Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3093/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi-bundan sonra mətndə cavabdeh) qarşı vergi borcunun hesablanmasına dair qərarın ləğvi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-936/2019 saylı iş üzrə 21 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsinə əsasən işə Ali Məhkəmənin binasında 22 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçı vergiyə cəlb olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apel lyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 21 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə-cavabdehin 22 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Cavabdeh ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək 22 iyun 2017-ci il tarixli qərarın baş idarənin 29 avqust 2019-cu il tarixli qərarı ilə ləğv edildiyini, bununla bağlı iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edildiyini, mübahisə predmeti aradan qalxdığına görə kassasiya şikayətinin geri götürülməsini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili ərizənin təmin edilməsini xahiş etmişlər. Cavabdeh və vəkilinə şikayətdən imtinanın nəticələri izah edilmiş, onlar ərizəni müdafiə etdiklərini bildirmişlər. əsaslandırma hissəsi: Cavabdehin ərizəsi nəzərə alınaraq kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilən ərizədə kassasiya şikayətinin geri götürülməsi xahiş edilmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 97.1-ci maddəsinə əsasən kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. İPM-in 97.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. İPM-in 97.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanın ı istisna edir. Kassasiya şikayətinin geri götürülməsinin nəticələri cavabdeh və vəkilinə izah edilmişdir. Bəhs olunan prosessual hüquq normalarına əsasən cavabdehin ərizəsinə əsasən kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 97 və 98.1-ci maddələrini rəhbər tutaraq qərar verdi: Ərizə təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-936/2019 saylı, 21 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3093/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3093/2019
22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver