Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3093/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dayandırılmış ikinci dərəcə əlilliyin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 nömrəli qərarının ləğv edilərək İİ dərəcəli əlilliyinin bərpa olunması və minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2-1(104)-557/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 13889 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə iddiaçının “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ v ə sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə asteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, sağ aşıq-baldır oynağının fibroz ankilozu, sağ aşağı ətrafın 2 sm qısalığı. Partlayış yaralanması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış tərs axınlı senal fleblə yaranın bağlanması cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları. Sağ dərinin incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlaməti” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, ona “Partlayış travması (xx.xx.2020) nəti cəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, sağ baldırın aşağı 1/3-nin geniş həcmli toxuma defektli yarasına görə c/ə son.çapıq” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş və həmin qərarda ona tibbisosial yardım və reabilitasiya vasitəsi kimi aşağı ətraf ortezi, qoltuqaltı ağaclar, reabilitasiya müalicəsi, çəlik, ixtisasla şdırılmış müalicə, əsa təyin edilmişdir.
3. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinədə olmuş və ona xx.xx.2022-ci il tarixdən “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının fibroz ankilozu” diaqnozu üzrə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun un müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndi üzrə - etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9, G80G80.9)) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş və həmin qərarda iddiaçıya tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi minik avtomobili, reabilitasiya müalicəsi, ixtisaslaşdırılmış müalicə təyin edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** tibbi rəyində iddiaçının diaqnozu “Odlu silahla yaralanmadan sonra sağ baldırın arxa səthində boylama, sa ğ aşıq baldır oynağının ön, sol baldırın yuxarı 1/3-nin ön, sol aşıq baldır oynağının diz səthlərində çapıq toxumaları, sağ baldır ərim-nin sital metafizinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ diz topuğunun qeyri-düzgün bitişmiş sınığı, sağ aşıq sümüyünün bitişmiş sınığı, sağ aşıq baldır oynağının varus deformasiyası, İV dərəcəli artrozu-fibroz ankilozu, sağ pəncənin içəri rotasiyası, sol diz topuğun bitişmiş sınığı, yumşaq toxumalarda metal qəlpəsi, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması, sağ aşağı ətrafın 5 sm qısalığı” kimi müəyyən edilmişdir.
5. İddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə yenidən qiymətləndirilərək, “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklə rinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyridüzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının fibroz ankilozu” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndi üzrə - topuq oynağının ankilozu və ya kəskin kontakturası nəticəsində pəncənin qüsurlu vəziyyə ti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24, Q.72-Q72.7)) müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi barədə qərar qəbul edilmiş və həmin qərarda iddiaçıya tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi dirsəkaltı ağaclar, qoltuqaltı ağaclar, ixtisaslaşdırılmış müalicə təyin edilmişdir.
6. İddiaçının həmin qərardan verilmiş şikayətinə əsasən onun əyani müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, o, hər iki aşağı ətrafda olan ağrılardan, hərəkət məhdudluğundan şikayətlənir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol baldırın yuxarı 1/3-də, sol topuqda, sağ topuqda travmatik çapıqlar, sağ baldırda Q.A.İlizarov aparatının yerlərinə məxsus çapıqlar, sağ baldırın bayır səthində boylama istiqamətdə aşağı 1/3-də təxminən 30 sm ölçüdə əm əliyyat çapığı, sağ aşıqbaldır oynağında iç və bayır topuqları birləşdirən pəncənin ön səthində köndələn istiqamətdə geniş əməliyyat çapığı izlənilmişdir. Sağ pəncənin iç tərəfə doğru əyilməsi, ankiloz əlamətləri qeyd olunmuşdur. Sağ topuq sümükləri əməliyyat ilə çıxarıldığından sağ aşağı ətrafda təxminən 2-3 sm qısalıq qeyd edilmişdir. Sol pəncədə hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əl illik təyinatı barədə qərar qəbul edilmişdir. 7. “Medistyle Hospital”ın xx.xx.2023-cü il tarixli rəyindən göründüyü kimi, iddiaçının iynə EMG müayinəsinin nəticəsi “Müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sağda ümumi Peroneal sinirin ağır aksonal degenerasiyalı distal neyropatiyası, solda Peroneal sinirin səthi şaxəsinin distal neyropatiyası lehinə dəyərləndirilir” kimi qeyd edilmişdir. 8. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 6547 nömrəli xx.xx.2023-cü il tarixli ambulator xəstənin tibbi vərəqində iddiaçının vəziyyəti (Statuc localis) yuxarı ətrafda parez yox, reflekslər canlı, aşağı ətrafda proksimal hissə 5 bal, refleks sağda alınır, solda abs, distal hissə sağ tərəfdə plegiya, əzələ gücü 0-1 bal, tonus enib, solda dista l parez, əzələ gücü 2 bal, tonus enib,..., sağ baldır əzələlərinin atrofiyası, sağda ümumi peroneal sinirin ağır ansonal degenerasiyası distal neyropatiyası, solda peroneal sinirin səthi şaxəsinin distal neyropatiyası kimi müəyyən edilmiş və ona “Y36-Partlayış travması (2020-ci il), T93-Hər iki aşağı ətrafların baldır sümüklərinin sınığından sonrakı vəziyyət, G82.0-Posttravmatik iki tərəfli N.Peroneal neyropatiyası, sağ ətrafın distal plegiyası, sol ətrafın distal parezi, hərəki və hissi funksiyanın və yerişin pozulması” diaqnozu qoyulmuşdur.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış elektron məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 31-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Nazirlik tərəfindən minik avtomobili ilə təmin edilirlər. O, 20 iyun 2022-ci il tarixindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında uçota alınmışdır. Göstərilənləri nəzərə alaraq onun avtomobil ilə təmin olunmağına növbəlilik qaydasında baxılacaqdır.
10. Az ərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış elektron məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, müraciəti əsasında o, xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2023-cü il tarixind ən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən əsas diaqnoz (Sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq baldır oynağının fibrozankilozu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas vermir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı elektron məktubda qeyd olunmuşdur ki, iddiaçının avtomobil ilə təmin olunmağına növbəlilik qaydasında baxılacaqdır. Hüququ yarandığı halda minik avtomobili ilə təmin edilənədək Sosial Xidmətlər Agentliyi tərəfindən imtiyazlı şəxsə ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Pulsuz avtomobil almaq üçün Nazirlikdə növbəyə dayanmış imtiyazlı şəxslərə 2022-ci ilin ikinci yarısı üçün nəqliyyat xərci kimi pul kompensasiyası ödənildiyi zaman ona da ödəniləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 nömrəli qərarının ləğv edilərək İİ dərəcəli əlilliyinin bərpa olunması və minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il Vətən Müharibəsi veteranı və müharibə əlilidir. Əlilliyi odlu silahla yaralanmadan sonra sağ baldırın arxa səthində boylama, sağ aşıq baldır oynağının ön, sol diz oynağının ön, sol baldırın yuxarı üçdə birinin ön, sol aşıq baldır oynağının diz səthlərində çapıq toxumaları, sağ baldır sümüyünün distal metafizinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ diz topuğun qeyri-düzgün bitişmiş sınığı, sağ aşıq sümüyünün bitişmiş sınığı, sağ aşıq baldır oynağının varus deformasiyası, dördüncü dərəcəli artrozu, fibroz ankilozu, sağ pəncənin içəri koteziyası, sol diz topuğun bitişmiş sınığı, yumşaq toxumalarda metal qəlpənin daimi ağrı sindromu və dayaq hərə kət funksiyasının pozulması, sağ aşağı ətrafın 5 sm qısalığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, pəncənin qüsurlu vəziyyətdə ankilozu diaqnozu ilə əlaqədardır. Hücum zamanı düşmənin minaatanla həmləsi nəticəsində ağır yaralanmışdır, yaxınlğına 18 sayda minaatan mərmisi düşmüşdür. Nəticədə sağ ayağı topuqdan qopmuş, sol ayağı geriyə doğru burulmuş, başına, sol qoluna və dizinə qəlpələr girmişdir. Əməliyyat olunmuş və ayağı yerinə tikilmiş, lakin qüsurlu vəziyyətdə qalmışdır. Hazırda əlilliyi çox ağır dərəcədədir. Əvvəlcə ona İİİ dərəcə əlillik təyin edilmişdir. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə yenidən müayinəsi həyata keçirilmiş və ona İİ dərəcəli müddətsiz əlillik və avtomobil təyinatı aparılmışdır. Bir neçə ay öncə, 2023-cü ilin iyul ayında cavabdehə müraciəti etmişdir ki, bir ildir növbədədir, onun reabilitasiya olunmağı üçün avtomobilə ehtiyacı var. Bu tələbinə görə cavabdeh bəhanə ilə onu təkrar komissiyadan keçirmiş və İİ dərəcə əlilliyini və avtomobil təyinatını ləğv edib, İİİ dərəcə əlillik təyin etmişdir. Beləliklə də, ona qarşı böyük haqsızlıq edilmişdir. Bu haqsızlıqla barışmayacaqdır və axıradək mübarizə aparmaq əzmindədir. Cavabdeh əvvəlcə ona müddətsiz İİ dərəcə əlillik və avtomobil təyinatı vermiş, daha sonra qərəzli şəkildə bunu ləğv etmişdir. Cavabdehə müraciət etmiş və İİ dərəcə əlillik və avtomobil təyinatının bərpa olunmasını tələb etmişdir. Lakin cavabdeh ona məktub ünvanlayaraq guya İİ dərəcə əlillik təyin edilməsini, avtomobil təyinatına isə əsas olmadığını bildirmişdir. Halbuki, cavabdeh ona İİ deyil, məhz İİİ dərəcə əlillik təyin etmi şdir. Beləliklə, cavabdeh bu faktı təhrif etməklə tələbini təmin etməkdən yayınmışdır. Hesab edir ki, cavabdeh onun müddətsiz İİ dərəcə əlillik və avtomobil təyinatını bərpa etməlidir. Bu imtiyazdan cavabdehin onu məhrum etməsi qanuni deyildir. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilmişdir və bu qərarın 13.4.32-ci bəndinə əsasən, onun diaqnozunda ayağın 4-7 sm qısalması 40 faiz müddətsiz, 13.4.39-3-cü bəndinə əsasən isə pəncənin qüsurlu vəziyyətdə ankilozu 40 faiz müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsasdır. Bu isə nəinki İİ dərəcə, hətta İ dərəcə əlillik deməkdir.
14. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını işin yuxarıda (bu qərarın 1-11-ci bəndlərində) sadalanan hall arı ilə əsaslandırmışdır.
15. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-4934/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik və ziyyətinin qiymətləndirilməsi məqsədilə Goranboy rayon Mərkəzi Xəstəxanasının 0278003AAJX2 nömrəli göndərişi və müraciəti əsasında 1 nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə edilməklə tibbi sənədləri yoxlanılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasın meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, ona xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə iddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndi rilməsi məqsədilə həmin göndəriş və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün iddiaçının qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-X-14520/2023 nömrəli bildiriş məktubu göndərilərək, xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə iddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ona Azərbaycan Resp ublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.
16. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 02 may 2024-cü il tarixli 21(114)-887/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyinin ləğv olunduğu tarixdən b ərpa edilməsi və ona minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsist emə daxil edir. Məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, cavabdeh orqana iddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair cavabdehin qərarının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə ətraflı məlumat və bu barədə, sənədlərin təqdim edilməsi barədə sorğu verilmişdir. Cavabdeh orqan sorğuya cavab məktubunda əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlandığını, xx.xx.2023-cü il tarixində iddi açının əyani müayinədə iştirak etdiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatının aparıldığını, reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstərişin olmadığının müəyyən edildiyini bildirmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, “əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması” halı yalnız o halda “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər ki, iddiaçının əlilliyi ilə bağlı hallara aid şübhəli məsələ ortaya çıxmış olsun. Yəni, həmin hal iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Lakin cavabdeh orqan iddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və onun yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən əsasları, sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi-Sosial Ek spertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı- inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələbinə görə qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tələbində iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə qərarın ləğv edilməsinə, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə dair qərar qəbul etmişdir.
19. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh iddiaçını 2023-cü ilin iyun ayında əyani müayinəyə cəlb edərək, onun həmin tarixə olan əlillik vəziyyətini qiymətləndirdiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Hansı ki, həmin dövrdə “Əli lliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na dair Əsasnamə artıq qüvvədə deyildi. Həmin Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilməklə, “Əlilliyin müəyyən olunması meyarları” qəbul edilmişdir. Cavabdeh orqan iddiaçını qiymətləndirdiyi dövrdə - xx.xx.2023-cü il tarixdə qüvvədə olan normativ-hüquqi akt (“Əlilliyin müəyyən olunması meyarları”) əsasında onun əlillik vəziyyətini, orqanizmin funksiyalarının pozulması faiz və müddətini müəyyən etməli idi. Digər tərəfdən, iddiaçıya xx.xx.2022-ci il tarixdə “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının fibroz ankilozu” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilən zaman “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndinə - etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9)) istinad edilmişdir ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 6547 nömrəli tibbi vərəqində də bu hal öz təsdiqini tapmışdır. Həmin sənəddə qeyd olunur ki, iddiaçının vəziyyəti (Statuc localis) yuxarı ətrafda parez yox, reflekslər canlı, aşağı ətrafda proksimal hissə 5 bal, refleks sağda alınır, solda abs, distal hissə sağ tərəfdə plegiya, əzələ gücü 0-1 bal, tonus enib, solda distal parez, əzələ gücü 2 bal, tonus enib,..., sağ baldır əzələlərinin atrofiyası, sağda ümumi peroneal sinirin ağır ansonal degenerasiyası distal neyropatiyası, solda peroneal sinirin səthi şaxəsinin distal neyropatiyası kimi müəyyən edilmiş və ona “Y36-Partlayış travması (2020-ci il), T93-Hər iki aşağı ətrafların baldır sümüklərinin sınığından sonrakı vəziyyət, G82.0-Posttravmatik iki tərəfli N.Peroneal neyropatiyası, sağ ətrafın distal ple giyası, sol ətrafın distal parezi, hərəki və hissi funksiyanın və yerişin pozulması” diaqnozu qoyulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** tibbi rəyində iddiaçının diaqnozu “Odlu silahla yaralanmadan sonra sağ baldırın arxa səthində boylama, sağ aşıq baldır oynağının ön, sol baldırın yuxarı 1/3-nin ön, sol aşıq baldır oynağının diz səthlərində çapıq toxumaları, sağ baldır ərim-nin sital metafizinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ tiz topuğunun qeyri-düzgün bitişmiş sınığı, sağ aşıq sümüyünün bitişmiş sınığı, sağ aşıq baldır oynağının varus deformasiyası, İV dərəcəli artrozu-fibroz ankilozu, sağ pəncənin içəri rotasiyası, sol tiz topuğun bitişmiş sınığı, yumşaq toxumalarda metal qəlpəsi, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması, sağ aşağı ətrafın 5 sm qısalığı” kimi müəyyən edilmişdir. İddiaçının qiymətləndirildiyi dövrdə qüvvədə olan Meyarlara əsasən də onun orqanizmin funksiyalarının pozulma faizi 65-80% aralığında, müddəti isə müddətsizdir ki, yenə də cavabdeh orqanın iddiaçını əyani müayinəyə cəlb etdiyi dövrdəki qanunvericilikdə ona müddətsiz ikinci dərəcə əlillik təyinatı aparması üçün əsaslar mövcud olmuşdur.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilən zaman tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi minik avtomobilinə göstəriş təyin edilmiş və o, avtomobil növbəsi üzrə növbəlilik uçotuna alınmışdır. Cavabdeh orqa nın qanunvericiliyə uyğun olmayan qanunsuz davranışları nəticəsində isə ona xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılan zaman reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstərişin olmadığı müəyyən edilərək, minik avtomobilinə növbəlilik siyahısından çıxarılmışdır ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə həmin faktiki xarakterli hərəkətləri də əsassız və qanunsuz hesab edir.
21. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və R.M.Cəfərov) 16 iyul 2024-cü il tarixli, 2-1(104)-557/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
25. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətin ə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.... Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasın ın faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəb lərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik;... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bən d 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim ol unur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdi m etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya məhz ikinci dərəcə əlillik təyin edilməli, həmçinin, minik avtomobilinə tibbi göstəriş verilməli olub-olmaması ilə bağlı lazımi qaydada ar aşdırma aparmışdır.
37. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 21(104)-557/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.