Məhkəmə qərarları › İş №2-1(102)-309/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-309/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-309/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslaha t Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 məxsus olması barədə qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2-1(107)-376/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə müraciət edərək Yevlax rayonu, Səmadabad kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X1 adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə kömə klik edilməsi xahiş etmişlər.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, JN-200 KOD 90112018 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin 4 nəfərdən ibarət olması, torpaq sahəsinin miqdarı və torpaq sahəsinin planı (cizgisi) ilə Yevlax rayonu, Səmədabad kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ), arxiv materiallarında mövcud olan eyni adlı siyahıda, həmin sənədin 2-ci nüsxəsində və Dövlət Aktlarının qeydiyyat kitabında JN-200 nömrəli Dövlət Aktına dair məlumatlar arasında uyğunsuzluq vardır. Belə ki, arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən Yevlax rayonu, Səmədabad kəndində yerləşən 0.46 ha torpaq sahəsinin mülkiyyətçisinin bir nəfər X1 olduğu, həmçinin torpaq sahəsinin planının (cizgisi) fərqli olması aşkarlanmışdır. Bu səbəbdən Yevlax rayonu, Səmadabad kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X1 adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi mümkünsüzdür. Lakin rəsmi razılıq əsasında arxiv materiallarında qeyd olunan 0.46 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınması mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində dair X1, X2, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh orqana müraciət edərək, Yevlax rayonu, Səmadabad kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X1 adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik edilməsi xahiş etmiş, onlara elektron xəritə bazasında uyğunsuzluq olması cəmi 0,46 ha torpaq sahəsinin mövcud olması və bir nəfər X1 adına olması, həmçinin torpaq sahəsinin planının fərqli olması, Yevlax rayonu Səmədabad kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X1 adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi mümkünsüzlüyü bildirilərək, mür aciətin təmin edilməsindən imtina edilmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsəsi İddiaçı2dur. İddiaçılar hesab edir ki, Yevlax rayon Aqrar İslahat komissiyasının xx.xx.1998ci il tarixli 34 №-li qərarına əsasən 2,13 ha torpaq sahəsi X1, X2, İddiaçı3 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Yevlax rayonu Səmədabad kəndində yerləşməklə bu barədə JN 200 Kod 90112018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı3 və İddiaçı1 da həmin torpaq üzərində mülkiyyətçilərdən biridir. Mülkiyyətçilər X4 və X5 vəfat etmişlər. Onların adında olan torpaq sahəsi vərəsələrə aiddir.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Etirazd a əlavə olaraq qeyd edilmişdir ki, arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən Yevlax rayonu, Səmədabad kəndində yerləşən 0.46 ha torpaq sahəsinin mülkiyyətçisinin bir nəfər X1 olduğu, həmçinin torpaq sahəsinin planının (cizgisi) fərqli olması aşkarlanmışdır. Belə olan halda mübahisə predmetinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ziddiyyət təşkil etdiyindən ərizənin icrası mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi dövlət aktı üzrə torpaq payı almış subyektlər siyahısı, torpaq sahəsinin miqdarı yuxarıda qeyd olunan əsaslara görə tam olaraq fərqlidir.

6. Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(116)-471/2023 nömrəli qərardadı ilə iddia tələbi “Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevl ax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində X2, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.

7. Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(116)-471/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia olunan 2.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud olmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.

9. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2-1(107)-376/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev, E.Mehdiyev) iddiaçıların tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, işdə mövcud olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli ******** **68 nömrəli məktubuna əlavə edilmiş pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X1 adının qarşısında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubunda qeyd edilmişdir ki, Yevlax Rayon Səmədabad kəndinin 1995-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında X1 adına təsərrüfat rast gəlinmədi. Yuxarıda göstərilən vətəndaşlar Yevlax rayon Səmədabad kəndində qeydiyyatda olmayıb və yaşamayıblar. İşdə mövcud olan yeganə sənəd JN-200 kod 90112018 nömrəli Dövlət Aktıdır ki, həmin sənədlə də Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X3 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilməsi süb ut olunur. Belə olan halda, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 11.1, 17, 19.1, 24.1-ci, Mülki Məcəllənin 139.1, 152.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 10.1, 10.2, 11.1, 12.1, 15.1, 23.1, 23.2-ci və “Torpaq islahatı haqqında” Qanunun 12, 14, 21-ci maddələrinə istinad etmişdir.

12. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kass asiya şikayətinin dəlilləri

13. İddiaçıların kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara hüquqi yardım ilə bağlı onlar əlavə məlumat almamışlar, qərarda qeyd olunan izahdan xəbərləri olmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmal ıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçıları nın izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şik ayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... M addə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia təl əbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı “Yevlax rayonu Səmədabad kəndində yerləşən 2,13 ha torpaq sahəsinə X1, X2, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçılar X2, İddiaçı3 və İddiaçı1 münasibətdə hazırkı iddia tələbi mümkün say ılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara hüquqi yardım göstərilərək izah edilmişdir ki, öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Lakin iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçıların cavabdehə müraciəti torpaq sahəsinə yuxarıda sadalanan 4 nəfərin deyil, onlardan yalnız birinin - X1 mülkiyyət hüququnun qeydiyyata alınması barədə olmuşdur. Bu isə hazır kı iddianın qalan şəxslərə münasibətdə mümkün sayılmasını istisna edir. Beləliklə iddiaçılar qeyd edilən nöqsanı aradan qaldırmamışlar.

27. İddia tələbinin X3 münasibətdə olan hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir ki, iddiaçılar JN-200 kod 90112018 nömrəli Dövlət Aktının surətini təqdim edərək Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X4, X5, İddiaçı3 və İddiaçı1 2,13 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin ayrılmasını bildirirmişlər.

28. Halbuki, cavabdeh tərəfindən təqdim edilən JN-200 kod 90112018 nömrəli Dövlət Aktının arxivdə saxlanılan nüsxəsindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X3 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmi şdir.

29. Eyni zamanda qeyd edilməlidir ki, pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X1 adının qarşısında torpaq sahəsinin ölçüsü qeyd edilməmiş, həmçinin Yevlax Rayon Səmədabad kəndinin 1995-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında X1 adına təsərrüfat rast gəlinməmişdir.

30. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin tələbdə qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.

31. Beləliklə, apellyasiya məhkəməsinin qərarı hazırkı qərarın 15-17a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2-1(107)-376/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar