Məhkəmə qərarları › İş №2-1(102)-3100/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3100/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3100/2019 13.11.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD (Açar söz: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı Mingəçevir şəhər 5 saylı Rayonlararası İstehsalat Təmir-Tikinit Trestinin nəzdində fəaliyyət göstərən 15 saylı Təmir-Tikinti İdarəsinin cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli 2-1(107)-324/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətini və işin materiallarını açıq məhkəmə iclasında nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Mingəçevir şəhər 5 saylı Rayonlararası İstehsalat Təmir-Tikinit Trestinin nəzdində fəaliyyət göstərən 15 saylı Təmir-Tikinti İdarəsinin cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 aprel tarixli 2-1(84)-181/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 aprel tarixli 2-1(84)-181/2019 nömrəli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli 21(107)-324/2019 nömrəli qərardadı i lə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 aprel tarixli 2-1(84)-181/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Mingəçevir şəhər 5 saylı Rayonlararası İstehsalat Təmir-Tikinit Trestinin nəzdində fəaliyyət göstərən 15 saylı Təmir-Tikinti İdarəsinin adından İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti vermişdir. İş kassasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra 13.11.2019-cu il tarixdə iddiaçı Mingəçevir şəhər 5 saylı Rayonlararası İstehsalat Təmir-Tikinit Trestinin nəzdində fəaliyyət göstərən 15 saylı Təmir-Tikinti İdarəsinin adından İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər İddiaçı1 ərizəsi həmin normanın tələblərinə uyğundur. Yuxarıda göstərilənlərə və İPM-in 97-ci maddəsinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mingəçevir şəhər 5 saylı Rayonlararası İstehsalat Təmir-Tikinit Trestinin nəzdində fəaliyyət göstərən 15 saylı Təmir-Tikinti İdarəsinin adından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizə təmin olunsun. Kassasiya icraatına xitam verilsin. İddiaçı Mingəçevir şəhər 5 saylı Rayonlararası İstehsalat Təmir-Tikinit Trestinin nəzdində fəaliyyət göstərən 15 saylı Təmir- Tikinti İdarəsinin adından ərizə vermiş İddiaçı1 izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar