Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-31/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin, xx.xx.1994 - xx.xx.1999-cu illərdə X2 və xx.xx.1999 - xx.xx.2002-ci illərdə X1 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2-1(106)-157/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədə k işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1980-cı il tarixədək işləmiş, xx.xx.1980-ci il tarixdə Sumqayıt Politexnik Texnikumunun gündüz (əyani) bölməsinə qəbul olunmuş və imtahanda iştirak etmədiyinə görə xx.xx.1983-cü il tarixdən xaric olunmuşdur. xx.xx.1987-ci il tarixdə texnikumun qiyabi bölməsinə bərpa olunaraq xx.xx.1988-ci il tarixdə təhsilini başa çatdırmış və xx.xx.1988-ci il tarixli 7 nömrəli protokol əsasında diplom almışdır. Həmçinin, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək (X2) və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək (X1 İdarəsində) işləmişdir.
2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi qanunda nəzərdə tutulmadığı üçün təhsil müddəti sığorta stajına daxil edilməmişdir. Bundan başqa, əmək kitabçasında xx.xx.1994 - xx.xx.2001-ci illərdə X2 işləməsi qeyd olunsa da, həmin illərin qarşılıqlı yoxlanması zamanı müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, həmin illər sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1980 - xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texn ikumunda əyani təhsil aldığı müddətin, xx.xx.1994 – xx.xx.2001ci illərdə X2 və xx.xx.2001 - xx.xx.2002-ci illərdə X1 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
5. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
6. Şirvan İnzibati Məhkəməsinin (hakim: S.F.Həsənov) 06 dekabr 2021-ci il tarixli, 21(120)-665/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil ald ığı müddət, xx.xx.1994 – xx.xx.2001-ci illərdə X2 və xx.xx.2001 - xx.xx.2002-ci illərdə X1 İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, Z.A.Zeynalov və O.N.İsmayılov) 20 aprel 2022-ci il tarixli, 21(106)-103/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(120)-665/ 2021 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat
9. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin, xx.xx.1994 - xx.xx.1999cu illərdə X2 və xx.xx.1999 - xx.xx.2002-ci illərdə X1 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1778/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
10. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 16 dekabr 2022-ci il tarixli, 21(120)-1778/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1980-xx.xx.1983cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994 xx.xx.1999-cu illərdə X2 və xx.xx.1999 - xx.xx.2002-ci illərdə X1 İdarəsində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1994-cü il tarixli, 109 nömrəli əmrlə X4 maşinist vəzifəsinə qəbul edildiyi, xx.xx.1999-cu il tarixdə işdən azad edildiyi, xx.xx.1999-cu il tarixdə X1 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edildiyi, xx.xx.20 02-ci il tarixdə işdən azad edildiyi müəyyən olunmuşdur və bununla da, cavabdeh inzibati orqanın iddiaçının X2 işlədiyi müddətlə X1 İdarəsində işlədiyi müddətin üst-üstə düşməsi barədə ziddiyyətli məqamlara aydınlıq gətirilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1999-cu il tarixdə X1 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmiş, həmin dövrlər əmək kitabçasında qeyd olunmuş, eləcə də iddiaçı işlədiyi 1999-2002-ci illərdə əmək haqqı almışdır. İddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də, sonuncu öz vəzifələrini yerinə yetirərkən sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haq lı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmişdir və iddiaçı buna görə məsuliyyət daşımır. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Sumqayıt Politexnik Texnikumunun gündüz (əyani) bölməsinə qəbul olunmuş və imtahanda iştirak etmədiyinə görə xx.xx.1983-cü il tarixdən xaric olunmuş, daha sonra xx.xx.1987-ci il tarixdə texnikumun qiyabi bölməsinə bərpa olunmuş, xx.xx.1988-ci il tarixdə təhsilini başa çatdırmış və xx.xx.1988-ci il tarixli, 7 nömrəli protokol əsasında diplom almışdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmış dır. İddiaçının xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X2 və xx.xx.1999- xx.xx.2002-ci illərdə X1 İdarəsində işlədiyi illər nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və T.S.Kərimov) 12 iyun 2023-cü il tarixli, 2-1(106)-157/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibat i Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(120)-1778/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı xx.xx.1994xx.xx.1999-cu illərdə X2 işlədiyini iddia etsə də, müəssisənin xx.xx.1997-ci il tarixədək fəaliyyət göstərdiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının qeyd olunan müəssisədə işlədiyini təsdiq edən əmrlər və əmək haqqı cədvəlləri mövc ud deyildir. Bundan başqa, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə, iddiaçının xx.xx.1980xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. Halbuki, əyani təhsilini başa vurmuş şəxslərin təhsil aldığı müddət sosial sığorta stajına daxil edilir. İddiaçı isə təhsilini başa vurmamış imtahanda iştirak etmədiyinə görə xaric olunmuş, daha sonra qiyabi şöbəyə bərpa olunmuşdur. Həmçinin, iddiaçının əmək kitabçasında xx.xx.1999 - xx.xx.2002-ci illərdə X1 İdarəsində işləməsi qeyd olunsa da, əmək kitabçasında xx.xx.2001-ci il tarixdə işdən azad edilmə barədə qeyddən sonra xx.xx.2020-ci il tarixdə işə qəbul edilmə ilə bağlı qeyd mövcuddur. Başqa sözlə, əmək kitabçasında doldurulma qaydalarına riayət edilmədiyi açıq şə kildə görünür. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatm ış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş q aydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri... 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. Mülkiyyət və təsərrüf atçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.... Maddə
69. İş stajı müəyyən e dilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası” Bənd 4.1 Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəy yən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı v əzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniy yət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən. …
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayə tinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasınd a baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, x üsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellyasiya insta nsiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın X3 xx.xx.1997-ci il tarixədək fəaliyyət göstərməsi və iddiaçının qeyd olunan müəssisədə işlədiyini təsdiq edən əmrlər və əmək haqqı cədvəllərinin mövcud olmaması ilə bağlı kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin 26 aprel 2023-cü il tarixli 3-21-3/2-5075/2023 n ömrəli məktubu ilə müəyyən edilmişdir ki, X3 son fəaliyyəti ilə bağlı müəssisənin balans məlumatları 1 yanvar 1997-ci il tarixə təqdim edilmişdir. Sonrakı fəaliyyət ilə bağlı müəssisə tərəfindən hər hansı məlumat təqdim edilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, X3 xx.xx.1997-ci il tarixdən sonra balans məlumatlarının təqdim edilməməsi müəssisənin fəaliyyətdə olmaması anlamına gələ bilməz. Bundan başqa, Kürdəmir rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 24 nömrəli məktubu ilə müəyyən olunur ki, hüquqi şəxslərin qeydiyyatı Dövlət Statistika Komitəsi tərəfindən 1996-cı ildən başlayaraq aparılır və “X5” 17 iyun 1996-cı ildən qeydiyyatdadır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Yeyinti sənayesi şirkətinin X3 Nizamnaməsinin 1-ci bəndin də qeyd edilmişdir ki, X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 1993-cü il tarixli, 293 nömrəli qərarı ilə “Azəryeyinti sənaye” dövlət şirkətinin tərkibinə (əmr №14 xx.xx.1993-cü il) müstəqil müəssisə kimi tabe edilmişdir. X5 sərbəst balansla birbaşa Azərbaycan Respublikası Dövlət Yeyinti sənayesi şirkətinə tabedir.
32. Göründüyü kimi, iddiaçının əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirməməsi ilə bağlı hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası istər hazırkı qərarın 22-ci bəndində istinad olunan qanunvericiliyə, istərsə də, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə istinadən hesab edir ki, əmək kitabçası mötəbər sübut kimi qəb ul edilməli və iddiaçının xx.xx.1994 - xx.xx.1999-cu illərdə X2 işlədiyi illər sosial sığorta stajına daxil edilməlidir.
33. Məhkəmə kollegiyası iddiaçının təhsil müddəti ilə bağlı cavabdeh inzibati orqanın “əyani təhsili başa vurmuş şəxslərin təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, iddiaçının təhsilini başa vurmaması, xaric olunması və daha sonra qiyabi şöbəyə bərpa olunması” ilə bağlı kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
34. Həmçinin, 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
35. Göründüyü kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüq uqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir.
36. Bundan əlavə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının X1 İdarəsində işlədiyi müddətin mübahisələndirilməsi və əmək kitabçasının doldurulma qaydalarının pozulması ilə bağlı kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsinin xx.xx.2021-ci il tarixli, 01/06 nömrəli arayışı və müvafiq əmrləri ilə iddiaçının 1999-2002-ci illərdə X1 İdarəsində fəhlə işləməsi və əmək haqqı alması öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin illər onun sosial sığorta stajına daxil edilməlidir. Əmək kitabçasının işəgötürən müəssisə tərəfindən düzgün doldurulmaması isə iddiaçının təqsiri olmamaqla, onun işlədiyi illərin sığorta stajına daxil edilməsindən imtina üçün əsas ola bilməz.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmaqla xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatdığınd an və həmin tarixə 25 il sığorta stajı tamamlandığından, ona yaşa görə əmək pensiyasının təyin edilməli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 21(106)-157/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.