Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3099/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARDADİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququn reyestrdə qeydiyyata alınıb çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 2-1(103)-1728/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2217 saylı xx.xx.2000-ci il tarixli sərəncamı əsasında onun mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(112)-15426/2023 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 2-1(103)-1728/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, P.Hüseynov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışıdır.
5. İddia təmin edilərkən məhkəmələrin mövqeyi aşağıdakı kimi olmuşdur: 1) iddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi, 103 saylı binanın qarşısında yerləşən 600 kv m torpaq sahəsi qanuni əsaslarla yerli ic ra hakimiyytinin sərəncamı əsasında torpağın yerləşdiyi yeri müəyyən etməyə imkan verən cizgisi tərtib olunub təsdiq olunmaqla, iddiaçının istifadəsinə verilmiş və həmin sərəncam kimsə tərəfindən mübahisələndirilməmiş, hal-hazırda qüvvədədir və bu hallar mübahisəsisdir. 2) Cavabdeh orqanın üçüncü sırada, adıçıkilən müayinə aktından isə göründüyü kimi, torpaq sahəsinin faktiki ölçüsü 591 kv.m təşkil edir, yəni, iddiaçı tərəfindən artıq torpaq sahəsi zəbt olunmamışdır. Coxbucaqlı konfiqurasiyaya malik həmin sahə 2 m hündurluyündə səkidaşı ilə hasarlanmışdır, yəni, sərəhdləri bəlli olan bir torpaq sahəsidir və içərisində də tikili olmayan, şam ağacları olan boş bir sahədir. 3) Sözügedən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olmuş (keçmiş) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd olunan tələbləri baxımından, tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasını zəruri edən faktiki şərtlər sübuta yetirilir 4) O ki qaldı, həmin torpaq sahəsi daxilində şam ağaclarının olmasına, həmin ağaclar kənar sahədə yox, məhz iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin hüduduları daxilində yerləşir və nə qədər ki, həmin ağacların iddiaçı tərəfindən salınmadığı və ona məxsus olmadığı cavabdeh tərəfindən sübuta yetirilməyib, sonuncunun həmin səbəbə söykənən dəlilləri qeydiyyatdan imtina üçün əsas ola bilməz. 5) Göstərilən torpaq sahəsinin bir tərəfindən 24-27 m məsafədə elektrik stansiy ası yerləşdiyini əsas tutaraq, cavabdehin hər vəchlə qeydiyyatdan imtina üçün səbəb kimi qeyd etdiyi digər bir dəlili də həmçinin, qeydiyyatdan imtinaya əsas ola bilməz. Birincisi ona görə ki, iddiaçı həmin sahəni özbaşına tutmamış, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında ona ayrılmışdır. Cavabdeh orqan həmin sərəncamın qanunsuz olmasını mübahsələndirməkdə heç subyektiv hüquqa da malik deyil. Bu hüquqa həmin sərəncam verilərkən qüvvədə olmuş qanunvericiliyə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısına məxsusdur ki, bu sonuncunun da belə bir inzibati aktı mövcud deyildir. 6) Binəqədi RİHB-nın müavininin işə əlavə olunmuş 18 sentyabr 2023-cü il tarixli məktubunda da sərəncamda müvafiq düzəliş aparıldığı təsdiq olunur. Bundan əlavə, sərəncamın mətnindəki iddiaçının soy adında mövcud olan yanlışlıq olması, Binəqədi rayon İH-nin memarı tərəfindən tərtib olunub təsdiq olunan torpaq sahəsinin yerləşmə cizgisindən də aydın görünür. Belə ki, həmin cizginin tərtib olunduğu şəxs kimi, “vət. İddiaçı” təsbit olunmuşdur. 7) işdə Binəqədi rayon İH-nin memarı tərəfindən iddiaçının adına tərtib olunub təsdiq olunmuş yerləşmə cizgisi mövcuddur. İkincisi, cavabdehin mübahisəlndirdiyi cizginin özü də sərəncamı qəbul edən yerli icra hakimiyyəti orqanın alt qürumu M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi üzrə nümayəndəsi tərəfindən tərtib olunub təsdiq olunmuşdur.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə ko llegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəl lənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayə t hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiy ası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inz ibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının x x.xx.2024-cü il tarixli 2-1(102)-57/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1046/2024 nömrəli qərarları).
11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən, məh kəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2024-cü il tarixli, 21(103)-1728/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.