Məhkəmə qərarları › İş №2-1(102)-31/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-31/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-31/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pe nsiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 21(103)-263/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il tarixdə Salyan rayonunun Rəncbər kəndində anadan olmuşdur. İddiaçı 04.04.1973- cü ildə əmək fəaliyyətinə başlamış, 04.04.1973-05.03.1974cü illərdə “Sabirabad” PMK-24-də “rəngsaz”, 09.07.1975-10.08.1983-cü illərdə “Azneft İB”nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”. 12.09.1983-01.11.1983-cü ildə həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-da “rəngsaz”, 21.11.1983- 29.01.1984-cü illərdə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi” ndə “rəngsaz”, 01.02.1984-18.06.1984cü illərdə həmin idarədə 6-cı dərəcə “rəngsaz”, 18.06.1984-27.08.1984-cü illərdə “X1 Zavodu”nda “rəngsaz”, 01.09.1984-02.12.1985-ci illərdə “Tikinti İdarəsi-75”-də “rəngsaz”, 02.01.1986-24.03.1986-cı illərdə “Əli Bayramlı Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, 01.04.1986-05.02.2004-cü illərdə “Azərenerjitikinti”ndə “rəngsaz”, 03.04.2006-09.06.2008ci illərdə “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, 10.06.2008-13.11.2014-cü illərdə “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, 14.11.201411.08.2015-ci illərdə “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, 12.08.2015-29.04.2019-cu illərdə “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işl əmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona 13.02.2012-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin ona 09.04.2019-cu il tarixdə, 64 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı iki dəfə ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu 13.02.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçıya ünvanladığı 28.01.2020-ci il və 17.03.2020-ci il tarixli məktublarda “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək bildirmişdir ki, təqdim etdiyi sənədlərin əsilləri tam şəkildə təqdim olunduğu halda, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ B irinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 13.02.2012-ci il tarixdən, 57 yaşdan pensiyanın təyin edilməsi və həmin tarixdən hal-hazıradək yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il tarixdə Salyan rayonunun Rəncbər kəndində anadan olmuşdur. Hazırda Şirvan şəhərində yaşayır. 04.04.1973-cü ildən hal-hazıra kimi ümumi 49 il 08 ay əmək stajı vardır. 04.04.197305.03.1974- cü illərdə “Sabirabad” PMK-24-də “rəngsaz”, 09.07.1975-10.08.1983-cü illərdə “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdırma İdarəsi-2”-də “rəngsaz”. 12.09.1983-01.11.1983cü ildə həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-da “rəngsaz”, 21.11.1983- 29.01.1984-cü illərdə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, 01.02.1984-18.06.1984-cü illərdə həmin idarədə 6-cı dərəcə “rəngsaz”, 18.06.198427.08.1984-cü illərdə “X1 Zavodu”nda “rəngsaz”, 01.09.1984-02.12.1985-ci illərdə “Tikinti İdarəsi-75”-də “rəngsaz”, 02.01.1986-24.03.1986-cı illərdə “Əli Bayramlı TikintiQuraşdırma İdarəsi”ndə “rəngsaz”, 01.04.1986-05.02.2004-cü illərdə “Azərenerjitikinti”ndə “rəngsaz”, 03.04.2006-09.06.2008-ci illərdə “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, 10.06.2008-13.11.2014-cü illərdə “Neftq aztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, 14.11.2014-11.08.2015-ci illərdə “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, 12.08.2015-29.04.2019-cu illərdə “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona 13.02.2012-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ona 09.04.2019-cu il tarixdə, 64 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, 01.07.2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı topladığına görə onun 13.02.2012-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

6. Cavabdehin etiraz dəlilləri iddiaçıya pensiya təyin edilməsindən imtinanın əsasları ilə eynidir.

7. Birinci instansiya məhkəməsinin 02.09.2020-ci il tarixli, 2-1(112)-4998/2020 nömrəli (hakim Elvin Əhmədov) qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən, iddiaçı 13.02.2012-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajına malik olsa da, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışa nlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının 13.02.2012-ci il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmadığı iş materialları ilə təsdiqini tapdığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz.

9. İddiaçı apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının lə ğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə- apelyasiya instansiyası məhkəməsi) 11.03.2021-ci il tarixli, 2-1(103)-263/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02.09.2020-ci il tarixli, 2-1(112)-4998/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyiş dirilmədən saxlanılmalıdır.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi onun işlədiyi peşələrin məhz neft və qaz sahəsinə aid olmadığını əsas götürməklə həmin müddəalara düzgün qiymət verməmişdir. Halbuki bütün bu hallar SOCAR-ın 24.04.2019-cu il tarixli güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında arayışında öz təsdiqini tapmışdır və həmin arayışa əsasən onun zərərli əmək şəraiti üzrə iş stajı 14 il 7 ay 19 gün təşkil etmişdir.

14. İddiaçı kassasiya ş ikayətində həmçinin qeyd etmişdir ki, onun işlədiyi peşə və vəzifələr zərərli və ağır iş sahələri olduğundan onun aylıq əmək haqqına 12-24%-ə kimi əlavə ödənilmiş, məzuniyyət günlərinə isə 6 təqvim günü əlavə edilmişdir. Odur ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar şifrəsi ilə eyniləşdirilə bilər.

15. Cavabdeh inzib ati orqan iddiaçının təqdim etdiyi sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxıla biləcəyini də bildirmişdir.

16. Cavabdehin imtinasında əsaslandığı hal “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01.07.2017-ci il tarixdən əlavə edilmişdir. İddiaçı isə ona həmin Qanunun 9.8-ci maddəsinə istinadən 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin olunmasını istəyir. Cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüququ pozulmuşdur. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar təhlil olunmamış və birt ərətli qərar qəbul olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Etirazda məhkəmə qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

20. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 21. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlə rdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxsl ərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müba hisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apel yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə

115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasın ın xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə

116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası

1. Əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, z ərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipi nin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə Kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

30. İşin hallarının ar aşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

31. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə mə hkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

32. Hazırkı mübahisə iddiaçının qeyd olunan müəssisələrdə işlədiyi rəngsaz peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması ilə bağlıdır.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə olunmuş iddiaçının iş yerindən arayışlara, habelə onun əmək kitabçasında olan qeydlərə görə, iddiaçı 04.04.1973-05.03.1974-cü illərdə “Sabirabad” PMK-24-də “rəngsaz”, 09.07.1975-10.08.1983-cü illərdə “Azneft İB”-nin “Azneft Tikinti-Quraşdır ma İdarəsi-2”-də “rəngsaz”. 12.09.1983-01.11.1983-cü ildə həmin idarənin tərkibində “Tikinti İdarəsi-29”-da “rəngsaz”, 21.11.1983- 29.01.1984-cü illərdə yenidən “Azneft Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, 01.02.1984-18.06.1984-cü illərdə həmin idarədə 6-cı dərəcə “rəngsaz”, 18.06.1984-27.08.1984-cü illərdə “X1 Zavodu”nda “rəngsaz”, 01.09.198402.12.1985-ci illərdə “Tikinti İdarəsi-75”-də “rəngsaz”, 02.01.1986-24.03.1986-cı illərdə “Əli Bayramlı Tikinti-Quraşdırma İdarəsi”ndə “rəngsaz”, 01.04.1986-05.02.2004-cü illərdə “Azərenerjitikinti”ndə “rəngsaz”, 03.04.2006-09.06.2008-ci illərdə “Xəzərdənizneftqaztikinti” Trestində “suvaqçı”, 10.06.2008-13.11.2014-cü illərdə “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, 14.11.2014-11.08.2015-ci illərdə “Neftqaztikint i” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz”, 12.08.2015-29.04.2019-cu illərdə “SOCAR”-ın “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində “rəngsaz” vəzifələrində işləmişdir.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əsas hissəsini müxtəlif müəssisələrdə rəngsaz peşəsində çalışmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sin ifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, həmin bölmədə nəzərdə tutulmuş rəngsaz peşəsi konkret fəaliyyət sahəsinə bağlı deyildir və ümumi anlamda təfsir olunmalıdır. Burada əsas tələb rəngsaz peşəsində çalışan şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə həmin işlərlə məşğul olmasından ibarətdir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, bu bölmədə nəzərdə tutulmuş peşəyə münasibətdə həlledici məqam həmin peşənin aid olduğu sahə deyil, həmin peşə ilə məşğul olarkən şəxsin daim təmasda olduğu və tətbiq etdiyi kimyəvi maddələrin təhlükəlilik səviyyəsi ilə bağlıdır.

35. Bu baxımdan iddiaçının həmin müəssisələrdə işlədiyi rəngsaz peşəsinin Azərbaycan Respublikası N azirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğunluğu yoxlanılmalı və bunun nəticəsindən asılı olaraq iddiaçının həmin tarixlərdə topladığı əmək stajının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı olub-olmamasına qiymət verilməli idi.

36. İddiaçının rəngsaz peşəsində çalışarkən onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə dai m təmasda olub-olmadığı, təmasda olduğu rənglərin, kimyəvi həlledicilərin, nitrolakların, antikorroziya vasitələrinin və sair bu qəbildən olan maddələrin QOST 18188-72 və İSO/TC 35, İSO /TC 35 /WG4, İSO /TC 35/ SC14 beynəlxalq standartlara görə 3-cü təhlükəlilik sinfinə aid olub-olmadığı, eyni zamanda əmək fəaliyyəti zamanı istehsalat zərurəti ilə əlaqədar iddiaçının daha təhlükəli kimyəvi maddələrlə işləyib-işləmədiyi də araşdırılmalıdır.

37. Bu məqsədlə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara müvafiq sorğular göndərilməli, bununla bağlı iddiaçını iş yerindən müvafiq arayışlar tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kas sasiya şikayəti təmin olunmalı, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 21(103)-263/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar