Məhkəmə qərarları › İş №2-1(102)-310/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-310/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-310/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; quyuların tədqiqatı üzrə operatorlar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2 filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 oktyabr tarixli, 2-1(103)-2255/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 1 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 1978-ci il 10 sentyabr tarixli, İ/İT-İ ******* nömrəli əmək kitabçasında onun 2006-cı il 2 iyun tarixdən bu günədək “X1 Kompani S.A" şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2021-ci il 7 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 2020-ci il 12 sentyabr tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı il 12 sentyabr tarixdə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun ərizəsinə təmin etməmiş, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmiş, bununla da onun konstitusion hüquqları pozu lmuşdur. Belə ki, onun HT-1 № ******* nömrəli, 1978-ci il 10 sentyabr tarixli əmək kitabçasına əsasən 1971-ci il 16 yanvar tarixdən 60 yaşının tamam olduğu 2020-ci il 12 sentyabr tarixədək 38 il 1 ay 16 gün ümumi əmək stajı vardır. 2000-ci il 7 fevral tarixdən 60 yaşının tamam olduğu 2020-ci il 12 sentyabr tarixədək Quyuların tədqiqi üzrə operator peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 20 il 7 ay 5 gün xüsusi stajı vardır. Fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalının məbləği 28 401.84 manat təşkil edir. Onun işlədiyi Quyuların tədqiqi üzrə operator peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələ rin və göstəricilərin Siyahısı”nda 10. “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, 10.2. “Neft, qaz və qaz kondensatlarının hasilatı” bəndinin, a) “fəhlələr” yarımbəndinin on beşinci abzasında “Quyuların tədqiqatı üzrə operatorlar” peşəsinə aiddir. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, 60 yaşının tamam olduğu 2020-ci il 12 sentyabr tarixə 25 ildən çox ümumi iş stajı və bu stajın 12 il 6 ayından çox hissəsinin güzəştli pensiya hüququ olan vəzifələrə uyğun olduğundan ona 60 yaşının tamam olduğu 2020-ci il 12 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Filiala müraciət etmiş dir. Həmin idarədən ona ünvanlanmış 2020-ci il 1 dekabr tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, “X1 Kompani S.A.“şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında“ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 2005-ci il 16 avqust tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyul tarixli, 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X1 Kompani S.A.“ şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Göründüyü kimi, “X1 Kompani S.A.” Şirkətinin fəaliyyət istiqaməti neft və qazın hasilatı ilə məşğul olmaqdır. Hal-hazırda “Azneft“ İB-nin tabeliyində olan neft və qazçıxarma idarələrində də İstehsalatın avtomatlaşdırılması sexləri vardır. Bəzi idarələrdə İstehsalatın avtomatlaşdırılması sexi, bəzilərində İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexi adlandırılır. İstehsalatın avtomatlaşdırılması sexinin əsas funksiyası laylarda və quyularda aparılan hidrodinamik tədqiqatların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin və planların vaxtında yerinə yetirilməsini təmin etmək, quyularım tədqiqi üzrə operativ tapşırıqların yerinə yetirilmək, geoloji-mədən, mədən-geofıziki, fızikikimyəvi tədqiqatlar və analitik işlər üzrə tədbirlər görməkdir. Quyuların tədqiqi üzrə operatoru neft-qaz quyularında neftin çıxarılması zamanı təzyiqin idarə edilməsi, tarazlanması, kompressorun parametrlərinin nizamlanması işlərini yerinə yetirir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi 1978-ci il 10 sentyabr tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında onun 2006-cı il 2 iyun tarixindən bugünədək "X1 Kompanı S.A” şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımınd an mümkün hesab edilmir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 iyun tarixli, 2-1(112)-3402/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2020-ci il 12 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının müraciətindən imtinasını 2006-cı il 2 iyun tarixindən bugünədək işlədiyi “X1 Kompani S.A" şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da güzəştli iş stajına malik olmaması ilə əsaslandırmışdır. Məhkəməyə işəgötürən tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, iddiaçının işlədiyi “quyuların tədqiqi üzrə operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, a) "fəhlələr" yarımbəndinin 15-ci abzasında nəzərdə tutulan "quyuların tədqiqi üzrə operatorlar" peşəsinə aiddir. Həmin peşənin qulluq funksiyaları: quyularda optima l rejimin seçilməsi; qrafiklərin qurulması; quyuların mənimsənilmə dövründə neft-su analizinin götürülməsi; cari və əsaslı təmirlərin quyuların pasportunda qeyd edilməsi; istismar olunan quyuların seçilmiş texnoloji rejimdə işarələnməsinə nəzarət edilməsi; quyudibi və maye səviyyəsinin ölçülməsi; quyularda neft hasilatının ölçülməsi; kompressorla işləyən quyularda hava sərfinə nəzarətdən ibarətdir. Göründüyü kimi, iddiaçı 60 yaşının tamam olduğu günə ümumi iş stajı 25 ildən artıq (41 il 03 ay 5 gün), güzəştli iş stajı 12 il 6 aydan artıq (20 il 6 ay 19 gün), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 40800,00 manatdan artıq (47344,02 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 2020-ci il 12 sentyabr tarixdən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 oktyabr tarixli, 2-1(103)-2255/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi 1978-ci il 10 sentyabr tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında onun 2006-cı il 2 iyun tarixindən bu günədək “X1 Kompani SA” şirkə tinin istehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilm əsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həli edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilmişdir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notari al qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

19. İddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olduğu mübahisələndirilmir. Həmçinin cavabdeh təsdiq edir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 40800,00 manatdan artıq (47344,02 manat) t əşkil edir.

20. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi 1978-ci il 10 sentyabr tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında onun 2006-cı il 2 iyun tarixindən bu günədək “X1 Kompani SA” şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşd ur. Görünüldüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil.

21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 2000-ci il 24 fevral tarixdən 2006-cı il 2 iyun tarixə qədər Suraxanı Neft və Qazçıxarma İdarəsində quyuların tədqiqi üzrə 5-ci dərəcəli operator (6 il 3 ay 8 gün), 2006-cı il 2 iyun tarixdən hal-hazıra kimi “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində istehsalatın avtomatlaşdırılması sexinə 5-ci dərəcəli quyuların tədqiqi üzrə operatoru vəzifəsində işləyir.

22. İşəgötürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçı 2006-cı il 2 fevral tarixdən bu günə kimi "X1 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "quyuların tədqiqi üzrə operator" peşəsində çalışı r. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," 10.2. Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, "a) fəhlələr " yarımbəndinin on beşinci abzasında nəzərdə tutulan "quyuların tədqiqatı üzrə operatorlar" peşəsinə aiddir (60 yaşı tamam olduğu 2020-ci il 12 sentyabr tarixədək 14 il 3 ay 10 gün). 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

24. İşəgötürən tərəfindən verilmiş arayışdan göründüyü kimi, iddiaçının 2006-cı il 2 iyun tarixdən bu günə kimi çalışdığı "quyuların tədqiqi üzrə operator" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," 10.2. Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, "a) fəhlələr" yarımbəndində nəzərdə tutulan "quyuların tədqiqatı üzrə operatorlar" peşəsinə aiddir.

25. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən o, hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 oktyabr tarixli, 2-1(103)-2255/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar