Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3086/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X1 (İddiaçı) oğlu cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; iddiaçı öldükdən sonra hüquq varisliyinə yol verilməzsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı X1 (İddiaçı) oğlunun cavabdeh Cavabdeh (üçüncü şəxs4 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Cavabdeh ##.##.2014-cü il tarixli, *** nömrəli sərəncamı ilə X2 vəfat etməsi ilə əlaqədar onun adına olan Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.m olan 2 otaqlı ** saylı evin kirayə müqaviləsi nəvəsi üçüncü şəxs4 adına dəyişdirilmişdir.
2. Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ##.##.2014-cü il tarixli, *** nömrəli sərəncamının ləğv olunmasını xahiş etmişdir.
3. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) ##.##.2023-cü il tarixli, *- *(***)-*****/**** nömrəli qərardadı ilə üçüncü şəxs4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs2, üçüncü şəxs1, üçüncü şəxs3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər.
5. Bakı Inzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
6. Iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Iddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, iş kassasiya şikayətinə əsasən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
8. Iş kassasiya məhkəməsinin icraatında olarkən üçüncü şəxs üçüncü şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 vəfat etdiyini bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, araşdırma nəticəsində ##.##.2025-ci ildə vəfat etmiş və ölümü Rusiya Federasiyasının aidiyyəti qurumunda qeydə alınmış Adil Ağayevin ölümünə dair məlumatın ##.##.2026-cı ildə * saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsi tərəfindən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əlavə edildiyi məlum olmuşdur.
TƏTBIQ EDILƏN HÜQUQ
10. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261. Icraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; ...
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
12. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir.
13. Iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Cavabdeh ##.##.2014cü il tarixli, *** nömrəli sərəncamının ləğv edilməsinə nail olmaqdan ibarətdir.
14. Iddiaçı ##.##.2025-ci il tarixdə öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti, yəni sözügedən sərəncamın ləğv edilməsi qanunvericiliyin tələbi baxımından hüquq varisliyinə yol vermədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir.
15. Yuxarıda göstərilənlərə və Inzibati Prosessual Məcəllənin 96-cı, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.