Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-31/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-31/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: hüquq varisliyin müəyyən olunmaması, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vərəsəsi xxx2nın və vəkili Vəkil iştirakları ilə, İddiaçı vərəsəs i kimi təqdim olunan xxx2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1531/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, xxx3 bağ massivində yerləşən 232 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul o lunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar Komitəsi və xxx4ndan ona xxx3 bağ massivində 224 saylı bağ sahəsi ayrılmış, sonradan iddiaçının müraciəti əsasında həmin qurum tərəfindən birgə iclas keçirilmiş və 05 saylı, xx xxxxxx 2002-ci il tarixli qərarına əsasən, 232 saylı bağ sahəsi də iddiaçıya ayrılmış, üzvlük kitabçasında buna dair müvafiq düzəliş edilmiş, habelə həmin torpaq sahəsinin yerləşmə sxemi də təqdim edilmişdir. İddiaçı onun istifadəsinə ayrılmış bağ sahələrinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə 232 saylı bağ sahəsi ilə bağlı məlumatların aşkar olunmaması əsası ilə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)340/2019 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının adına verilmiş “üzvlük bileti”ndə əks olunmuş qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilməlidir. Ləğv edilmiş təşkilatın arxiv saxlayıcısı olmasına baxmayaraq, müvafiq bağ sahəsinə dair sənədlərin cavabdehdə olmaması və xxx4nın nəzdində olan 224 saylı bağ sahəsinə iddiaçının hüquqlarının qeydə alınması, 232 saylı bağ sahəsinə münasibətdə iddiaçının istifadəçi statusunun dəyişməsinə səbəb ola bilməz. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı etibarnamə üzrə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizə və sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı vəfat etmiş və X1 miras qoyanın vərəsəsi olması barədə Bakı şəhər 6 saylı notariat ofisi məlumat vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1531/2019 saylı qərardadı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) iş üzrə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, prosessual hüquq varisliyinin yaranması üçün ilk növbədə maddi hüquq varisliyi mövcud olmalıdır. Hazırki halda, iddiaçının ən azı üç vərəsəsinin olmasına baxmayaraq, onlardan hansının iddiaçının y eganə vərəsəsi olması barədə hüquqi prosedur başa çatmamışdır və hüquq varisliyi ilə bağlı müvafiq sənədlərin məhkəməyə nə vaxt təqdim edilə biləcəyi də bəlli deyildir. Göstərilən hal iş üzrə icraatın dayandırılması əsaslarına daxil olmadığından iş üzrə icraata xitam verilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2, Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 1.2, 7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1, 254.1, 261.0, 391-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçının vərəsəsi təqdim olunan şəxs kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilə n tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçının vərəsəsi kimi təqdim olunan şəxs şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi onun vərəsə olaraq qəbul olunmasından imtina etmiş və prosessual qanunvericiliyin hüquq varisliyinə yol verilməyən hüquq münasibətlərini tənzimləyən müddəalarına istinad etməklə iş üzrə icraata xitam vermişdir. Halbuki, Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən iddiaçının vəfat etməsi səbəbindən xx xxxx 2019-cu il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və o, iddiaçının yeganə vərəsəsi olaraq müəyyən edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçının vərəsəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1, 58.2, 261-ci maddələrinə istinad e tmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vərəsəsi kimi təqdim olunan şəxs və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxx 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının ən azı üç vərəsəsi (əri, qızı və oğlu) vardır. Bu üç vərəsədən hansının yeganə vərəsə olması barədə hüquqi prosedur başa çatmamışdır. Eləcə də, onlar arasında miras əmlakla bağlı mübahisənin çıxmayacağı yalnız ehtimaldır və üç vərəsədən hansının hüquq varisi kimi məhkəməyə onun maddi hüquq münasibətlərində hüquq varisliyini təsdiq edən sənədi (vərəsəlik şəhadətnaməsini) təqdim etməmişdir və bu sənədin nə vaxt təqdim ediləcəyi bəlli deyil. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi onların tələblərinə riayət etmişdir. Apellyaisya məhkəməsi hesab etmişdir ki, prosessual hüquq varisliyinin yaranması üçün ilk növbədə maddi hüquq varisliyi mövcud olmalıdır. Lakin iddiaçının ən azı üç vərəsəsinin olmasına baxmayaraq, onlardan hansının iddiaçının yeganə vərəsəsi olması barədə hüquqi prosedur başa çatmamışdır və hüquq varisliyi ilə bağlı müvafiq sənədlərin məhkəməyə nə vaxt təqdim edilə biləcəyi d ə bəlli deyildir. Bu mövqeyi mübahisələndirən iddiaçının vərəsəsi kimi təqdim olunan şəxs bildirmişdir ki, məhkəməyə təqdim edilmiş notarial kontorunun məlimatında bilavasitə onun yeganə vərəsə olduğu göstərilmişdir ki, bu hal onun hüquq varisliyinin müəyyən edilməsi üçün də əsas kimi qəbul olunmalı idi. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmaısnı zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin müddəalarında inzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliyi ilə bağlı məsələ tənzimlənməmişdir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 36.6-cı maddəsinə əsasən, inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasınd a keçməsinə yol verilmir. Maddənin tələbindən göründüyü kimi, inzibati icraatda hüquq varisliyi qaydasında şəxs yalnız o halda cəlb oluna bilərlər ki, əgər maddi hüquq belə varisliyin müəyyən edilməsinə imkan verir. İddia tələbi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı olduğundan, bu sahəyə dair maddi hüquq normalarının hüquq varisliyə yol verilibverilməməsi müəyyən olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: - 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüqu qların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu maddənin tələbinə görə, daşınmaz əmlak üzərində hüquqlara malik olan şəxs onun hüququnu təsdiq edən cıxarışı almadan öldukdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə qeydiyyat orqanı arayış verməlidir ki, həmin arayış hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab olsun. Beləliklə, inzibati icraata dair qanunverciliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatına dair maddi normalar hüquq varisliyinə yol verdiyindən, inzibati məhkəmə icraatı üzrə də hüquq varisliyinin mümkünlüyü qəbul olunmalıdır. Lakin apellyasiya məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, iddiaçının bir neçə vərəsəsinin o lduğu güman edildiyindən və həmin vərəsələrdən hansının yeganə vərəsə olması barədə hüquqi prosedur başa çatmadığından, inzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliklə bağlı məsələnin hazırki mərhələdə həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; - 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; - 1321.3-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər h ansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. - 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddələrin tələblərindən göründüyü kimi, vərəsələr kimi müəyyən edilmiş şəxslərin miras əmlaka hüququnu təsdiq edən rəsmi sənəd vərəsəlik şəhadətnaməsidir ki, belə şəhadətnamə müəyyən şərtlərin mövcudluğu halında mirasın açıldığı gündən altı ay keçdikdən son ra və yaxud daha tez verilə bilər. İddiaçının vərəsələrinə dair müvafiq şəhadətnamə təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə bildirdiyi əsasları qanunverciliyin tələblərinə uyğun hesab edir. Kassasya şikayətində istinad olunan Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixi məlumat isə vərəsənin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tərtib edilməli olan hüquqi sənəd deyildir, cavabdehə ünvanlanan və istinad edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş arayışı ehtiva edə bilər ki, həmin arayışa məhkəmə tərəfindən qiymətin verilməsi qeyri-mümkündür. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquq i qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı vərəsəsi kimi təqdim edilən şəxs xxx2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kol legiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1531/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-31/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-31/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver