Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3094/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (vəkillə təmin olunmama və kassasiya mümkünlüyü barədə) iş № 2-1(102)-3094/19 Bakı şəhəri 04 dekabr 2019-cu il Açar sözlər: dövlət hesabına vəkillə təmin edilməmə, kassasiya mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddia çı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1500/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsinə baxılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 7 saylı binanın birinci blok, 155 saylı, ümumi sahəsi 82,11 kv.metr olan iki otaqdan ibarət mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(82)1103/2019 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1500/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin edilməmişdir. Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti məhkəmənin icraatına daxil olduqdan sonra şikayətin qanunvericiliklə müəyyən edilmiş qaydada vəkil tərəfindən tərtib olunaraq imzalanmadığı və vəkilin orderinin əlavə olunmadığı müəyyən edilmiş və bununla bağlı ididaçıya müvafiq bildiriş göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəsində iddiaçı maddi imkanının olmaması səbəbindən vəkil ilə müqavilə bağlaya bilmədiyini qeyd etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Konstitusiyas ının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin): - 67.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştir akını təmin edir; - 121.2-ci maddəsinə görə, bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması üçün onun maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanının olmaması təsdiq edilməlidir. «Azərbaycan Respublikası MPM-nin 67 və 423-cü maddələrinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyinə görə, ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödənişsiz hüqu qi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil hüquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq Konstitusiya hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir. Bu mövqeyinin davamı olaraq Konstitusiya Məhkəməsinin qəbul etdiyi 30 yanvar 2014-cü il tarixli qərarında məsələyə dair qeyd edilmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olubolmamasını hərtərəfli aydınlaşdırmalı dırlar. Göstərilmiş tələbləri iddiaçının təqdim etdiyi ərizəyə və sənədlərə münasibətdə tətbiq edərkən müəyyən edilmişdir ki, iddiaçı ərizəsində maddi imkanının olmaması səbəbindən vəkillə müqavilə bağlaya bilmədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər-hansı sənəd təqdim etməmişdir. İddiaçıya 20 noyabr 2019-cu il tarixdə məhkəmə bildirişi göndərilərək, məhkəmə iclasının təyin olunduğu vaxtadək vəkillə müqavilə bağlaması üçün maddi imkanının olmadığına dair məhkəməyə hər-hansı sübutun təqdim olunması təklif edilmiş, lakin iddiaçı təyin olunmuş vaxtadək məhkəməyə aztəminatlı olması və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmaması barədə heç bir sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının aztəminatlı olaraq dövlət h esabına vəkillə təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar hazırki işdə mövcud olmadığından, iddiaçı dövlət hesabına vəkillə təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbu lundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edildiyi kimi, kassasiya şikayətinin mümkünlüyünü şərtləndirən tələblərdə həmçinin kassasiya şikayətinin vəkil tərəfindən imzalanması və vəkilin səlahiyyətlərini təsdiq edən orderin əlavə edilməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və vəkilin orderi əlavə olunmamışdır. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki şikayət vəkil tərəfindən tərtib edilməklə imzalanmamış, habelə vəkilin orderi şikayətə əlavə edilməmişdir. Habelə, yuxarıda göstərilmiş 96.3-maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə iddiaçıya müvafiq bildiriş göndərilmiş və vəkil tərəfindən tərtib olunmaqla imzalanmış kassasiya şikayətinin və vəkilin orderinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin, iddiaçı göstərilən nösanları aradan qaldırmamışdır. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90.3, 96.3 və MPM-nin 67 və 121-ci maddələrini rəhbər tutmaqla məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2-1(103)-1500/2019 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-3094/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3094/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver