Məhkəmə qərarları › İş №2-1(102)-309/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-309/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-309/2019 23.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-309/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 23 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Üçüncü şəxs x2 vəkili Şərifov Samir Cuma oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: x2, x3) “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli qərarından iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Balakən rayonu, Qazma kəndində yerləşən iddiaçının mərhum atası x4 miras qalmış fərdi yaşayış evinə dair mərhum atası x4 adına reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 27 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının mərhum atası x4 miras qalmış fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər, ölüm haqqında şəhadətnamə, iddiaçının x4 hüquq varisi olması barədə müvafiq bildiriş, fərdi yaşayış evinin kimə məxsus olması barədə sənəd və dövlət rüsumunun ödənilməsi barədə qəbz ərizəyə əlavə edilməmişdir. İddiaçı 2018- ci il 24 yanvar tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Balakən rayonu, Qazma kəndində yerləşən mərhum atası x4 miras qalmış fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün x4 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinin mərhum atası x4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun atası 1987-ci il 2 noyabr tarixdə vəfat etmişdir. İddiaçının bacısı x5 ərindən boşandıqdan sonra atasına məxsus təsə rrüfatda yaşamağa başlamışdır. Həmin təsərrüfatın kəndli təsərrüfatı olmasına baxmayaraq, torpaq islahatı aparılan zaman 0,25 ha torpaq sahəsi ilə bağlı bacısının adına ailə başçısı kimi iddiaçının payı nəzərə alınmadan şəhadətnamə hazırlanmışdır. Halbuki, iddiaçıya verilən arxiv arayışlarında iddiaçının atasının adına 1925-ci il ildə tikilmiş fərdi yaşayış evinin və 0,25 ha torpaq sahəsinin olması qeyd edilir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 31 may tarixli 2-1(84)-349/2018 nömrəli qərardadı ilə x2 və x3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 22 iyun tarixli 2-1(84)-349/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinin iddiaçının mərhum atası x4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Balakən rayon Dövlət Arxivinin 2016cı il 9 sentyabr tarixli 455 nömrəli arayışı ilə təsdiq olunur ki, Balakən rayonu, Qazma kəndində yerləşən 1925-ci ildə inşa olunmuş fərdi yaşayış evi iddiaçının mərhum atası x4 məxsus olmuş və o, ölənə qədər həmin evdə yaşamışdır. İddiaçı x1 x4 qanun üzrə vərəsəsi kimi tanınmışdır. Üçüncü şəxs S.Ş.Hacıyeva həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xah iş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı sözügedən təsərrüfatdan 1966-cı ildə çıxmış, bir daha həmin təsərrüfatın üzvü olmamışdır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 26 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 11 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Balakən Rayon Dövlə t Arxivinin 2016-cı il 9 sentyabr tarixli arayışında iddiaçının mərhum atasının 1987-ci il 3 noyabr tarixə kimi həmin evdə yaşaması göstərilmişdir. Lakin məhkəmə işin bu halını nəzərə almamışdır. Torpaq islahatı aparılanadək Qoradayev Heybullah vəfat etmiş, həmin evin həyətyanı torpaq sahəsi evdə yaşayan iddiaçının bacısına verilmiş, sonra vərəsəlik qaydasında 0,25 ha torpaq sahəsi x2 və x3nun adlarına qeydə alınmışdır. Evin yerləşdiyi torpaq sahəsi kolxozçu təsərrüfatının son üzvü x5 verilsə də fərdi yaşayış evinin Heybullah Qoradayevə məxsus olması və qeydə alınmaması evin də Möminətə verilməsini göstərmir. Məhkəməyə təqdim olunmuş Balakən Rayon Dövlət Notariat Kontorundan verilən 2017-ci il 4 may tarixli, 319 nömrəli məktubda x4 qanun üzrə vərəsəsi iddiaçı göstərilmiş, lakin məhkəmə b u faktı nəzərə almamışdır. Əgər evə sənəd verilsə, onda iddiaçıya da Balakən Rayon Dövlət Notariat Kontorundan vərəsəlik barədə arayış verilərdi. Mübahisəli fərdi yaşayış evinin mərhum x4 məxsus olması işin mübahisələndirilməyən halıdır və həmin ev o, vəfat edənə kimi rəsmiləşdirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun22-ci maddəsinə görə, etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Cavabdeh ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs S.Ş.Hacıyevanın vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Üçüncü şəxs İ.Ş.Şıxməmmədov məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Üçüncü şəxs İ.Ş.Şıxməmmədovun məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitə si ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, x4 1966-cı ildən 1987-ci ilə kimi yaşadığı təsərrüfatda 1925-ci il ildə tikilmiş ev və 1965-ci ildə tikilmiş tövlə, 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Balakən rayon Qazma kənd ZDS İcraiyyə Komitəsinin və İcra nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən, 1966-1968-ci illər üzrə x4 ailə başçısı (təsərrüfat başçısı) olduğu təsərrüfatda onun oğlu 1948-ci il təvəllüdlü x1 1966-ci ildə həmin təsərrüfatdan çıxıb Bakı şəhərinə getmişdir. 1977-1979, 1980-1982, 1983-1985, 19861990, 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitablar üz rə həmin təsərrüfatda x1 qeyd olunmamışdır. 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabda ailə başçısı x4, ailə üzvləri - qızı x5, nəvələri x2 və x3 göstərilmişlər. x4 1987-ci ildə ölümündən sonra həmin təsərrüfatda onun qızı x5, nəvələri x2 və x3 qalmışlar. 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabda ailənin x5 ibarət olduğu göstərilmişdir. İddiaçı x1 həmin təsərrüfatdan 1966-cı ildə çıxmış və bundan sonra bir daha həmin təsərrüfatın üzvü olmamışdır. Azərbaycan SSR-nin 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1997-ci il 25 aprel tarixədək qüvvədə olmuş redaksiyada) 119-cu maddəsinə əsasən, kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnam əsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən, həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz zəhməti və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakındakı paya olan hüququnu itirir. Həmin Məcəllənin 564-cü maddəsinə əsasən, kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyəti üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa, həyətin əmlakına bu bölmənin qaydaları tətbiq olunur. x4 1987-ci il 3 noyabr tarixdə öldükdən sonra həmin təsərrüfata vərəsəlik açılmamış, təsərrüfat, həmçinin həyətin əmlakı həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq x5 keçmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 8 may tarixli 6 saylı qərarına əsasən 0.25 ha həyətyanı torpaq sahəsi x5 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsindəki evə dair x5 adına texniki pasport tərtib olunmuşdur. x5 2012-ci ildə ölümündən sonra onun mülkiyyətində olmuş torpaq sahəsi vərəsəlik qaydasında x2 və x3nun mülkiyyətinə keçmiş, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Beləliklə, iddia olunan daşınmaz əmlak kolxozçu həyətinin üzvü x4 1987-ci ildə ölümündən sonra mirasın tərkibinə daxil olmadığından və təsərrüfat, həmçinin həyətin əmlakı həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq x5 Həybullah qızına keçdi yindən iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar