Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-309/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan güzəştli şərtlə pensiya, metropoliten işçisi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddia çı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı“güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2200/2019 saylı, 1 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı əmək kitabçasına əsasən 01.09.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 17.02.2000-ci il tarixdən xxxxnin əsaslı təmir xidmətində 4-cü dərəcəli yapışqan hazırlayan, 01.02.2002-ci il tarixdən 4-cü dərəcəli çilingər, 01. 02.2003-cü ildə xəlitəçi peşəsinə, 01.12.2004-cü ildən isə suvaqçı peşəsinə keçirilmişdir. 01.05.2005-ci ildən rəngsaz, 01.02.2008-ci ildən isə 5-ci dərəcəli briqadir rəngsaz təyin edilmiş (gecə işi yalnız tuneldə xüsusi ağır və zərərli iş şəraiti). 18.07.2014-cü il tarixdən “xxxx” QSC-nin əsaslı təmir xidmətinin bina və qurğuların əsaslı təmir distansiyasında 5-ci dərəcəli rəngsaz azad edilməmiş briqadir peşəsində çalışmışdır. (xüsusi ağır və zərərli iş şəraiti tuneldə ancaq gecə işi). 01.04.2018-ci tarixdən “xxxx” QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının 4.7 saylı sahəsinə 5-ci dərəcəli rəngsaz briqadir peşəsində (zərərli iş şəraiti, yeraltı) işləyir. “xxxx” QSC-nin 12.07.2018-ci il tarixli arayışına əsasən iddiaçı 17.02.2000-ci ildən xxxxnin Əsaslı təmi r xidmətində 4-cü dərəcəli yapışqan hazırlayan, 01.06.2002-ci il tarixdən 4-cü dərəcəli çilingər, 01.02.2003-cü ildə xəlitəçi peşəsinə, 01.12.2004-cü ildən isə suvaqçı peşəsinə keçirilib. 01.12.2005-ci ildən rəngsaz, 01.02.2008-ci ildən isə 5-ci dərəcəli briqadir-rəngsaz təyin edilib (gecə işi yalnız tuneldə xüsusi ağır və zərərli iş şəraitində). 18.07.2014-cü il tarixdən “xxxx” QSC-nin Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında 5-ci dərəcəli rəngsaz azad edilməmiş briqadir peşəsində çalışıb (xüsusi ağır və zərərli iş şəraiti tuneldə ancaq gecə işi). 01.04.2018-ci il tarixdən “xxxx” QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının 4.7 saylı sahəsində 5-ci dərəcəli rəngsaz briqadir peşəsində (tuneldə yalnız gecə işi olmaqla xüsusi zərər li iş şəraitində) işləyir. Xüsusi zərərli iş şəraitində əmək stajı - 18 il 04 ay 13 gündən ibarətdir. Həmçinin, arayışda qeyd edilmişdir ki, xxxxndə tuneldə işləyən fəhlələrin iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bəndi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Nəsimi rayon Şöbəsi iddiaçının müraciətinə verilən 24.12.2018-ci il tarixli imtina məktubunda göstərmişdir ki, 01.01.2006-cı ildən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qayda ları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 (60) yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçın ın işlədiyi peşə Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısında nəzərdə tutulmamışdır. İddiaçı 22 yanvar 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə pensiyaya çıxarılması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “01.06.2017-ci il tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesab lanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi zərərli iş şəraitində əmək stajı 18 il 10 ay təşkil edir. Bundan əlavə o, Ermənistanın Kursalı kənd orta məktəbində 01.09.1980-ci ildən 1989-cu il tarixə qədər təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 09.08.1989-cu ildən 08.02.2000-ci il tarixə qədər Bakı Soyuducular zavodunda fəhlə işləmişdir. İddiaçının ümumi əmək stajı 28 il təşkil edir. Onun da 18 il 10 ayını xüsusi zərərli iş şəraitində əmək stajı təşkil edir. Zərərli və ağır olan işlərdə ən azı 12 il işləyən və azı 25 il iş staj olan şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxa bilərlər. Odur ki, iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. 15. 05.2019-cu il tarixli məhkəmə iclasında iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Nəsimi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimƏliyev Elvin Əhəd oğlu, 2-1(81)1186/2019 saylı iş) 11 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 01.06.2017-ci il tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2004-cü ildən işlədiyi vəzifələrin ( suvaqçı və rəngsaz) adı Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan, yəni 01.06.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X3 və X4, 2-1(103)-2200/2019 saylı iş) 1 oktyabr 2019-cu il ta rixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 19 noyabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” adlanan alt bölməsinə görə, bu işlərlə məşğul olan fəhlələrinrəngsazların (kod: 2290100a—13450) və suvaqçıların (kod: 2290100a—19727) güzəştli şərtlərlə pensiya hüququ vardır. Analoji müddəa Nazirlər Kabinetinin 12 saylı Qərarı ilə təsdiqlənmiş Siyahıda da (29cu Bölmə) öz əksini tapıb. İddiaçının təqdim etdiyi arayışdan onun yeraltı işlərdə çalışdığı müəyyən edilmir. Belə ki, iddiaçının yalnız 1 aprel 2018-ci il tarixdən etibarən çalışdığı sahənin – “Tunelin qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının 4.7 saylı sahəsi”nin adı yeraltı işlərlə bağlı olduğunu deməyə imkan verir. Lakin bu tarixədək çalışdığı sahə “Əsaslı təmir xidməti” adlanır ki, onun da yeraltı işlərlə bağlı olub-olmadığı məlum deyildir. Metropolitendəki işlərin hamısının yeraltı işlər olduğunu demək mümkün deyildir. İddiaçının təqdim etdiyi arayışda ümumiyyətlə Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiqlənmiş siyahının fərqli bəndinə - 21.5-ci bəndə istinad edilib. İddiaçının çalış dığı heç bir peşənin həmin bənddə göstərilən peşələrlə uyğunluğu yoxdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı zərərli iş şəraitində işlədiyini bildirib həmin dövr nəzərə alınmaqla ona 1 iyun 2017-ci il tarixdən güzəştli şərtlə pensiya təyin edilməsini xahiş edir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı hesab edir ki, “xxxx” QSC-də işlədiyi dövr nəzərə alınmaqla ona güzəştli şərtlə əmək pensiyası təyin edilməlidir. İddiaçı xx xxxxx 1957-ci ildə anadan olmuşd ur, 18 aprel 2017-ci ildə 60 yaşı tamam olmuşdur. Dəqiqləşdirilmiş iddiasında güzəştli şərtlə pensiya təyin edilməsini 1 iyun 2017ci ildən hesablanmasını xahiş etmişdir. İddiaçının pensiya hüququ 1 iyul 2017-ci ilə qədər yarandığından “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş normaları tətbiq edilməlidir. 1 iyun 2017-ci il tarixə kimi iddiaçının ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəf indən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İlk növbədə iddiaçının güzəştli şərtlə əldə etdiyi əmək stajı və müddəti müəyyən edilməlidir. Araşdır ılmalı iddiaçının işlədiyi dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Əmək kitabçasında və iş yerindən verilmiş arayışda olan məlumata görə iddiaçı “xxxx” QSC-də 1 iyun 2002-ci ildən 23 yanvar 2007-ci ilə qədər rəngsaz, suvaqçı, rəngsaz, 23 yanvar 2007-ci ildən 1 iyun 2017-ci il tarixə qədər briqadir işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə məşğul olan fəhlələr-rəngsazlar, suvaqçılar” (kod 2290100a—13450; 2290100a—19727) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.5-ci bənddə Metropolitenlər bölməsində metropoliten müəssisələrinin briqadirləri nəzərdə tutulmuşdur. İddiaçının 1 iyun 2017-ci ilə qədər 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yara ndığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Odur ki, iddiaçının güzəştli şərtlə pensiya hüququnun olması və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyas ı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2200/2019 saylı, 1 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-309/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-309/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver