Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-309/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin olunması; arxiv arayışında qeyd olunan iş illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxı şı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2244/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx xxxx-ci il tarixində doğulmuş, 18 noyabr 1980-cı il tarixindən 04 noyabr 1982-ci il tarixinə kimi müddətli həqiqi hərbi xidmət keçmişdir. O, 01.12.1982-ci il tarixində əmək fəaliyyətinə başlamış, 05 yanvar 2009-cu il tarixi nədək müxətəlif vəzifələrdə, o cümlədən 1979-cu ilin iyul, avqust, sentyabr, oktyabr aylarında, 1980-ci ilin isə iyun və iyul aylarında Yevlax rayonunun Tanrıqulular kənd “Qələbə” kolxozunda işləmişdir.
2. İddiaçı 31 yanvar 2020-ci il tarixində ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 18 fevral 2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 07 noyabr 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1979-1980-ci illərdə 6 ay Yevlax rayonunun Tanrıqulular kəndinin bazasında fəaliyyət göstərən "Qələbə" kolxozunda kolxozçu işləmişdir. Lakin həmin dövrdə işlədiyi iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 22 avqust 2019-cu il tarixli 288 saylı arayışı var. Beləliklə, 01 yanvar 2006-cı il tarixə iddiaçının cəmi əmək stajı 25 il 2 ay 13 gün təşkil edir. Ona görə də iddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlarlara Xidmət və Sosial İnnovasiyalar üzrə X1 şəhər "ASAN xidmət" Mərkəzi vasitəsi ilə güzəştli şərtlərlə pensiya təyinatı barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Ərizəsinə bütün prosedur qaydalarına əməl etməklə tələb olunan sənədlərin hamısının əslini əlavə etmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 18 fevral 2020-ci il tarixli, 206306/4473 saylı məktubu ilə iddiaçıya bildirmişdir ki, "Təqdim etdiyimiz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir". Ona görə də iddiaçı yenidən 19.05.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətinə bütün lazım olan sənədlərin əslini və ya notarial qaydada təsdiq edilmiş surətlərini əlavə etmişdir. Bu ərizə baxılmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na göndərilmişdir. DSMF-nin 24 iyun 2020-ci il tarixli, **********9 saylı məktubla iddiaçıya bildirilmişdir ki, "Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına ə sasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir". Göstərilənlərə razılaşmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(112)-1371/2021 nömrəli qərarına əsasən (hakim Mehriban Qarayeva) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 07 noyabr 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə qeyd etmişdir k i, iddiaçının 1979-1980-ci illərdə kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsini mümkün sayır. İş materiallarında olan 22 avqust 2019-cu il tarixli 288 nömrəli arxiv arayışı ilə həmin dövrlərdə iddiaçının stajı təsdiqlənir. Beləliklə, iş materialları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajının mövcudluğu öz təsdiqini tapır.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2244/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakiml ər – Azər Hüseynov və Aida Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(112)-1371/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2244/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda da qeyd edilmişdir ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmələr isə göstərilən halları nəzərə almamışdır. b. Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
15. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 ya şına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin 01 avqust 1997-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
18. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyə nləşdirir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 20. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hü quqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
24. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 57 yaşı 07.11.2019-cu il tarixdə tamam olmuşdur və o, 18.11.1980-cı il tarixdən 04.11.1982-ci il tarixə kimi həqiqi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş (1 il 11 ay 16 gün), əmək kitabçasına əsasən iddiaçı 01.12.1982-ci il tarixdən 13.05.1983-cü il tarixə kimi “Azərenerijitəmiri” Xüsusiləşdirilmiş təmir müəssisəsinin Mingəçevir təmi r sexində 2-ci dərəcəli rəngsaz vəzifəsində (5 ay 12 gün), 08.06.1983-cü il tarixdən 01.09.1983-cü il kimi Kurqan tikinti” İBnin 1 saylı TQM-də 3-cü dərəcəli betonçu vəzifəsində (2 ay 23 gün), 26.09.1983-cü il tarixdən 23.07.1984-cü il tarixə kimi “Neftqaz” Bakı zavodunda rəngsaz vəzifəsində (9 ay 27 gün), 13.08.1984-cü il tarixdən 10.07.1989cu il tarixə kimi Azərbaycan SSR, Bakı şəhəri, Dövlət podşipnik zavodunda mexanikiquraşdırma sahəsinə cilaladıcı fəhlə vəzifəsində (4 il 10 ay 27 gün), 21.08.1989-cü il tarixdən 26.04.1990-cı il tarixə kimi "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsi Mingəçevir sahəsinə buxar qaz turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli rəngsaz vəzifəsində (8 ay 5 gün), 03.05.1990-cı il tarixdən 05.01.2009-cu il tarixədək “Azərbaycan DRES”-nin Mərkəzləşdiril miş Təmir sexində 4-cü dərəcəli buxar-qaz-turbin avadanlıqlarının təmiri üzrə çilingər, usta vəzifəsində (15 il 7 ay 28 gün) işləmişdir. Arxiv arayışına əsasən iddiaçı Yevlax rayonunun Tanrıqulular kənd “Qələbə” kolxozunda 1979cu ilin iyul, avqust, sentyabr, oktyabr aylarında, 1980-ci ilin isə iyun və iyul aylarında işləmişdir (6 ay).
29. Cavabdehin imtinasının səbəbi iddiaçının tələb edilən ümumi iş stajının olmamasıdır. Kassasiya şikayətində də cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilməmiş, iddiaçının ümumi iş stajının 25 ildən az olması, məhkəmənin isə bu hala qiymət verməməsi qeyd edilmişdir.
30. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-19-cu bəndlərində göstərilən normaların məzmununda n göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
31. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 22 avqust 2019-cu il tarix li 288 saylı arxiv arayışından və Yevlax rayonunun Tanrıqulular kənd “Qələbə” kolxozunun “Kolxozçularla hesablaşma kitabı”ndan çıxarış əsasında müəyyən etmişdir ki, iddiaçı Yevlax rayonunun Tanrıqulular kənd “Qələbə” kolxozunda 1979-cu ilin iyul, avqust, sentyabr, oktyabr aylarında, 1980-ci ilin isə iyun və iyul aylarında işləmişdir.
33. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 20-ci bəndində göstərilən normanın tələbini pozmuşdur.
34. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin mə qsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
35. Kassatorun digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin istinad edilən icmal məktubunda zəruri hallarda müvafiq müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmamasının yoxlanması barədə göstəriş var. Hazırkı halda isə iddiaçının mübahisəli iş stajını təsdiq edən arxiv arayışları mövcuddur və onların möt əbər olmaması barədə hər hansı dəlil irəli sürülməmişdir. Belə olan halda, iddiaçının əmək stajı iş materialları ilə təsdiq olunduğundan həmin müəssisələrə əlavə olaraq sorğu göndərilməsinə zərurət yoxdur. Odur ki, kassatorun bu dəlili də əsassızdır.
36. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
37. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-2244/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2244/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.