Məhkəmə qərarları › İş №2-1(102)-310/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-310/2019

15.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-310/2019 15.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı kolxozda işlədiyi illərin iş stajı kimi hesablanması tələbinə dair Şəki Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-516/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məh kəmənin binasında 15 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1123/2018 saylı, 27 iyun 2018-ci il tarixli qərarı (hakim – R.A.Məcidov) ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu Ağsu rayon şöbəsinin üzərinə İddiaçı 1985-2000-ci illərdə Ağsu rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi illərin ona iş stajı kimi hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-516/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – E.Ş.Hüseynov, hakimlər – R.R.Rəfiyev və G.Q.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-11 23/2018 saylı, 27 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə işə baxarkən Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 27.04.2018-ci il tarixli, *** nömrəli saxta arayışa əsaslanıb apellyasiya şikayətini təmin etmişdir. İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş 27.04.2018-ci il tarixli, *** nömrəli arayışla müraciət edən zaman bununla bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçınun adı nə əmək haqqı verilməsi üçün hesabatlarda, nə də əmək haqqı cədvəllərində qeyd olunmamışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Bununla yanaşı, iddiaçı kassasiya şikayətinə qarşı öz yazılı etirazını təqdim edərək qanuni və əsaslı olduğu üçün Şəki Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107 )-516/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi iş materiallarına əlavə olunmuş Ağsu rayon Dövlət Arxivi tər əfindən verilmiş 27.04.2018-ci il tarixli *** nömrəli arxiv arayışına əsasən iddiaçının 1985-2000-ci illərdə Ağsu rayon “M.B.Qasımov” adına kolxozda işlədiyinin təsdiq olunduğuna və arxiv arayışlarının iş stajını təsdiq edən sənəd sayıldığına istinadla iddiaçının həmin dövrdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməli olduğu nəticəsinə gəlmişdir. Cavabdehin bununla bağlı ilkin etirazı (24/896 saylı, 11 may 2018-ci il tarixli məktub) ondan ibarət olmuşdur ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının isə əmək kitabçası saxlanılmadığından kolxozda işlədiyi bildirilən dövr əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh apellyasiya şik ayətində də eyni dəlilə istinad edərək göstərmişdir ki, iddiaçının əmək kitabçası olmadığından ona əmək pensiyası təyin etmək qanuna ziddir. Cavabdeh daha sonra verdiyi kassasiya şikayətində tamamən yeni olan və əvvəllər istinad etmədiyi başqa bir dəlilə istinad edərək göstərmişdir ki, Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş 27.04.2018-ci il tarixli, *** nömrəli arayış saxtadır və həmin arayışa əsasən iddia təmin edilə bilməz. Çünki iddiaçı həmin arayışla müraciət edən zaman bununla bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, onun adı nə əmək haqqı verilməsi üçün hesabatlarda, nə də əmək haqqı cədvəllərində qeyd olunmamışdır. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı olaraq apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, S SRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını t əsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1985-ci il tarixdən 2000-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə M.B.Qasımov adına kolxozda işlədiyi Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 27.04.2018-ci il tarixli *** nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş 27.04.2018-ci il tarixli, *** nömrəli arayışın saxta olması məsələsinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh bu hala dair hər hansı sübut təqdim etməyib, eləcə də həmin dəlili yalnız kassasiya şikayətində bildirib. Bundan başqa, cavabdeh həmin arayışla bağlı araşdırma apardıqlarını, iddiaçının adının nə əmək haqqı verilməsi üçün hesabatlarda, nə də əmək haqqı cədvəllərində qeyd olunmağını müəyyən etdiklərini bildirsə də, sözügedən hallara dair də hər hansı sübut verməmişdir. Başqa sözlə, cavabdehin həqiqətən qeyd etdiyi araşdırmanı apardığı və bunun nəticəsində hansısa halları müəyyən etdiyi də yalnızca şifahi qaydada bildirilənlərdən ibarətdir, bununla bağlı hər hansı sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdi r, orada cavabdehin bildirdiyinin əksinə iddiaçının işlədiyi illər və həmin vaxt aldığı əmək haqqı barədə məlumatlar müfəssəl göstərilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-516/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar