Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-31/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdehə qarşı (üçüncü şəxslər "xxxx" MTK və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Nərimanov RİH-ə qarşı (üçüncü şəxslər "xxxx" MTK və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) “sərəncamın ləğv edil məsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 2-1(103)-375/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublik ası Nazirlər Kabineti tərəfindən 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərar qəbul edilmişdir.
2. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktların icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 439 sərəncamı ilə rayonun Ə.Əlizadə küçəsi, 36 ünvanında yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə həmin ərazidə 0,25 ha torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir.
3. Nərimanov RİH ilə "xxxx" MTK arasında imzalanmış müqaviləyə əsasən AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarının tələblərinə uyğun olaraq sözügedən ərazidə istismar müddətini başa vurmuş, şəhərsalma prinsiplərinə cavab vermə yən yaşayış evində yaşayan sakinlərin köçürülməsini, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsini, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğdə kompensasiyanın verilməsi və digər xidmətlərin göstərilməsini "xxxx" MTK öz öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixli, 439 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin bir neçə rayonunda köhnə yaşayış binalarının sökülməsi və yenilərin tikilməsi üzrə pilot layihələr həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, xx.xx.2016-cı il tarixli qərarının adından istifadə edərək artıq neçə aydır ki, Nərimanov RİH və heç bir inşaat tikinti işindən başı çıxmayan "xxxx" MTK (xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçi Rəşad Əliyev) şəhərsalma və abadlıq adı altında sakinlərin hüquqlarını, AR Nazirlər Kabinetinin 86 nömrəli qərarının və Azərbaycan Respublikası qanunlarının tələblərini kobud şəkildə pozurlar. Belə ki, 2017-ci ilin may ayından indiyədək "xxxx" MTK tərəfindən Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən, istismar müddəti bitmiş, bir mərtəbəli məhdud kommunal şəraitli evlərin söküntüsünə başlanmı şdır, iyul ayından isə tikinti və şəhərsalma qaydaları pozularaq qanunazidd tikinti işləri aparılır. "xxxx" MTK Ə.Əlizadə küçəsi 36 ünvanından 8 mənzili köçürərək, tikinti faizi və tikinti sıxlığı göstəricilərinin yüksək olduğu ərazidə 14 mərtəbəli binanın tikintisini başlamaqla 150-dən çox mənzildə yaşayan ailələrin hüquqlarını pozur.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli, 292-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərarın 5-ci bəndinə əsasən bu qərar imzalandığı gündən qüvvəyə minmişdir və bu gün də qüvvədədir. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 439 sərəncamı ilə rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 0,25 ha torpaq sahəsinin "xxxx" MTK-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan digər inzibati aktlar Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 75 nömrəli və xx.xx.2017-ci il tarixli, 422 nömrəli sərəncamları, ayrıc aktı, obyektin tikintisinə icazə (xx.xx.2017-ci il tarixli, 13 nömrəli), tikintiyə icazə barədə Xüsusi nişan (xx.xx.2018-ci il tarixli, 23 nömrəli) Nazirlər Kabinetinin sözügedən qərarının icrasına yönəlmiş aktlardır. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə "xxxx" MTK arasında müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən, AR Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli, 86 nömrəli Qərarının tələblərinə uyğun olaraq sözügedən ərazidə isti smar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğində kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. "xxxx" MTK tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlər aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov RİH-in xx.xx.2016-cı il tarixli sərəncamı Nazirlər Kabinetinin sö zügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı vətəndaşların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş aktdır, yəni əlverişli inzibati aktdır. Digər tərəfdən, iddiaçılar mübahisələndirilən sərəncamla onların maraqlarının pozulmasının nədən ibarət olmasını və hansı aspektdə özünü büruzə verməsini əsaslandıra bilməmişlər.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(122)-1225/2020 nömrəli, 07 sentyabr 2020ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tikinti işləri aidiyyəti dövlət orqanlarının nəzarəti altında aparılmışdır və tikinti zamanı şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı aid iyyəti dövlət orqanları çatışmazlıqların aradan qaldırılması istiqamətində addımlar atmışlar. Göründüyü kimi, Bakı şəhər Cavabdehin 27 dekabr 2016-cı il tarixli, 439 saylı sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Həmin sərəncamın ləğv edilməsi üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-69-cu maddələrində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir.
9. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişlər. apellyasiya instansiya sı məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-375/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov - sədrlik edən, R. Qurbanov və V.Baxışova) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(122)-1225/2020 nömrəli, 07 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
12. İddiaçılar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-375/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillə ri
13. Kassasiya şikayətinin dəlilləri işin hallarına, iddia tələbinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğundur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, ş əxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
16. Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsi M a d d ə
75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiy ə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə il ə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu mə qsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalm a və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstər ilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti ap arılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi t ələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siy ahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.12. Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də ºamil edilir. 75.14. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
17. İnzibati icraat haqqında Qanun Maddə
13. Etimad hü ququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya d üzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Hə min aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses i ştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya i nstansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsəl ələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılma sı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sərəncamın ləğv edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçılar inşa edilən binaya yaxın binada yaşayan qonşulardır və onların hazırkı mübahisədə hüquqi marağı Cavabdehin xx.xx.2016-cı il tarixli, 439 nömrəli sərəncamının ləğv olunmasına yönəlmişdir.
28. İş üzrə materiallardan görünür ki, iddiaçılar "xxxx" MTK tərəfindən inşa edilən binanın yanında yerləşən binada yaşadıqlarından, həmin sərəncam nəticəsində onların qonşuluq hüquqlarının, habelə təbii hava axını, təbii işıqlandırma və insolyasiya, ara məsafəsi ilə bağlı normativ tələblərin pozulduğunu iddia edirlər.
29. İş üzrə materiallar a əlavə olunmuş Cavabdehin xx.xx.2016-cı il tarixli, 439 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncam hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə Ə.Əlizadə küçəsi 36 ünvanında 0,25 ha torpaq sahəsinin "xxxx" MTK-nın daimi istifadəsinə ayrılması ilə bağlıdır və sərəncamda aşağıdakı məsələlər nəzərdə tutulmuşdur: "xxxx" MTK ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; ayrılmış torpaq sahəsinə qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə etsin; ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövl ət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "xxxx" MTK-ya tapşırılsın; Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılama əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən yaşayış binaları sökülməsini təmin etsin;sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MTK tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-nə müraciət edilsin;bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır.
30. Məzmunundan da göründüyü kimi, Cavabdehin xx.xx.2016-cı il tarixli, 439 nömrəli sərəncamı torpaq sahəsinin ayrılmasını nəzərdə tutur və yalnız tikinti obyektinin layihələndirməsi üçün əsas qismində çıxış edə bilər. Sərəncamda həmçinin "xxxx" MTK tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişanın alınması haqqında RİH-nə ayrıca müraciət olunması ilə bağlı xüsusi qeyd nəzərdə tutulmuşdur.
31. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddia edilən pozuntular torpaq sahəsinin ayrılması və bununla bağlı sərəncamla deyil, tikintiyə icazə və həmin icazə əsasında tikintinin aparılması nəticəsində yarana bilər. İddiaçıların kassasiya şikayətində istinad etdikləri pozuntular da tamamilə tikinti obyektinə və onun tikintisinə bağlıdır. Qeyd edilən hal iş üzrə materiallarlardan da görünür. Həmçinin mübahisələndirilən sərəncamda tikintiyə icazə verilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan həmin sərəncam məzmun baxımından Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin 75-ci maddəsi anlamında tikintiyə icazə kimi qiymətləndirilə bilməz. İddiaçılara münasibətdə tikintinin doğurduğu faktiki nəticələr yalnız həmin tikintinin inşası üçün əsas qismində çıxış edən tikintiyə icazə barədə sərəncamdan irəli gələ bilər.
32. Tikintiyə icazə verilməsinin ümumi qaydaları Şəhərsalma və tikinti Məcəlləsinin 75-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin m üddəalarına görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti və tikinti layihəsi əlavə olunur.
33. Həmin Məcəllənin 75.11-ci maddəsinə görə, tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur.
34. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması barədə sərəncam iddiaçıların iddia ərizəsində, eləcə də kassasiya şikayətində istinad etdikləri qonşuluq hüquqlarına (yaşadıqları evlərdə təbii hava axınının pozulması, təbii işıqlandırmanın insolyasiya normativlərinə uyğun olmaması ilə bağlı) müdaxilə imkanlarına malik deyildir. Həmçinin həmin sərəncam şəhərsalma və tikinti qanunvericiliyinin ara məsaf əsi ilə bağlı tələblərini pozmaq imkanına da malik deyildir. Belə ki, qonşuluq hüquqlarının qorunması və veriləcək icazə nəticəsində qonşuların hüquqlarına müdaxilənin olub-olmaması ilə bağlı məsələlər tikintiyə icazə icraatı çərçivəsində yoxlanılmalı və tikintiyə icazə verilərkən nəzərə alınmalı olan məsələlərdir. Şəhərsalma və tikinti Məcəlləsinin 76-cı maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkil də ona məlumat verməlidir. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
35. Həmçinin qeyd olunmalıdır ki, ara məsafəsi ilə bağlı tələb torpaq sahəsinə deyil, torpaq sahəsi üzərində tikilən tikinti obyektlərinə münasibətdə müəyyən olunur. Şəhərsalma və tikinti Məcəlləsinin 69-cu maddəsinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşk il edir.
36. Beləliklə, mübahisələndirilən inzibati aktın, hətta torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması barədə olsa da belə, iddiaçıların qeyd edilən məzmunda hüquqlarına müdaxiləyə səbəb olduğu iş üzrə materiallarla təsdiq olunmur.
37. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçılar Cavabdehin xx.xx.2016-cı il tarixli, 439 nömrəli sərəncamının ləğv olunmasını tələb etməkdə haqlı sayıla bilməzlər.
38. Qeyd olunmalıdır ki, bu qəbildən olan iddialar üzrə işlərə baxarkən məhkəmələr tərəfindən mübahisə predmeti, şəxsin hüquqlarını pozma ehtimalının mövcudluğu baxımından və hüquqi marağı nəzərə alınmaqla dəqiqləşdirilməli, bununla bağlı ona hüquqi yardım göstərilməlidir. Belə yanaşma məhkəmənin yardımetmə vəzifəsindən v ə prosessual qənaət prinsipindən irəli gəlir.
39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 21(103)-375/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.