Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-310/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" QSC BOKT, X4 və X1) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı, X4, X1) “Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 506 nömrəli sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şosesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli 2-1(103)-1215/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X4 tərəfindən veril miş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şosesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin adına rəsmiləşdirilməklə orada fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail rayon icra Hakimiyyətinə müraciət etmiş, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 nömrəli sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şosesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin iddiaçının adına rəsmiləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. Qeyd olunan sərəncamla iddiaçıya Bibiheybət qəsəbəsində Salyan şosesi, “Köhnə bağ sahələrində” (mövcud vəziyyətdə 1800 kv.m) fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin sit uasiya planı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 30 oktyabr 2018-ci il tarixdə razılaşdırılmışdır.
2. İddiaçı həmin torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması və çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, Səbail rayon icra Hakimiyyəti başçısının 506 nömrəli, 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından və həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilmədiyindən torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur və sözügedən torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İd diaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şosesi 32 ünvanında yerləşən 1800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbini hazırki qərarın 1-2-ci bəndlərində sadalanan hallarına uyğun əsaslandırmışdır.
5. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5770/2020 nömrəli qərardadı ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, 05 no yabr 2020-ci il tarixli, 2-1(112)-5770/2020 nömrəli qərardadı ilə X4, 11 fevral 2021-ci il tarixli, 2-1(112)1377/2021 nömrəli qərardadı ilə X1 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
7. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1377/2021 nömrəli qərarı (hakim A.P.Oruczadə) ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü sərəncamda qeyd edilməmişdir. Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan kimi “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi 32, “Köhnə bağ sahələri” qeyd olunsa da, faktiki torpaq sahəsi Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşir. Həmçinin, iddiaçı iddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəblərdən cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-603/2022 nömrəli qərarı ilə (hakimlər H.Ü.Həmidov (sədrlik edən və məruzəçi), A.V.Tanrıverdiyev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1377/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiy a instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)1531/2022 saylı qərarı ilə (hakimlər S.Kərimov /sədrlik edən və məruzəçi/, R.Nəbizadə və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-603/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması barədə 11 a prel 1997-ci il tarixli, 506 nömrəli sərəncamda qeyd olunan ünvanla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ünvanın uyğunluğu yoxlanılmamış və qeyd olunan xüsusatlara aydınlıq gətirilməsi məqsədi ilə aidiyyəti qurumlara lazımi sorğular verilməmiş, eləcə də iş üzrə ekspertizanın keçirilməsi zərurəti nəzərə alınmamışdır.
15. Bundan əlavə, məhkəmə kollegiyası ünvanla bağlı uyğunsuzluğa münasibətdə qeyd etmişdir ki, əslində hər iki halda ünvan kimi Salyan şosesi 32 ünvanı qeyd olunur. Odur ki, həmin ünvanda yerləşən “Köhnə bağ sahələri” (Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi 32, “Köhnə bağ sahələri”) ifadəsinin hansı ərazini əhatə etdiyi, həmin ünvanda başqa torpaq sahəsinin mövcudluğu, mövcud olduğu təqdirdə həmin torpaq sahəsinin ayrılması barədə müvafiq sənədlərdə istinad olunan ünvanların uyğunluğu da araşdırılmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1215/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər P.Hüseynov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və K.Əkbərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1377/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 saylı sərəncamına əsasən “Bibiheybət” qəsəbəsi, Salyan 32 saylı ünvanda yerləşən Köhnə bağ sahələrində İddiaçı ayrılmış 1800 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu n daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1531/2022 saylı qərarında göstərilənlərə uyğun olaraq ayrı-ayrı orqanlara məhkəmə sorğuları göndərilmiş, habelə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-48-2F/2-01985/2023 nömrəli məktubla məhkəməyə Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli sərəncamının təsdiq e dilmiş surəti təqdim edilmişdir. Habelə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-19/2-2/10-495/2023 nömrəli məktubda bildirilmişdir ki, hal-hazırda sözügedən ünvan ünvan 6razi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 “Köhnə bağ sahələri” ünvanı ilə eyni olması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Öz növbəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə iddiaçının adına sənədl əşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə ünvan 10 ünvan olmuşdur.
18. Həmçinin mübahisələndirilən əraziyə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hasara alınmışdır, həmin torpaq sahəsinə qonşu torpaq sahələrində fərdi yaşayış evləri inşa edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd edib ki, Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan ma raqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, həmin sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından həmin sərəncam mötəbər sübut kimi qiymətləndirilməlidir. O da qeyd olunmalıdır ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmışdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sfera sına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, həmin torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına əsasən iddiaçıya ayrılmışdır və torpaq sahəsinin situasiya planı və sxemi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sxemində sahəsi 1800 kv.m gös tərilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, qeyd olunan sərəncam, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli 3094 nömrəli çıxarışı, göstərilən ünvanda mövcud vəziyyətdə olan 1800 kv.m torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış xx.xx.2018-ci il tarixli N-55-091 nömrəli yerləşmə sxemi və Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli N-06 nömrəli məktubuna əsasən həmin ünvandakı torpaq sahəsi qismən hasarlanmışdır. Torpaq sahəsinin yerləşmə mövqeyi ilə bağlı uyğunsuzluğun mövcudluğu iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxil indədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandımanı davam edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir, həmin torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsin adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir, həmin torpaq sahəsinə dair iş materialında olan situasiya planı qeyd olunan sərəncama əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur, həmin torpaq sahəsi Səbail rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir, dövlət mülkiyyətindədir, digər hüquqi və ya fiziki şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür, onun yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 12 ünvan olmuşdur.
22. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir, həmin torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsin adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir, həmin torpaq sahəsinə dair iş materialında olan situasiya planı qeyd olunan sərəncama əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur, həmin torpaq sahəsi Səbail rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir, dövlət mülkiyyətindədir, digər hüquqi və ya fiziki şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür, onun yerləşdiyi ərazi sərəncamın veril diyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 13 ünvan olmuşdur.
23. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
24. Cavabdeh və üçüncü şəxs X4 həmin qərardan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini, cavabdeh iddia tələbinin təmin edilməməsini, üçüncü şəxs inzibati işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ d) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömr əli, xx.xx.1997-ci il tarixli sərəncamında ayrılmış torpaq sahəsinin ölçüsü qeyd olunmamış, iddiaçı tərəfindən torpaq sahəsinə dair yerquruluşu planı təqdim edilməmişdir. Təqdim edilmiş torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi isə oxunmadığından torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin ünvanı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan Bibiheybət qəsəbəsi, Salyan şosesi 32 ünvanı qeyd edilsə də, faktiki torpaq sahəsinin yerləşdiyi ərazinin ünvanı Səbail rayonu, Salyan şosesi 32-dir və Köhnə bağlar ərazisi deyildir. Torpaq sahəsinə “Aqrarkredit “ QSC Bank olmayan Kredit Təşkilatı və X4 tərəfindən müraciət daxil olmuşdur.
26. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə həm birinci instansiya məhk əməsində, həm də apellyasiya məhkəməsində vəsatət verilməsinə baxmayaraq yalnız o üçüncü şəxs qismində işə cəlb edilmiş, maraqlarına toxunan X5 isə iş üzrə cəlb edilməmişdir. Halbuki, birinci və apellyasiya instansiyalarında o həmin torpaq sahəsinə dair sənədlərini təqdim etmiş və məhz ilk dəfə iddiaçı Səbail Rayon Məhkəməsində iddia qaldırarkən həmin iş üzrə tərəf olmuşdur. Lakin hazırki iş üzrə iddiaçı tərəf Azad Əsədovun tərəf olduğu iş üzrə qətnaməni hazırki iş üzrə heç bir əhəmiyyət daşımasa da, preyudisial qətnamə kimi əsaslandırmışdır. Halbuki tərəflər ayrıdır. Həmin işdə Azad Əsədov, hazırki işdə isə üçüncü şəxs odur. Bu pozuntuların aradan qaldırılması üçün iş yenidən apellyasiya məhkəməsində qaytarılmalıdır. Bundan başqa, Ali Məhkəmənin göstərişləri mövcuddur ki, iş üzrə obyektiv və ədalətli nəticəyə gəlmək üçün yenidən ekspertiza təyin edilməli idi. Apellyasiya Məhkəməsində ekspertiza təyin edildi, mübahisəli torpaq sahəsinə əmlak komitəsinin mütəxəssisləri tərəfindən baxış keçirildi, həmin baxışda hər kəs iştirak etdi, lakin həmin rəy ekspertiza idarəsinə təqdim edilmədi, ekspert həmin yerli baxışdan əvvəl formal olaraq köhnə rəy əsasında yeni rəy tərtib etdi və rəyində də məhz heç bir yeni araşdırma aparmadan köhnə rəy əsasında yeni rəyə köçürdüyünü özü açıq-aşkar bildirdi. Bununla bağlı apellyasiya məhkəməsində məhkəmə iclasında işi yekunlaşdırmaq istəyərkən vəsatət vermişdir ki, mütəxəssislərin iştirakı ilə yerli baxış olub, həmin baxışın nəticəsi ortada yoxdur, həmin rəy ekspertiza mərkəzinə təqdim edilməli idi, ekspert həmin rəy əsasında yeni rəy verməli id i, lakin məhkəmə vəsatətləri təmin etməmişdir. Habelə tərəflərin iştirakının təmin edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını, habelə X2 üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş, lakin heç bir vəsatəti təmin edilməyərək qərar qəbul edilmişdir. İşin faktiki hallarına gəldikdə isə, yerli baxış video görüntü ilə telefon vasitəsilə qeydə alınmışdır. Hakim tərəfindən iddiaçının qeyri-rəsmi nümayəndəsi, əslində torpağın faktiki sahibi olan kürəkəninə sual verilmişdir ki, bu torpaq sahəsini nə vaxt hasara almış və gəlmişdır. Həmin şəxs isə 2018-ci ildə gəldiklərini və həmin vaxt da hasarın qaldırıldığını bildirdi. Həmin yerdə üçüncü şəxs Elvin Ağalarov isə bildirmişdir ki, burada hasar olmuşdur və həmin şəxslər həmin hasarın üstündən əlavə daş qaldırmışlar. Buna görə də elə həmin vaxt mübahisə düşmüş və işə Səbail Rayon Məhkəməsində baxılmışdır. Bu isə onu göstərir ki, iddiaçı 1997-cı ildən deyil, həmin əraziyə 2018-ci ildən gəlmişdir, 1997-ci ilin sərəncamı saxtadır. Bununla bağlı ekspertiza rəyi də mövcuddur ki, 1997-ci il sərəncamına qoşma olan situasiya planı həmin sərəncamın əlavəsi ola bilməz və o yalnız peyk görüntüsüdür. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına ke çməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və y a bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. Qanun la müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”: Bənd
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəs ində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ria yət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmalı olub- olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Hazırki qərarın 1-2-ci bəndlərində sadalanan işin hallarından göründüyü kimi, Səbail Rayon İcra Hakimiyyəti başçısın in 11 aprel 1997-ci il tarixli 506 nömrəli sərəncamına əsasən “Bibiheybət” qəsəbəsi, Səlyan 32 saylı ünvanda yerləşən Köhnə bağ sahələrində iddiaçıya torpaq sahəsi ayrılaraq adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmiş və DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən həmin sərəncamla iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün İdarəyə göndərilmişdir.
39. Həmçinin həmin sərəncamla iddiaçıya Salyan şossesi Bibiheybət qəsəbəsində Köhnə bağ sahəsində (mövcud vəziyyətdə 1800 kv.m) fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin situasiya planı və sxemi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilm işdir.
40. Qərarın 25-26 və 28-ci bəndlərində sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
41. Hazırki iş üzrə iddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamı cavabdeh inzibati orqana təqdim edilməsinə və həmin sərəncam hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmasına baxmayaraq, cavabdeh inzibati orqan həmin sərəncam əsasında iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından qanunsuz imtina etmişdir.
42. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə b ağlı verilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamının həqiqətə uyğun olmaması, başqa sözlə mötəbər hesab olunmaması sübuta yetirilməmişdir. Hüquqların dövlət qeydiyyatı üçün əsas olan həmin sənədlər hazırki vaxta mübahisələndirilməməklə ləğv edilməmiş, etibarsız sayılmamışdır və qüvvədədir.
43. Ünvanların fərqli olması ilə bağlı cavabdehin kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 nömrəli sərəncamı ilə iddiaçının adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 13 ünvan olmuşdur. Həmçinin mübahisələndirilən əraziyə apellyasiya i nstansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi hasara alınmaqla torpaq sahəsinə qonşu torpaq sahələrində fərdi yaşayış evləri inşa edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir, həmin torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsin adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir, həmin torpaq sahəsinə dair iş materialında olan situasiya planı qeyd olunan sərəncama əsasən i ddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur, digər hüquqi və ya fiziki şəxsə ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür.
44. Torpaq sahəsinin yerləşmə mövqeyindəki uyğunsuzluqla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu halın mövcudluğu iddiaçının təqsirindən yaranmamışdır, ondan asılı olan hal deyildir. Habelə, həmin uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətinə aid məsələdir.
45. Üçüncü şəxsin vəkili Vəkil5 məhkəmə kollegiyasına xx.xx.2023-cü ildə yazılı müraciət edərək, iş materialları ilə Ali Məhkəmədə tanış olarkən yerli baxış zamanı çəkilən videogörüntünün və məhkəmə iclasında təqdim etdiyi sənədlərin işə əlavə edilmədiyini və həmin sənədləri təqdim edəcəyini bildirmişdir. Lakin bu xüsusatlar iş materialları ilə təsdiqini tapmır. Belə k i, əvvəla mübahisəli torpaq sahəsinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokolda videoçəkilşdən istifadə edildiyi əksini tapmamışdır. Bundan başqa, üçüncü şəxsin vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinetə yüklədiyi sənədlərdən görünür ki, həmin sənədlər Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023cü il tarixli məktubla Bakı Apelyasiya Məhkəməsinə (hakim P.Hüseynova) göndərilmiş 4 vərəqdən ibarət sənədlərdir. Lakin bu sənədlər iş materiallarında mövcuddur və məhkəmə tərəfindən qiymət verilmişdir.
46. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
47. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayətləri verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1215/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.