubunda iddiaçını ailənin üzvü hesab etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, s əs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, b u sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı ) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozu lması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kas sasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil et diyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, müəyyən edilir ki, iddiaçı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışı mübahisələndirir. Qeyd edilir ki, məhz bu arayış əsasında iddiaçının vərəsəlik hüququ məhdudlaşdırılmışdır.
23. Məhkəmə kollegiyası bildirir ki, mübahisəli arayış hər hansı bir inzibati akt olmamaqla qanunvericilikdə müəyyən edilən sübut növlərindən biridir. MPM-in 89-cu maddəsinin tələbinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
24. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş arayış yazılı sübut anlayışına uyğun gəlir və inzibati qanunvericilik belə arayışın, yəni sübutun mübahisələndirməsini nəzərdə tutmur. Başqa sözlə arayışın ləğvi iddianın və inzibati icraatın predmeti ola bilməz.
25. İddiaçının iddia ərizəsi əsasında irəli sürdüyü tələb qanunvericiliyə uyğun olmadığından belə tələb mümkün sayıla bilməz.
26. Odur ki, şikayət təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli 21(103)-2897/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.